08-01-2016 [11:11]
"Zakir Nəsirov özü də məhkəmə prosesində deyirdi ki, ona o vaxt müxtəlif təkliflər olmuşdu. Məsələn, ona təklif olunmuşdu ki, Daxili İşlər Nazirliyi rəhbərliyinin Hacı Məmmədovu himayə etməsi və bu işlərdən xəbəri olması haqda ifadə versin”.
Bunu hazırda həbsdə olan DİN–in Baş CinayətAxtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun vəkili Adil İsmayılov "Azadlıq” qəzetinə müsahibəsində deyib. O, bildirib ki, bu kimi təkliflərə baxmayaraq, Z. Nəsirov razı olmayıb: "Zakir Nəsirova belə bir ifadə vermək təklif olunmuşdu ki, guya, Cahangir Hacıyevin həyat yoldaşının oğurlanmasını Mərkəzi Bankın sədri sifariş verib. Zakir Nəsirov buna da getmədi. O, hər dəfə təkrar edirdi ki, mən olmayan bir şey barədə ifadə verməyəcəm. Hesab edirəm ki, Zakir Nəsirovun eləmədiyi cinayətə görə bu gün həbsdə saxlanmasının səbəbi də odur. Əgər vaxtında o təkliflərə razılıq versəydi, çox güman ki, bu gün həbsdə olmayacaqdı. Çünki hələ o vaxt ona deyilmişdi ki, bu ifadələri verməsən, sonda ömürlük həbs cəzası alacaqsan. Dediklərini də elədilər”.
A. İsmayılov deyib ki, Hacı Məmmədov əməliyyat müvəkkili idi. Hacı Məmmədovdan sonra onun işlədiyi şöbənin rəisi Kamil Sədrəddinov həbs olundu. Bundan yuxarı artıq həmin şöbənin də daxil olduğu Baş Cinayət–Axtarış İdarəsinin rəisi gəlirdi – Zakir Nəsirov. Sonrakı mərhələlərdə də daha yuxarı – nazir müavinləri, nazir gəlir. Bu qaydada da gedirdilər. Amma Zakir Nəsirov da bu xətt dayandı. Nəsirov ondan tələb olunan ifadəni versəydi, davam edəcəkdi. Belə deyək, Zakir Nəsirov işlədiyi nazirliyin rəhbərliyinə qarşı qurulmuş oyunda özünü qurban verdi."Hacı Məmmədov olaylarının üstü açılandan bir müddət sonra Ramil Usubov media nümayəndələrinin iştirakı ilə keçirilən bir toplantıda açıq şəkildə dedi ki, Zakir Nəsirovun bu cinayətdə əli olduğuna inanmır.
İstintaq materiallarında maraqlı məqamlar var, Zakir Nəsirovun həbsi üçün "sübutlar” onun həbsindən bir gün əvvəl toplanıb. Bu da iki nazirlik arasındakı çəkişmənin nəticəsi idi. Razılıq almaq üçün bir günün içində "sübutlar” toplayırlar. Görünür, o vaxt nazirlərdən biri o birisindən daha güclü olduğuna görə onun sözü keçib”.
A.İsmayılov onu da qeyd edib ki, Z. Nəsirova yuxarıda qeyd olunan təklifləri irəli sürən MTN əməkdaşlarının böyük əksəriyyəti hazırda həbsdədir.
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək