29-03-2016 [19:19]
Tanınmış vəkil Kamandar Nəsibov və "Baku Fires” boks klubunun üzvü Məhəmməd Qurbanov "Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyini məhkəməyə verib.
Hər iki şəxs dəymiş ziyanın ödənilməsi barədə tələb irəli sürüb.
Xətai Rayon Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan iddiaçılar və cavabdeh qarşılıqlı apellyasiya şikayətləri veriblər. İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Vəkil Kamandar Nəsibov "Report”a şirkəti məhkəməyə verməsinin səbəbini açıqlayıb: "2015-ci ildə mən "Baku Fires” boks klubunun hüquqşünası kimi, komandanın üzvü Məhəmməd Qurbanovla Argentinanın paytaxtı Buenos-Ayres şəhərinə turnirə gedirdik. "Türk Hava Yolları” aviaşirkəti ilə Bakı-İstanbul-Buenos-Ayres reysiylə uçuş edirdik. Təxminən 10 saat uçuşdan sonra təyyarədə sərnişinlərə elan olundu ki, Braziliyanın San-Paulu şəhərinin aeroportuna eniş ediləcək. Bizə 40 dəqiqədən sonra uçuşa davam edəcəyimizi, yəni biletdə göstərildiyi kimi, Buenos-Ayresə uçacağımızı bildirsələr də, bu olmadı. Belə ki, 3 saatdan sonra uçuşun təxirə salındığını dedilər. Təyyarədən düşənlərin bir hissəsi getdi, biz isə 15-ə yaxın sərnişinlə elə aeroportda qaldıq”.
Vəkilin sözlərinə görə, "Türk Hava Yolları”nın nümayəndəliyi həmin sərnişinləri heç nə ilə təmin etməyib:
"Daha sonra bizim uçuş etdiyimiz təyyarə havaya qalxıb, İstanbula qayıtdı. Təyyarə aeroportdan ayrılan zaman şəklini də çəkdim. Bunların hamısını məhkəmə sənədlərinin içərisinə daxil etmişəm. Braziliyada səs-küy salandan sonra bizi başqa təyyarə ilə Argentinaya yola saldılar. Təxminən bir gün gecikdik. Əvvəlcədən ödənilmiş taksi və otel pullarımız "batdı”, yükümüz bizə verilmədi. Həmin yüklər "Türk Hava Yolları” aviaşirkəti ilə Bakıya qayıtdı. Argentina çox isti olduğu üçün orada yeni paltarlar almağa məcbur olduq. Biz boks turniri keçirilən şəhərə getmək üçün yenidən bilet aldıq. Əslində, bizi həmin yerə "Türk Hava Yolları” aviaşirkəti aparmalı idi. Bakıya qayıdandan bir ay sonra yükümüz tapıldı. Lakin çamadanlarımız bizə yararsız vəziyyətdə qaytarıldı. Hətta içərisində olan paltarlarımız da yoxa çıxmışdı”.
Vəkil bununla bağlı "Türk Hava Yolları” aviaşirkətinin Azərbaycan Nümayəndəliyinə müraciət etdiklərini deyib: "Müraciətdən sonra onlar vaxtı uzatmağa başladılar. Bir neçə aydan sonra məhkəməyə müraciət etdik. Xətai Rayon Məhkəməsi iddianı qismən təmin etdi. Yəni məhkəmə mənə dəymiş 23 min 621 manat pulun 11 min 677 manatının, Məhəmməd Qurbanova dəymiş 21 min 689 manat pulun 11 min 647 manatının aviaşirkət tərəfindən ödənilməsi barədə qərar çıxardı. Lakin hər iki tərəf qərardan narazı qaldı və apellyasiya şikayətləri verdik. İşə hazırda Bakı Apellyasiya Məhkəməsində baxılır. Xətai Rayon Məhkəməsində aviaşirkətin nümayəndəliyi bildirdi ki, güya təyyarə nasaz olduğu üçün məcburi eniş edib. Hətta onun dediyinə görə, "Türk Hava Yolları”nın nümayəndəliyi Argentinada bizi hər şeylə təmin edib. Bununla bağlı məhkəməyə sənəd təqdim etdilər. Lakin sənəddə onların yalanları üzə çıxdı”.
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
XIII Qlobal Bakı Forumu başlayıb - Prezident tədbirdə çıxış edir
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı