30-11-2015 [11:25]
Bakı Ağır Cinayətlər Məhkəməsində ona xəyanət edən arvadını 16 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən 1985-ci il təvəllüdlü Vüsal Musayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə gör, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.
Dövlət ittihamçısı ittiham aktını elan edib.Vüsal Musayev 2015-ci il aprelin 28-də gecə saat 01 radələrində evdə olarkən arvadı Zakirə Məmmədovanın iş yoldaşı Arazla yanında telefonla danışdığı üçün mübahisəsi düşüb. Z.Məmmədova mətbəxdən bıçaq götürərək ərini hədələyib və daha onunla yaşamaq istəmədiyini deyib. Bundan sonra bıçağı dolabın üzərinə qoyub və üzünü dönüb getmək istəyərdən əri V.Musayev həmin bıçağı götürərək ona 16 zərbə vurub. Hadisə nəticəsində Zakirə Məmmədova vəfat edib.
Vüsal Musayev sərbəst ifadəsində deyib ki, arvadı ona iş yoldaşı ilə xəyanət edib və özü onları bir yerdə tutub: "Aprelin 26-da Zakirə mənə dedi ki, "Qarayev”də yaşayan bacısıgilə gedib orada qalacaq. Mən də razılaşdım, getdi. Aprelin 27-i səhər işə getmədən öncə Məhəmmədi kəndinə getdim. Bacanağım rayona getmədən əvvəl mənə pul vermişdi ki, qonşularına çatdırım. Deyəsən bacanağımın qonşuya borcu vardı, həm də mənə demişdi ki, həyətlərinə arada baxıb itə, toyuq-cücəyə yem verərəm. Zakirənin bir bacısı "Qarayev”də, o biri isə Məhəmmədi də qalır. Mən səhər pulu aparıb qonşuya verdim, bacanağımın həyətinə girdim ki, itə su verim. Gördüm evin çöl qapısı bağlandı, içəri kimsə girdi. Yaxınlaşıb yoxladım qapı bağlı idi, biraz bərk dartanda Araz qapını açdı. Biz mübahisə etdik, Zakirə çıxıb mənə dedi ki, onla işin olmasın, nə olubsa mənlikdi. Mən də onlara dedim ki, 2 dəqiqə gözləyin tualetə girim çıxıb söhbət edərik. Mən tualetə girdim, çıxanda gördüm yoxdular, qaçmışdılar. Ordan çıxıb birbaşa evə getdim, gördüm Zakirə evə gəlib, paltarını dəyişib çıxıb. Buna görə də onun iş yerinə getdim. Zakirə Montində "Neptun” marketdə Arazla birlikdə işləyirdi.
Burda da Araz qabağıma çıxdı, mənə dedi ki, çıx get burdan. Ona dedim sən qarışma, Zakirəyə 1 kəlmə söz deyib çıxacağam. İcazə vermədi, mən də çıxıb getdim. Evdən Zakirəyə zəng edib dedim ki, işdən çıx evə gəl. Axşam gəldi, mənim yanımda Araza zəng edib deyirdi ki, o mənə heç nə edə bilməz, sən narahat olma. Mən də eşidirdim, Araz ona deyirdi ki, telefonu ver ərinlə danışım.
Mən sonradan bildim ki, Zakirə başqa yerdə kirayə ev tutub, Arazla orda görüşürmüşlər. Zakirə evdə mənə dedi ki, çıx get, Araz bura gəlsə, sənə pis olacaq. Dedi ki, mən 7 aydı onunla görüşürəm. Bundan sonra əsəbiləşdim, özümdən çıxdım. Onu necə vurduğumu da xatırlamıram”.
Vüsal Musayev və Zakirə Məmmədova 8 il ön cə evləniblər, birgə nikahdan 5 yaşlı oğulu var.
Vüsala Musayev arvadının "Neptun” marketdə işləyənə qədər münasibətlərinin yaxşı olduğunu deyib: "Vallah o elə qadın deyildi. Orda işləməyə başlayandan sonra elə oldu. Arvadımı Araz yoldan çıxardı”.
Hakim bildirib ki, onun cinayət işində şəxsiyyət vəsiqəsindən başqa heç nə yoxdu: "Nə nikah kağızı, nə də uşağın "metirka”ası var. Telefon danışıqları üzrə çıxarış da səhv nömrədən çıxarılıb. Digər sənədləri müstəntiq niyə əlavə etməyib?”
V.Musayev deyib ki, hadisənin səhərisi günü evə gedərək bütün sənədləri müstəntiq Rəcəb adlı şəxsə verib.
Qətlə yetirilən Zakirə Məmmədovanın böyük qardaşı Sabir Məmmədov ifadə verərək deyib ki, Vüsal onun bacısını qaçırıb, sonra evləniblər: "Toyları Ağdaşda oldu, sonra Bakıya köçdülər. Hadisədən əvvəl də mübahisələri olmuşdu. Bacım deyirdi ki, Vüsal başqa yerdə qız saxlayır. Dedim yola ver, getsin. Bir dəfə də pul üstündə davaları düşmüşdü. Vüsal işləyib pulu kafelərdə xərcləyirmiş, bacım işləyib evin kirayə pulunu verirmiş. Başqa bir hadisə də qızıla görə olub. Bacım evdən qızıl zinət əşyası tapıb, bundan soruşub ki, kimindi. Vüsal da deyib başqasına almışam. Yəni son vaxtlar münasibətləri belə şeylərə görə tez-tez pozulurdu. Zakirə ilə evli olduğu müddətdə də öz xalası qızı ilə sevgili olub. Belə şeylərin axırında da bu hadisə oldu”.
Zakirə Məmmədovanın bacısı Gülşən Məmmədova məhkəmədə ifadə verərək deyib ki, Vüsal tez-tez bacısını incidirmiş: "Onlar evlənənddən sonra Ağdaşda qalırdılar. Bir gün Vüsalın qardaşı balta ilə bunları qovub evdən çıxardı. Gəlib bizim evdə qaldılar. Sonra bizim ev plana düşdü, hərə bir tərəfə dağılışdı. Bacım deyirdi ki, Vüsal onu işləməyə məcbur edir. Mən də bacıma bu işi tapdım. Zakirə işdən çıxıb axşam evə gəlirdi, görürdü Vüsal evdə yoxdu. Soruşanda da deyirdi ki, mən kişiyəm, özüm bilərəm. Vüsal gəzdiyi qızların şəkillərini telefonda bacıma göstərib deyirdi ki, mən bunlarla gəzirəm. Bacım heç vaxt ona xəyanət etməyib. Heç kimlə də danışmayıb. Əgər belə bir adam olsaydı, istintaqa cəlb edilər, məhkəmə çağırılardı”.
Vüsal Musayev deyib ki, həmin Arazın telefon nömrəsini müstəntiqə verib və müstəntiq onun yanında Arazla danışıb.
Digər şahidlər də dindirildikdən sonra məhkəmə istintaqı tamamlanıb. Hakimlər kollegiyasının hökmü ilə Vüsal Musayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirlədirilərək 12 il müddətinə azadlıqdan məhrum edilib.
Murad Əhməd
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək