22-11-2015 [11:20]
Şirvanda kriminal "razborka” səngimək bilmir. 16 gün əvvəl – noyabrın 5-də Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən kafedə, kriminal aləmin üzvlərinin ölümlə nəticələnən mübahisəsi bu gün Şirvanın Köhnə Şəhər adlanan yaşayış massivində, Kür çayının sahilindəki İsmət Qayıbov adına parkda davam etdirilib.
Mia.az Anspress-ə istinadən xəbər verir ki, mübahisə Şirvandan olan kriminal aləmin üzvləri ilə Hacıqabullu "kriminallar” arasında baş verib. Davada Şirvandan olan dəstə arasında xəsarət alanlar olub. Qarşı tərəfdən yaralananlar olmasa da, avtomobilləri daş kəsəklə sındırılaraq yararsız hala salınıb.
Ərazidə yaşayan sakinlər deyiblər ki, Hacıqabuldan gəlmiş şəxslərin əllərində bıçaq, xəncər görüblər. Hadisə yerinə Şirvan Polis Şöbəsinin əməkdaşları çağırılıb. Qanlı davanın səbəbi hələ ki, məlum deyil. Xəsarət alanların kimliyi dəqiqləşdirilməyib.
Məlumata görə, mübahisə noyabrın 5-də baş tutan və "Makarov” tipli silahdan atəş açılmaqla Şirvan sakinləri, əvvəllər məhkum olunmuş, 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev və kriminal aləmdə "krıtıy Elvin” kimi tanınan 1983-cü il təvəllüdlü Nəziyev Elvin Zamanəli oğlu qətli ilə sonuclanan "razborka”nın davamıdır.
Xatırladaq ki, baş verən qətl hadisəsi ilə əlaqədar Şirvan sakinləri, 1985-ci il təvəllüdlü Tural Baloğlan oğlu Salmanov və biləvasitə qətli törədən 1989-cu il təvəllüdlü Əli Rasim oğlu Ağami saxlanılıb. Qan tökülsə də, "razborka” səngimək bilmir. 2 gün əvvəl - noyabrın 19-da qətlə görə həbsə alınan Ə.Ağaminin qardaşı Zaur Ağaminin həyatına qəsd olub. Onu təqib ediblər, Z.Ağami idarə etdiyi maşınla 9 saylı marşrut üzrə hərəkət edən avtobusa çırpılıb. Məlum olub ki, bu qəza da həmin qanlı "razborka”dan qaynaqlanıb. Şirvanda Abdulla ləqəbi ilə tanınan Əli Ağaminin qardaşı Zaur Ağamini "Maqqa” ləqəbli Mahir Tahir oğlu evinə çağırıb. Zaur Ağaminin onun evinə çağırılmasından məlumatlı olan anası bu haqda hüquq-mühafizə orqanlarına, DİN 102 xidmətinə məlumat verib. Bundan sonra əməliyyatçılar onun evinə gedib. Z.Ağamiyə Mahir Tahir oğlu evində bıçaqla hədə-qorxu gəlib. Buna görə saxlanılan M.Tahir oğlu Şirvan Məhkəməsinə aparılıb və 15 sutka müddətinə azadlıqdan məhrum edilib. Bundan sonra Z.Ağami tutulan şəxsin atası Tahir tərəfindən təhdid olunub.
Sonra isə Zaur Ağami qəflətən yoxa çıxıb və sonradan Şirvan şəhərinin "vosmoy” deyilən ərazisində peyda olaraq qəza törədib. Onun kriminal "razborka”ya çağırıldığı haqda da məlumat var. Bildirilir ki, Z.Ağami qəzadan əvvəl təqib olunub. Belə ehtimal var ki, o, dəvət olunduğu "razborka” məkanında qaçıb maşınına əyləşməklə canını qurtarmağa çalışıb və nəticədə qəza törədib.
Qeyd edək ki, noyabrın 5-də gecəyarısı Şirvan şəhəri, Heydər Əliyev prospekti ilə Taleh Ələkbərov küçəsinin kəsişməsində yerləşən kafedə kriminal aləmin üzvlərinin mübahisəsi zəminində 1983-cü il təvəllüdlü Elvin Zamanəli oğlu Nəciyev və 1990-cı il təvəllüdlü Zaur Vəfadar oğlu Sarıbalayev tapançadan ürək nahiyəsindən açılan atəşlə qətlə yetirilib. Belə ki, kafenin otağında Elvin Nəciyev "Makarov" tipli tapançadan Zaur Sarıbalayevə atəş açıb. O, aldığı güllə yarasından hadisə yerində ölüb. Şirvan sakini Əli Ağami isə "Makarov” tipli tapançadan açılan atəşlə Elvin Nəciyevi yaralayıb. Sonuncu Şirvan şəhər xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə yerindən 3 ədəd tapança gilizi və 1 ədəd patron aşkar edilib. Əli Ağaminin qətldə istifadə etdiyi "Makarov” tipli tapança 2 gün sonra Şirvan şəhər xəstəxanasının ərazisindən götürülüb. Elvin Nəciyevi qətlə yetirən Əli Rasim oğlu Ağami Samur sərhəd-keçid məntəqəsini yeni pasportla keçərkən saxlanılıb.
Belə ki, həmin pasportda onun ad və soyadı Ağami (anasının qızlıq soyadı) Əli Rasim oğlu, əvvəlki ad və soyadı isə Abdulla Hüseynov olub. O da məlum olub ki, cinayətdə istifadə olunan "Makarov” tapançasını Əli Ağamiyə silahlı insidentlə əlaqədar saxlanılan Tural Salmanov verib.
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək