05-01-2016 [16:36]
Göyçay şəhər 49-cu məhəllə sakini Ömərov İlqar Muxtar oğlu Mia.az-a şikayət məktubu göndərib.
Onun məktubunu olduğu kimi təqdim edirik:
"Yazıb sizə bildirirəm ki, 11 may 2015 ci il tarixində Göyçay şəhəri 49-cu məhəllədə mənim yaşadığım ünvanda oğrluq hadisəsi baş vermişdir. Həmin gün axşam saat 22:00 radələrində evə gəldim, pul və ailəyə məxsus qızıl-ziynət əşyaları olan seyfin götürüldüyünün şahidi oldum.
Dərhal Göyçay RPŞ-ə ərizə ilə müraciət etdim. Polis əməkdaşları təcili işə başladılar və tez bir zamanda evə daxil olan şəxsləri həbsə aldılar. Gecə saat 2:00 radələrində artıq pulun yeri təyin olunaraq axtarış və götürülmə işinə başladılar. Məlumat üçün bildirirəm ki, seyfdə 139 300 (yüz otuz doqquz min üç yüz) ABŞ dolları, 21 800 (iyirmi bir min səkkiz yüz) AZN manatı təxminən 800 (səkkiz yüz) qrama yaxın qızıl-ziynət əşyaları və 21 (iyirmi bir) ədəd özəlləşmə çeki olmuşdur. Göyçay RPŞ-nin verdiyi məlumata əsasən, 91 260 (doxsan bir min iki yüz altmış) ABŞ dolları, 560 (beş yüz altmış) AZN manatı, qızıl-ziynət əşyaları və 21 (iyirmi bir) ədəd özəlləşmə çeki tapılmışdır. Həmin vaxtdan xeyli vaxt keçməsinə baxmayaraq bu müddət ərzində qalan pul vəsaiti tapılmamışdır.
Həbs olunanların verdiyi ifadəyə əsasən hadisə belə olmuşdur. Üç nəfər evə daxil olub seyfi götürdükdən sonra 1973-cü il təvəllüdlü Seymur Quliyev adlı iştirakçının evinə aparmışlar və orda seyfi yararaq bütün pul, qızıl və özəlləşmə çeklərini gotürmüşlər. Sonra üçü bir yerdə seyfi aparıb Şirvan su kanalına atmışlar. Qayıdandan sonra pulu, qızılı və özəlləşmə çeklərini 1986-cı il təvəllüdlü Teymur Həsənov adlı iştirakçı götürmüşdür. Seyfdən götürülən puldan 40 (qırx) AZN manatı 1990-cı il təvəllüdlü Namiq adlı iştirakçı, 250 (iki yüz əlli) AZN manatı isə Seymur Quliyev adlı iştirakçı götürmüşdür. Teymur Həsənov sonradan Namiqə 60 (altmış) AZN manatına 1 (bir) ədəd telfon almışdır.
Qalan bütün əldə olunmuş pul və qızıl-ziynət əşyaları Teymur Həsənov adlı iştirakçıda olub. Teymur Həsənov Gəncə şəhər təcridxanasında bildirmişdir ki, istintaq buradan Göyçay RPŞ-dən götürülsün, hər şeyi boynuma alım. Teymur Həsənov həmən günü pulu yaxın qohumu vermişdir. Sonradan həmin şəxs şübhələnib pulun çox hissəsini Teymur Həsənova qaytarmışdır. Teymur Həsənovun dediyinə görə, o pulları torpaqda və evdə gizlətmişdir. Həmin gecə o bütün pullarin yerini etiraf edərək demişdir. Gecə ikən Anar adlı polis əməkdaşı pulu tapmadıqda geri qayıtmış, Teymur Həsənovdan pulun yerini dəqiq söyləməsini tələb etmişdir. Pulu topladıqdan sonra pulun az olduğunu görən polis əməkdaşları pulun qalan hissəsinin harda olduğunu soruşanda Teymur Həsənov pulun yaxın qohumunda olduğunu söyləmiş və zənglə pul polis şöbəsinə gətirilmişdir.
Bütün bunları Teymur Həsənov Namiq Ömərova danışmışdır. Məlumat üçün bildirirəmki Ömərov Namiq mənim oğlumdur. Teymur Həsənov bu hadisədən dörd (4) ay əvvəl bu oğurluq hadisəsini həyata keçirtməyi üçün Namiqə pisixi təsir göstərmiş ki, Namiq, qohum-qonşularda ev tap oğurlayaq. Namiq də öz nöbəsində heç yerdən oğurluq etməyəcəyini söyləmiş, sonradan onu oz evindən oğurluq etməyə məcbur ediblər ki, atan bilsə də səndən şikayyət etməz.
İstintaq müddətində istintaq bölməsinin rəisi Nəsirov Zaur məni ümüdvar etmişdi ki, narahat olma, sənin pulun tapılıb veriləcək. Hətta avqust ayının ortalarında müstəntiq İbrahimov Nahid mənə zəng edib bildirdi ki avqustun ayının on yeddisində (17) rayonda ol, xeyir xəbər olacaq, sizi sevindirəcəyik. Sonra hec bir məlumat olmadı.
İstintaq bölməsinin rəisi Nəsirov Zaur dəfələrlə mənə bildirmişdir ki, Həsənov Teymurun ailəsi pulu vermək istəyir. Onlar istintaqın bitməsini gözləyirlər. İstintaq bitdi, lakin pul ödənilmədi. Qarşı tərəf isə onlarda heç bir pulun olmadığını iddia edirlər. Mən öz növbəmdə mənə verilən vədlərə cavab istəyərkən polis şöbəsi bildirdi ki, biz öz işimizi bitirdik, iş qaldı məhkəməyə.
Birinci gün tapılan puldan sonra istintaq işinin səkkiz (8) ay müddətinə qədər uzadılmasına baxmayaraq, heç bir nəticə əldə olunmamışdır. Belə getsə tezliklə mənə məxsus olan mağazanı maddi vəziyyətimin pis olması səbəbilə bağlamaq məcburyyətində qalacam.
Səhəri gün Teymur Həsənovun yaşadığı ünvanda baxış keçirilərkən pullar Teymur Həsənovun göstərdiyi yerdən çıxmamış və az miqdarda çıxmışdır. Beləliklə, həmin gün həyətdən və evdən 91 260 ABŞ dolları, 560 AZN manatı, qızıl-ziynət əşyaları və 21 ədəd özəlləşmə çeki aşkarlanib götürülmüşdür. 48 040 ABŞ dolları və 21 240 AZE manatının kimlərdə olduğu məlum deyil. Xahiş edirəm ki, ki, qalan pullar hüquq mühavizə orqanlarının iştirakı ilə tapılıb mənə verilsin. Xahiş edirəm ki, bu işin tezləşdirilməsində media orqanları məsələni ictimailəşdirməklə mənə kömək olsunlar".
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək