Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin qərargah rəisi bəlli oldu

img

26-05-2009 [12:44]


Müdafiə naziri Səfər Əbiyevin əmri ilə polkovnik Fikrət İbrahimzadə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin qərargah rəisi təyin olunub. Bu barədə MIA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu məlumat verib. Nazirliyin sözçüsü bildirib ki, F.İbrahimzadə Təlim Tədris Mərkəzinin qərargah rəisi ilə yanaşı, həmin mərkəzin rəisi vəzifəsini də icra edəcək. Məlumat üçün bildirək ki, F.İbrahimzadə bundan əvvəl bir neçə hərbi hissədə komandir vəzifəsində çalışıb. Onun sonuncu iş yeri isə Müdafiə Nazirliyinin işlər idarəsinin rəisi vəzifəsi olub. Qeyd edək ki, Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin keçmiş rəisi Lənkəran Əliyev hazırda sərəncamdadır.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA