Polis ?Fatimeyi-Zəhra? məscidinin sökülməsi ilə bağlı etiraz aksiyasının qarzısını alıb (Yenilənib)

img

11-12-2009 [04:48]


Bir qrup siyasi və ictimai təşkilatın Yeni Günəşlidəki ?Fatimeyi-Zəhra? məscidinin sökülməsi ilə bağlı məhkəmə qərarına etiraz olaraq dekabrın 11-də məscidin qarşısında aksiya keçirməsinin qarşısını polis alıb. Aksiyanın təşkilatçılarından olan Azərbaycan Birlik Təşkilatından verilən məlumata görə, 80-ə yaxın dindar saxlanılaraq Suraxanı rayon Polis İdarəsinin 32-ci bölməsinə aparılıb. Məlumata görə, polis aksiyaya Bakı Şəhər İcra Hakimiyyətinin icazə vermədiyini bildirib. Polisə aparılanlar arasında İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov da var. Aksiyada Azərbaycan Birlik Təşkilatı, ?Azərbaycanın İnkişafı və Gələcəyi Naminə?, ?Sağlam Mühit - Sağlam Gələcək? ictimai birlikləri və Fəzilət, İslam partiyalarının üzvləri, dindarlar iştirak edib. Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi ?Fatimeyi-Zəhra? məscidinin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb. Apellyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. 11 dekabr 2009 tarixində saat 12:30-dan 13:15-dək Yenu Günəşli Fatimeyi Zəhra məscidinin qarşısında etiraz aksiyası keçirən qurumlar (Azərbaycan Birlik Təşkilatının, ?Azərbaycanın İnkişafı və Gələcəyi Naminə? İctimai Birliyinin, ?Sağlam Mühit - Sağlam Gələcək? İctimai Birliyinin, İslam Partiyasının və Fəzilət Partiyasının) aksiya dağıdıldıqdan sonra rəsmi açıqlama yayılıb: Bu gün 11 dekabr 2009 tarixində saat 12:30-dan 13:15-dək Yenu Günəşli Fatimeyi Zəhra məscidinin qarşısında məscidin sökülməsinə dair etiraz aksiyası keçirən inanclı və dindar insanların dinc və sivil aksiyası polis tərəvindən amansızlıqla dağıdıldı, 119 nəfər aksiya iştirakçısı döyülərək Suraxanı rayonu 32-ci polis bölməsinə aparıldılar. Təxminən 3-4 saatdan sonra 115 nəfər Suraxanı rayonu 32 saylı polis bölməsindən xəbərdarlıq alandan sonra azad buraxıldılar, 4 nəfər Suraxanı rayon məhkəməsinə aparılaraq 25 manat cərimələndikdən sonra axşam saatlarında sərbəst buraxıldılar. Aksiyada jurnalist gödəkçəsi geyinən jurnalistlərə də polis tərəfindən hücum olundu və saxlanıldılar, sonradan sərbəst buraxıldılar. Aksiyanın təşkilatçıları Azərbaycan Birlik Təşkilatı, ?Azərbaycanın İnkişafı və Gələcəyi Naminə? İctimai Birliyi, ?Sağlam Mühit - Sağlam Gələcək? İctimai Birliyi, İslam və Fəzilət Partiyaları vətəndaşların sərbəst toplaşmaq hüququnun pozulması, polis zorakılığı, jurnalistlərə qarşı təzyiqi qətiyyətlə pisləyir, aksiyanı baş tutmuş hesab edir və məscidlərə mənəviyyatımıza olan təziqlərə və konkret olaraq Yeni Günəşli Fatimeyi Zəhra məscidinin sökülməsinə etirazlarını bundan sonra da bu dəfə olduğu kimi müxtəlif sivil və hüquqi yollarla davam etdirəcəyinin bəyan edir. Biz BMT, İslam Konfransı Təşkilatı, Beynəlxalq İnsan Haqları, Dini Etiqad və Vicdan Azadlığı ilə məşğul olan bütün təşkilatlara, ölkəmizdəki müsəlman dövlətlər səfirliklərinə müraciətlər etmək aksiyasına artıq start vermişik və tezliklə İslam Konfransı Təşkilatında bu məsələ ilə bağlı fövqəladə toplantının keçirilməsini tələb edəcəyik.

Digər xəbərlər
SON XƏBƏRLƏR