Orta ixtisas məktəblərinə tələbə qəbulu elan edildi

img

12-06-2009 [02:22]


Bu gün Təbələ Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə (9 illik) təhsil bazasından orta ixtisas təhsil məktəblərinə və ali məktəblərin magistratura və bakalavr pilləsinə ixtisas seçimi ilə bağlı mətbuat konfransı keçirib. M.Abbaszadə bildirib ki, 2009-2010-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinin magistratura pilləsinə internet vasitəsilə ixtisas seçimi iyunun 8-dən 13-dək aparılır. İxtisas seçimində isə 3 may 2009-cu il tarixində keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə, müsabiqə şərtlərini ödəyən bakalavrlar (ümumi balı 50-dən az olmayan, o cümlədən məntiqi təfəkkürü yoxlayan testdən topladığı bal 20-dən, informatika üzrə testdən topladığı bal 10-dan, xarici dil səviyyəsini yoxlayan testdən topladığı bal 10-dan az olmayan bakalavrlar buraxılırlar) iştirak edirlər: ?Magistr pilləsinə yiyələnmək istəyən tələbələr internet vasitəsilə qeydiyyata düşə bilərlər. Bu günə kimi birinci mərhələnin nəticələrinə görə 6383 bakalavr, 288 magistr internet vasitəsilə qeydiyyatdan keçib. 12 iyun 2009- cu il saat 10:00-dək həmin bakalavrlardan 3519 nəfəri ?Bakalavrın elektron ixtisas seçimi ərizəsi?ni təsdiq etmişdir. Onlardan 2925 nəfəri Azərbaycan, 594 nəfəri isə rus bölməsi üzrə magistraturaya sənəd verib. Texniki ixtisaslar üzrə sənədin verilməsi isə ən aşağı səviyyədədir. Bu günə kimi 280 nəfər filologiyaya, hüquq fakultəsinə isə 269 nəfər sənəd verənlər internet vasitəsilə ərizələrini təsdiqləyiblər. Qalan ixtisaslar üzrə heç bir dəyişiklik yoxdur. Yəni ötən il necə olubsa, indi də elədir. Ərizə səhv dolduruldğu halda qəbul olunmur. Hələ ki, bu günə kimi TQDK-ya şikayət ərizələri qəbul olunmayıb?. TQDK sədri onu da deyib ki, bakalavr üzrə sənəd verən 6 min nəfərdən 1114 nəfəri müxtəlif rayonlardandır. Xanım Abbaszadə deyib ki, 9 illik təhsil bazasından orta ixtisas təhsili məktəblərinə tələbə qəbuluna start verilib. Birinci qrupa 8756, ikinci qrupa 7326, üçüncü qrupa 9288, dördüncü 3455 nəfər ərizə təqdim edib: ?Cari ildə 9 illik təhsil bazasından 46 dövlət, 1 özəl orta ixtisas məktəbinə ayrılan plan sayı 9516-dır. Onlardan 5652?si ödənişsiz, 3864-ü isə ödənişli ixtisasların payına düşür. Azərbaycan bölməsi üzrə 9212, rus bölməsi üzrə 222, birgə müsabiqə üzrə 82 plan yeri ayrılmışdır. Bakı şəhərində abituriyentlər sənədlərini təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayona müvafiq olaraq orta məktəblərdə yaradılmış Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiqlədə bilərlər. Xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlər isə test imtahanından əvvəl xüsusi qabiliyyət imtahanı verməlidirlər. Qəbul imtahanlarının nəticəsi ?məqbul? və ya ?qeyri-məqbul?la qiymətləndirilir.Qabiliyyət imtahanını başa vurduqdan sonra iyulun 31-dək qabiliyyət imtahanı verdiyi təhsil müəssisəsində yaradılmış SQK-da ərizə forması doldurmalıdır. Birinci qrupda dil seçimində 2969 nəfər ingilis dili, 1288 nəfər fransız dili, 659 alman dili, 513 nəfər rus dili üzrə seçilmişdir. İkinci qrupda 23707 nəfər ingilis dili, 998 nəfər fransız dili, 505 nəfr alman dili, ərəb dili 20 nəfər və fars dilini 125 nəfər seçmişdir. Üçüncü qrupda 32904 nəfər ingilis dili, 1811 fransız dili, 1062 alman dili, 89 ərəb dilini və fars dilini isə 253 nəfər seçib?.

Digər xəbərlər
SON XƏBƏRLƏR