Məhkəmə Akif Muradverdiyevin girov tələbini rədd etdi - qərar

img

06-07-2013 [22:23]


Bu gün Səbayel Rayon Məhkəməsinin hakimi Eldar Şamayev Prezident Administrasiyasının keçmiş işlər müdiri Akif Muradverdiyevin pul girovu müqabilində azad edilməsi barədə vəsatətini təmin etməyib.

Vəkil Fuad Ağayev Turan-a bildirib ki, məhkəmə heç bir tutarlı əsas gətirməyib. Qanuna görə, A.Muradverdiyevə irəli sürülən ittiham üzrə girovun məbləği 10 min manat təşkil edir.

Lakin məhkəmə imtinanı onunla əsaslandırıb ki,

A.Muradverdiev azadlıqda qalarsa, istintaqdan yayına bilər.

Eyni zamanda A.Muradverdiyevin həbsindən sonra onun barəsində heç bir istintaq hərəkəti aparılmayıb.

Qeyd edək ki, A. Muradverdiyev iyunun 20-də Moskvaya gedərkən Bakı hava limanında saxlanılıb. O, bütün nəzarət məntəqələrini keçib, təyyarəyə minərkən saxlayıblar və əl yükünü alıblar. Əl yükündən Çar Rusiyası dövrünə aid 40 ədəd qızıl pul çıxıb.

A. Muradverdiyev bildirib ki, pulları onun çantasını alarkən özləri qoyub.

O, CM-in 206.1 maddəsi (qaçaqmalçılıq) ilə ittiham olunub, 2 ay müddətinə həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR