14-12-2015 [11:10]
Narkotik və odlu silah gəzdirməkdə təqsirləndirilən Ceyhun Baxışovun apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.
"Report”un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmənin qərarı elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin C.Baxışovla bağlı hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb.
Xatırladaq ki, bu ilin yanvar ayında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları cinayətkar dəstənin üzvlərini yaxalayıblar. Araşdırma zamanı müəyyən edilib ki, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, narkotik vasitələrin qanunsuz dövriyyəsi, xuliqanlıq və digər maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş şəxslər - Bakı şəhər sakinləri Ceyhun Baxışov, Hacıbala Abbasov və Xırdalan şəhərində yaşayan Etibar Baxşızadə cinayətə meyilli şəxsləri ətraflarına toplamaqla "qanunsuz araşdırmalar” aparıblar. Onlar özlərini cinayətkar aləmin "nüfuzlu şəxsləri” kimi təqdim edərək ayrı-ayrı iş adamlarını təhdid etməklə qanunsuz olaraq pul yığılmasını və kriminal aləmin "kassa”sına ötürülməsini təşkil ediblər.
Baxış zamanı hər üç şəxsin üzərindən narkotik vasitə olan heroin aşkarlanıb. Bundan əlavə, C.Baxışovdan "Makarov” tipli tapança, E.Baxşızadənin mənzilindən isə 2 ədəd alışqanı ilə birlikdə əl qumbarası da aşkar edilərək götürülüb.
C.Baxışov Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunub.
Sentyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Baxışov 4 il müddətinə azadlıqdan məhrum edilib.
C.Baxışov kriminal avtoritet kimi tanınır.
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək