21-01-2016 [23:47]
Mingəçevir şəhər sakini, 1982-ci il təvəllüdlü Ramil Alıyev (cinayət işində adı keçən həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ad və soyadları şərti göstərilib – H.Z.) 16 yaşlı Samirə Əliyevaya təcavüz edib.
Teleqraf.com xəbər verir ki, hadisə Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində qeydə alınıb.
Hadisə baş verən gün Ramil Alıyev həmin prospektdə Samirənin 80 saylı evin 7-ci blokuna girdiyini görüb. O, yetkinlik yaşına çatmayan qızla zorla cinsi əlaqədə olmaq məqsədilə onun arxasınca gedib.
Blokda zorlamağa cəhd
Həmin blokun birinci mərtəbəsindən ikinci mərtəbəyə qalxan pilləkənlərdə Samirəni haqlayan Ramil Alıyev onunla cinsi əlaqədə olmaq istəyib. Bu zaman Samirə ona müqavimət göstərib. Buna görə də Ramil Alıyev yetkinlik yaşına çatmayan qıza bir neçə zərbə vurub, yerə yıxaraq onunla cinsi əlaqədə olmaq istəyib. Lakin səs-küyə qonşular bloka çıxıb. Bu səbəbdən Ramil Alıyev cinayət əməlini başa çatdıra bilməyib və hadisə yerindən qaçıb. Baş vermiş hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə müraciət edilib. Müraciət əsasında Ramil Alıyevin yeri müəyyən olunub və o həbs edilib. Ramil Alıyev Cinayət Məcəlləsinin 29, 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsi zorlamağa cəhd) maddələri ilə ittiham edilib.
"Təqsirləndirilən şəxsi tanımamışam”
Ramil Alıyevin barəsində olan cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Əlövsət Abbasovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə verən Samirə Əliyeva bildirib ki, həmin ünvanda anası, qardaşı və babası ilə birlikdə yaşayır: "Öz evmizdən bir qədər aralıda yerləşən 214 saylı orta məktəbin 7-ci sinfində oxuyuram. Təqsirləndirilən şəxsi əvvəllər tanımamışam və hadisə vaxtı onu ilk dəfə görmüşəm”.
"Qışqıraraq kömək çağırmağa başladım”
Samirə Əliyevanın sözlərinə görə, hadisə 24 sentyabr 2013-cü il tarixdə, günorta vaxtı olub: "Həmin gün saat 14 radələrində sinif yoldaşlarım ilə birlikdə dərsdən çıxdım və öz binamızın tininə kimi qonşu binada yaşayan rəfiqəm ilə birlikdə gəldik. Sonra öz binamızın qarşısı ilə gedərək yaşadığım binanın yeddinci blokuna girdim. Bloka girdikdən sonra pilləkənlərlə yuxarı qalxmağa başladım. Birinci mərtəbə ilə ikinci mərtəbə arasında olan meydançadan yuxarı qalxmaq istəyərkən, arxadan ayaq səslərini eşitdim. Bu zaman kənara çəkildim ki, həmin adam keçsin. Onun hündürboylu cavan kişi olduğunu gördüm. Həmin adam, yəni sonradan adını bildiyim Ramil mənə çatan kimi qarşıma keçdi. Sağ biləyimdən yapışdı və o biri əli ilə ağzımı tutdu. O, daha sonra məni kürəyim üstə pilləkənlərin üstünə yıxdı. Ramil mənimlə cinsi əlaqədə olmaq istədiyini bildirdi. Bu zaman bərkdən qışqıraraq köməyə adam çağırmağa başladım”.
Samirə Əliyeva qeyd edib ki, həmin vaxt Ramil onun ayaqlarından tutmaq istəyib, o isə ayaqları ilə onun qarnına bir neçə dəfə vurub və qışqırmağa davam edub: "Bu zaman birinci mərtəbədə yaşayan Sevda (ad şərti verilib) səsimi eşidərək, qapını açdı. Ramil də qapının açıldığını eşidərək qaçdı”. Zərərçəkmiş şəxs daha sonra bildirib ki, hadisə zamanı onun üzərində qızıl zinət əşyası və əlində mobil telefon olmayıb. Onun sözlərimə görə, çantasında yalnız məktəb ləvazimatları olub.
"Səsə bloka çıxdım”
İş üzrə şahid qismində ifadə verən K. C. bildirib ki, hadisə günü, yəni sentyabrın 24-də, saat 14 radələrində yaşadığı evdə olarkən "kömək eləyin” deyən qız uşağının qışqırıq səsini eşidib: "Əvvəlcə həmin səsin qonşular tərəfdə olmasını zənn etdim. Lakin həmin səsi təkrar eşitdim və səsin blokdan gəldiyini başa düşdüm. Buna görə də yaşadığım mənzilin giriş qapısını açmağa başladım. Bu zaman ayaq səslərini eşitdim. Lakin həmin vaxt həyəcanlı olduğum və qapını bir qədər ləng açdığıma görə, blokdan kimin çıxıb getməsini görməmişəm. Qonşumuz Samirənin birinci və ikinci mərtəbələr arasında pilləkən meydançasında ayaq üstə ağladığını, lakin həyəcandan danışa bilmədiyini gördüm. Dərhal onun yanına qalxdım. Onun qolundan tutaraq sakitləşdirməyə çalışdım. Bu zaman orada olan meydançadan bir qədər kənarda yerdə məktəbli çantasının olduğunu gördüm. Səsə çıxmış digər qapı qonşumuzla birlikdə Samirəyə yardım edərək, onu evə apardıq. Evdə Samirəni sakitləşdirdik və nə baş verdiyini soruşduq. Samirə dərsdən gələrkən bir nəfər cavan kişinin onun arxasınca düşdüyünü, blokda pilləkən meydançasında qəflətən ona hücum etdiyini bildirdi. Lakin səs-küy olduğu üçün qaçdığını dedi”.
Məhkəmənin hökmü ilə Ramil Alıyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək