15-02-2016 [14:32]
Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində iki nəfərin öldürülməsi, bir neçə nəfərin isə ağır yaralanması barədə xəbərlər yayıldı.
Məlum oldu ki, həyatını itirən məhkumların hər ikisi ağır işgəncəyə məruz qalıb. Bundan sonra yaralılardan xəstəxanaya yerləşdirilən məhkumun atası şok effekti yaradan açıqlamalar verdi. Onun sözlərindən aydın oldu ki, cəzaçəkmə müəssisəsində məhkumlara dəhşətli işgəncələr verilir.
Belə bir məqamda AzNews.az-ın əməkdaşı dustaqlara işgəncələrin verilmə səbəblərini və ümumiyyətlə, baş verən son olayın təfərrüatlarını öyrənə bilib. Məlum olub ki, öldürülən məhkumlara 6 saylı cəzaçəkmə müəssisəsində deyil, 2 saylı cəzaçəkmə müəssisəsində işgəncə verilib.
Məlumata görə, hazırda 2 saylı cəzaçəkmə müəssisəsində az qala fövqəladə vəziyyətdir: bir neçə cəzaçəkmə müəssisəsinin rəhbəri, eləcə də xüsusi təyinatlılar buraya cəlb olunub. Xüsusi təyinatlıların hücumu nəticəsində əksər dustaqlar döyülüb, işgəncəyə məruz qalıb. Nəticədə xeyli sayda məhkum ağır bədən xəsarətləri alıb, ikisi isə məlum olduğu kimi həyatını itirib.
Saytın əməkdaşı dustaqlara qarşı aparılan bu amansız əməliyyatın səbəbini də öyrənə bilib. Məlum olub ki, buna səbəb 2 saylı cəzaçəkmə müəssisəsində nizam-intizamın olmaması, müəssisənin demək olar ki, nəzarətdən çıxması, az qala "oğru qanunları” ilə idarə olunması barədə Penitensiar Xidmət rəhbərliyinə səhih məlumatların çatdırılması olub. Rəhbərlik isə nizam-intizamı bərpa etmək üçün müəssisəyə xüsusi təyinatlıları yeridib.
Məlumat üçün bildirək ki, bir müddət əvvəl bu cəzaçəkmə müəssisəsinin rəhbəri dəyişdirilib. Yeni rəis Elçin Əlicanov bu vəzifəyə təyin olunandan sonra onun qarşısına əsas vəzifə kimi həbsxanadakı "vəziyyəti” dəyişdirmək qoyulub. Lakin bir müddət keçəndən sonra məlum olub ki, "vəziyyət” elə əvvəlki kimi qalmaqdadır. E.Əlicanov xilas yolu kimi bir neçə məhkumu başqa cəzaçəkmə müəssisələrinə göndərsə də, nəticə dəyişməyib.
Yeri gəlmişkən onu da bildirək ki, hadisə baş verməmişdən bir neçə gün əvvəl Penitensiar Xidmət rəhbərliyi rəisə töhmət verib. Töhmətin verilməsinə səbəb isə rəisin üzərinə qoyulan əsas vəzifənin öhdəsindən gəlməməsi (cəzaçəkmə müəssisəsində nizam-intizamı bərpa edə bilməməsi) olub. Bundan sonra həbsxananın "şmon” edilməsi qərarı verilib.
Məlumata görə, bu qərar verildikdən sonra xüsusi qrup (”voyska") müəssisəyə daxil olaraq dustaqlara dəhşətli işgəncələr verib. İki ölüdən başqa demək olar ki, əksər məhkumlar ciddi bədən xəsarətləri alıb. Lakin müəssisə rəhbəri yaralıların sayını gizlətməyə çalışır.
Məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsi kriminal aləmə yaxın şəxslərin əsas cəza çəkdiyi yerdir. Ona görə də, həmin müəssisə həmişə problemli yer kimi xarakterizə edilir. Lakin son dövrdə bu müəssisədə vəziyyətin dəyişdirilməsi, məhkumların qanunlara tabe edilməsi üçün xüsusi tapşırığın verilməsi belə bir faciəyə gətirib çıxarıb.
Xatırladaq ki, sözügedən həbsxanada döyülərək öldürülən dustaqlardan biri 23 yaşlı Nurani İbrahimovdur. Mərhumun atası Fuad İbrahimov oğluna işgəncə verildiyini, döyülərək öldürüldüyünü deyib. "Oğlumdan başqa bir məhkum da öldürülüb. Hər ikisini vəhşicəsinə döyüblər. Sonra onları Məhkumların Müalicə Müəssisəsinə aparıblar. Zəng edib dedilər ki, guya, oğlun narkotik maddə istifadə edib. Buna görə də ölüb. Siqaret çəkməyən adam idi. Hər kəs onu namaz qılan, haqq sözün deyən biri kimi tanıyır” - deyə mərhumun atası bildirib. Dəfn mərasimində iştirak edən şəxslərdən Nurani İbrahimovu tanıyanlar onun 13 yaşından namaz qıldığını, narkotik vasitələrdən istifadə etmədiyini deyiblər.
Onu da xatırladaq ki, N.İbrahimovla bərabər döyülərək öldürülən digər şəxs Sahib Abbasovdur. Məlumata görə, onun meyiti Gəncəyə göndərilib. Bildirilir ki, başqa iki məhkum - Elmirlə Tariyel də döyülüb. Onların da vəziyyəti ağırdır.
AzNews.az
Füzuli rayonunda mina partlayıb, ölən var
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək
Azərbaycan nefti 5 dollar bahalaşdı - Neftimiz 95 dollara satılır
İran Küveytə PUA ilə zərbə endirib - Yaralılar var
10 gündə Tehranda 9 mindən çox hədəf vurulub
ABŞ-ın İrana hücumu: ilk 6 gün 11,3 milyard dollara başa gəlib
Çempionlar Liqası: 1/8 final mərhələsinin növbəti oyunları olub
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub