11-11-2015 [16:32]
Nazirliyin rəsmi mətbu orqanı olan "Vergilər” qəzetində şou nümayəndələrinin vergini ödəmə qaydaları, verginin ödənilməyəcəyi haqda nəzərdə tutulan tədbirlər haqda məqalə dərc olunub. Həmin yazını təqdim edirik:
Vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir
Məşhur adların vergi qalmaqallarında hallanması, dünyanın tanıdığı «ulduzların» bəzən ciddi cəza almaları görünməmiş hadisə deyil. Məsələn, İtaliyanın ən məşhur kino «ulduzlarından» olan, dünyada qadın gözəlliyinin rəmzi hesab edilən Sofi Loren vergi ödəmədiyinə görə həbsdə olmuşdu. Başqa bir görkəmli italiyalı, məşhur müğənni Luçano Pavarotti bir neçə milyon dollar vergi ödəmədiyinə görə Belçikada tutulub saxlanılmışdı. Dahi rejissor və aktyor Çarli Çaplin də vergiyə görə ABŞ-da məsuliyyətə cəlb edilmişdi. Lap bu yaxınlarda əfsanəvi futbolçu Lionel Messinin adı ətrafında ciddi vergi iddialarının qaldırıldığının şahidi olduq... Dünyada sözsüz və müzakirəsiz qəbul edilən qayda belədir ki, kimliyindən asılı olmayaraq, hər kəs öz qanuni öhdəliklərini yerinə yetirməlidir.

Müğənnilər gəlirlərinə uyğun vergi ödəmirlər
Azərbaycanda da vergidən yayınan incəsənət xadimlərinin, şou-biznes nümayəndələrinin olması heç kəsə sirr deyil. Mediada vaxtaşırı olaraq müğənnilərin xidmət qiymətləri elan edilir və «qiymət siyahılarından» reklam vasitəsi kimi istifadə olunur. Siyahılara nəzər yetirdikdə məlum olur ki, müğənnilər toy şənliklərində yüksək qonorar alırlar. Haqlı bir sual meydana çıxır: incəsənəti təmsil edən adamlar nə üçün ödədikləri vergilər haqqında heç nə danışmırlar? Halbuki Avropa və Amerikanın əksər ölkələrində şou-biznes nümayəndələri dövlət büdcəsinə nə qədər vergi ödəməkləri ilə gündəmə gəlməyə üstünlük verirlər.
Əsas problem gəlirlərin düzgün rəsmiləşdirilməməsidir
Görülən tədbirlərə baxmayaraq, şou-biznesi təmsil edən vergi ödəyiciləri arasında vergi öhdəliklərinə əməletmə səviyyəsi arzuolunan səviyyədə deyil. Cari ilin ötən doqquz ayının nəticələri təhlil olunarkən tanınmış şou-biznes nümayəndələrinin toylarda və digər tədbirlərdə çıxış etmək müqabilində faktiki olaraq aldıqları və rəsmi bəyan etdikləri qonorarlarının məbləği arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Əsas problem isə bu təbəqədən olan vergi ödəyicilərinin əldə etdikləri gəlirləri toyların keçirildiyi şadlıq evlərində tətbiq olunan «Qeydiyyat kitabı»nda düzgün əks etdirməmələridir. Araşdırmalar göstərir ki, istər Bakı şəhərində, istərsə də respublikanın digər bölgələrində fəaliyyət göstərən istirahət, əyləncə, ictimai iaşə və digər obyektlərdə bir çox hallarda «Qeydiyyat kitabı»nın aparılmasına lazımi diqqət yetirilmir, çıxış edən müğənnilərin aldıqları qonorarların cüzi bir hissəsi «kitaba» salınır.
Vergi öhdəliklərini yerinə yetirməyən şou-biznes nümayəndələrinin adları ictimaiyyətə açıqlanacaq
Heç kimə sirr deyil ki, vergi xidməti də daxil olmaqla, bütün dövlət orqanları sənət adamlarına həmişə hörmət, diqqət və qayğı ilə yanaşıblar. Təəssüf ki, bu münasibətin qarşılığı xüsusilə də vergilərin ödənilməsi sahəsində heç də adekvat deyil. Bahalı avtomobil və mülklərini göstərməklə özlərini reklam etdirən şou-biznes nümayəndələrinin il ərzində büdcəyə nə qədər vergi ödədiklərinə baxdıqda, bu, daha aşkar görünür. Halbuki, məsələn, toy sahibindən alınmış 1000 manata görə dövlət büdcəsinə cəmi 40 manat ödəmək onların hər birinin imkanı daxilindədir və bu, heç bir halda böyük vergi yükü hesab oluna bilməz.
Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq, hazırda Vergilər Nazirliyi tərəfindən vergidən yayındırılmış məbləğlər kameral hesablama aparılmaqla büdcəyə bərpa olunur. Vergilər Nazirliyi bir daha xatırladır ki, kimliyindən asılı olmayaraq, vergiləri tam və vaxtında ödəmək öhdəliyi hamı üçün eynidir və heç kəs öz üzərinə düşən öhdəliyə görə məsuliyyətdən azad edilmir.
Təəssüflər olsun ki, hələ Azərbaycanda yüksək vergi mədəniyyətinin formalaşmasından danışmaq mümkün deyil və dövlət büdcəsinə vergi daxilolmalarının xeyli hissəsi vergi inzibatçılığı tədbirləri hesabına təmin olunur. Dünya təcrübəsi də güstərir ki, yüksək vergi mədəniyyətinin formalaşmasında tanınmış insanlar, o cğmlədən incəsənət adamları, şou-biznes nümayəndələri çox böyük rol oynayırlar. Bizdə isə əksinə, bəzi tanınmışlara, o cümlədən şou-biznes nümayəndələrinə dəfələrlə izah etmək lazım gəlir ki, səngərdə Vətəni qoruyan, Dağlıq Qarabağı, digər işğal olunmuş ərazilərimizi düşmən tapdağından azad etməyə hazırlaşan əsgərimizin maddi-texniki təchizatı da, təhsil və səhiyyəmizin vəziyyəti də, ölkəmizin şəhər və kəndlərinin, yollarımızın abadlaşdırılması və bütün sosial layihələrin həyata keçirilmə səviyyəsi də məhz büdcəyə vergi daxilolmalarından birbaşa asılıdır.

Şou-biznesə aid fəaliyyətlərlə məşğul olan şəxslərin vergiyə cəlb edilməsi
Vergi (vergi ödəmə) mədəniyyətinin yüksək olduğu ölkələrdə bu mədəniyyətin formalaşdırılmasında müstəsna əməyi və zəhməti olan dövlət qurumu (məsələn, bizim ölkədə Vergilər Nazirliyi) ilə bərabər yaşadığı cəmiyyətdə populyarlığı və özəl istedadları ilə zəngin olan az sayda fiziki şəxslər (xüsusi populyarlıq əldə edən vətəndaşlar) dövlətin xeyrinə ödədikləri vergiləri elan etməklə və bununla da fəxr hissinin olduğunu göstərməklə digər vətəndaşlara öz müsbət töhvələrini verirlər. Cəmiyyətdə öz fəallıqları ilə seçilən populyar biznesmenlər və sosial formada ideallaşlaşdırılan (insanların simpatiyasına çevrilən) az sayda şəxslər var ki, həmin şəxslərin ictimaiyyətin düşüncələrinin yönləndirilməsində rolunun olması qaçılmazdır. Belə şəxslərin üzərində sanki, bir sosial məsuliyyət yaranır və onlar daha çox ictimai əhəmiyyətli insanlara çevrilməklə istər-istəməz ictimai qınağın astanasında olurlar. Ona görə də bu cür fiziki şəxslərin öz fəaliyyətlərində uçot və vergi məsələlərindəki dürüstlüklərinə fikir verməsi vacibləşir. Belə fəaliyyətin iştirakçılarından biri də şou-biznesə aid olan fəaliyyətlərlə məşğul olan şəxslərdir.
Şou-biznes nədir? Bunu biznesin «şou» növü, əslində isə əyləncə sahəsində kommersiya fəaliyyəti adlandırmaq olar. Məsələn, fərdi və ya qrup şəklində musiqili estrada konsertlərinin keçirilməsi, musiqili video-kliplərin çəkilişi və satışı, kino filmlərin və teatr tamaşalarının istehsalı və tirajlanması, əyləncəli tv və radio proqramlarının təqdimatı, gözəllik müsabiqələrinin keçirilməsi, mötəbər idman yarışlarının keçirilməsini bu fəaliyyətə aid etmək olar.
Qeyd edək ki, əyləncə sahəsində fəaliyyət daha çox mədəniyyət sahəsini əhatə edir. Mədəniyyət haqqında Azərbaycan Respublikasının Qanununda (21.12.2012-ci il tarixli, 506-IVQ nömrəli) göstərilən mədəniyyət sahəsindəki fəaliyyət istiqamətləri içərisində dolayısı ilə şou-bizneslə tam əlaqəli istiqamətləri (maddə 20.1.6. peşəkar və həvəskar yaradıcılıq fəaliyyəti; maddə 20.1.7. audiovizual əsərlərin yaradılması və yayımlanması; maddə 20.1.8. kinematoqrafiya fəaliyyəti; 20.1.9. teatr-konsert fəaliyyəti və digər maddələr) görmək mümkündür. Əslində, şou sahəsində fəaliyyətlər mədəniyyət sahəsində fəaliyyətlər (maddə 1.0.5. mədəniyyət xidmətləri - şəxslərin mədəni-mənəvi-estetik ehtiyaclarının ödənilməsi məqsədilə göstərilən xidmətlər və yaradılan şərait) kimi qəbul edilməlidir və bu baxımdan da şou-biznes sahəsində fəaliyyət göstərən şəxslər «Mədəniyyət haqqında» Qanunun tələblərini nəzərə almalıdırlar.

Şou-biznes iştirakçıları kimlərdir?
Hazırda bizim cəmiyyətdə şou-biznesə aid olan fəaliyyətlərlə məşğul olanlar içərisində adları ən çox çəkilən sənət sahibləri aşağıdakılardır:
• Müğənnilər (fərdi və ya qrup şəklində mahnı ifaçıları və xüsusi titullar əldə edən artistlər)
• Musiqiçilər (musiqi alətlərində ifa edən şəxslər)
• Tamadalar (toy və digər şənliklərin aparıcısı)
• Şoumenlər (fərdi qaydada şou proqramların aparıcıları)
• Prodüserlər (şou, konsert və digər əyləncəli tədbirlərin təşkilatçıları)
• Diceylər
• Müxtəlif şou-proqramların (xınayaxdı, klounluq və digər) aparıcıları
• Rəqqaslar
• Səhnə arxası çalışanlar (rejissor, video operator, qrimçi, assistent və digərləri)
• Fərdi çalışan aktyorlar (teatr-tamaşa zallarında bədii rol ifaçıları)
Göstərilən sənət sahiblərindən başqa da şou-biznes nümayəndələri vardır. Lakin bunların içərisində ən çox qınağa məruz qalan müğənnilərdir. Bu baxımdan şou-biznes nümayəndələri, xüsusən də sahibkar müğənnilər öz vergi mükəlləfiyyətləri və ümumiyyətlə, vergi tənzimlənməsi məsələsini qanuna uyğun həyata keçirmədiyi halda digər sahibkarlara nisbətdə daha çox ictimai, həmçinin qanuni risk daşıyırlar. Hazırda ölkədə fəaliyyət göstərən şou-biznes nümayəndələrinin öz vergi öhdəliklərini necə müəyyənləşdirmələri və həyata keçirdiyi maliyyə əməliyyatlarının necə uçota almaları barədə müxtəlif fikirlər dolaşmaqdadır. Bu sahədə çalışan şəxslərin fəaliyyətinin uçotu və vergi mükəlləfiyyətlərinin müəyyənləşdirilməsində ümumi fikri formalaşdırmaq məqsədilə şou-biznes fəaliyyətini vergi nöqteyi nəzərindən təhlil edək.
Şou-biznes sahəsi ilə məşğul olmaqla fərdi qaydada (özəl olaraq) gəlir əldə etmək istəyən fiziki şəxs (məsələn, müğənni) bu fəaliyyətə başlamazdan əvvəl vergi orqanında uçota durmaqla VÖEN əldə etməlidir. Həmçinin DSMF-da, Statistika şöbəsində qeydiyyatını yoxlamalıdır, eyni zamanda Məşğulluq mərkəzlərinə də qeydiyyatla bağlı müvafiq məlumatları verməlidir. Hər 4 dövlət orqanında qeydiyyatı təmin edilən fiziki şəxs-müğənni fərdi sahibkar kimi fəaliyyət göstərə bilər.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
"Neftçi"nin baş məşqçisi oxşar forma ilə meydana çıxmalarını belə cavablandırdı - VİDEO
Ağsuda 14 yaşlı qıza qeyri-etik hərəkət... - İki nəfər saxlanıldı
Məhkəmə-Hüquq Şurasının üzvləri Albaniyada görüşlər keçiriblər
"Neftçi" yeni məşqçi ilə qələbə qazandı - Emin Əmrullayev "Karvan -Yevlax" matçını meydanda izləyib (FOTO, VİDEOLAR) - Yenilənib
Dəmiryolu ərazisində vaqona toxunan məktəblini elektrik cərəyanı vurub - "Vəziyyəti ağırdır" (VİDEO)
Polkovnik Füzuli Musayev hakimləri və rəqib komanda üzvlərini söyüb? - Qalmaqal necə bitəcək?
Şəkidən Bakıya piyada gələn tanınmış idmançı: "Bu yürüş birliyin yoludur" - FOTOLAR
Sabah hava necə olacaq? - Proqnoz
Xankəndinin Kərkicahan qəsəbəsinə ilk köç olub
SÖZÜMÜZ İMZAMIZDIR! - Azərbaycanın sülh çağırışları
Meyxanaçı Ağakərim Maştağada dəfn olunub (Yenilənib)
Azərbaycan nefti cüzi bahalaşdı
“İş yoldaşı qışqırdı ki, uşaq qaldı 20 tonluq çənin altında" - VİDEO
“Özümü birmənalı olaraq təqsirli bilmirəm" - Kamran Əsədov haqqındakı iddialara belə cavab verdi
Keçmiş partiya sədri məhkəmədə: "Oqtay Qasımov demək olar ki, evimdən çıxmırdı" - "Onun niyyəti pisdir, istəyir ki, məni həbs etdirsin"
ABŞ Suriyada əməliyyata başladı: "Bu, yeni müharibənin başlanğıcı deyil, qisasın elanıdır"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İstintaqa çağırılan "Fənərbağça" prezidentindən ilk açıqlama: "Heç nədən qorxmuram"
İstanbulda məşhurların həbsi davam edir - Bir aktrisa qonşunun, digəri isə gecə 03.00-da öz evində saxlanıldı
ŞOK: "Fənərbağça" prezidentinin evində narkotik axtarıldı - Sadettin Saran istintaqa çağırıldı
"Beşiktaş" axtardığı oyunçunu Hollandiyada "tapdı"
İsrail ordusuna əmr verildi: "Daş atanları öldürün!"
Tramp: "O, mənim nə istədiyimi dəqiq, özü də hamıdan yaxşı bilir"
Putin Avropanı hədələdi: "Nəticələri ağır olacaq"
Putin Ukraynada bir neçə şəhəri ələ keçirmək üzrə olduqlarını dedi: "Sizdədirsə, niyə içəri girmirsiniz?"
Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Xüsusi karantin rejiminin müddəti uzadılıb
Mia.az Xəbər Portalının iki əməkdaşı təltif olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Əhməd İsmayılov Türkiyədə - Burhanettin Duranla görüş olub + FOTO
Dövlətə məxsus daha 50 maşın özəlləşdirilib
Sumqayıt, Quba, Ağdam və İsmayıllıda yaşıllıqları qırıblar
QƏBUL İMTAHANI İLƏ BAĞLI MƏHKƏMƏ: Kamran Əsədovla Gündüz Abbasov hakim qarşısına çıxarıldılar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Rusiya Zaporojyeyə zərbə endirib, yaralılar var
Beyləqanda kanalizasiya quyusuna düşən azyaşlı ölüb
Tovuz Gömrük İdarəsinin rəisi təqaüdə göndərildi - FOTO
Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlandı
ABŞ-da qaçırılan kiçik təyyarə qəzaya uğrayıb
Elektron siqaretlərin qadağan olunması barədə yeni qanun ilk oxunuşdan keçdi - Detallar
Rumen Radevdən Azərbaycan Prezidentini təbrik edib - MƏTN
Sabah hava necə olacaq? - Proqnoz