02-11-2015 [23:10]
Bakı Apellyasiya Məhkəməsində Zərdab rayon sakini Nazim Mirzalızadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Mia.az oxu.az-a istinadən xəbər verir ki, 2014-cü il martın 18-i gecə saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, "Atçılıq” yaşayış sahəsi ərazisində "Məkan” adlanan avtoservisin qarşısında Nazim Mirzalızadə aralarında baş vermiş mübahisə zamanı Elşən Orucovun (1987-ci il təv.) sinə nahiyəsinə və onun qardaşı Samir Hüseynovun qarın nahiyəsinə bıçaq zərbələri vurub.
Orucovun xəstəxanaya çatdırılarkən yolda ölməsi, Samir Hüseynovun isə yaralı vəziyyətdə 3 saylı kliniki xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon prokurorluğu tərəfindən ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İstintaqla müəyyən edilib ki, Nazim Mirzalızadə taksi fəaliyyəti ilə məşğul olduğundan martın 17-də axşam idarə etdiyi "VAZ 21015” markalı avtomaşınla "Atçılıq” yaşayış sahəsinin giriş hissəsində, yol kənarında dayanıb. Axşam saat 23 radələrində o bir qadının uşaqla qəsəbə sakini Elşən Orucovun idarə etdiyi "VAZ 2107” markalı avtomobildən düşərək, dərhal orda dayanan "VAZ 21011” markalı avtomobilə minməsini görüb.

Sürücü Ağa Əliyev tərpənmək istədikdə Elşən Orucov Sevinc Hüseynova ilə aralarında münasibətə aydınlıq gətirmək üçün maşını saxlamağı tələb etsə də, qadın ondan qorxduğunu söyləyərək sürücüdən avtomobili saxlamamağı xahiş edib. Bir az getdikdən sonra Hüseynova yol haqqı kimi verməyə pulunun olmadığını bildirdiyindən sürücü Binə qəsəbəsində yeləşən körpünün yanında onları düşürdüb.
Bundan sonra həmin yerdən öz avtomobili ilə keçən Nazim Sevinc Hüseynovanı azyaşlı oğlu Ümidlə görüb maşını saxlayıb, o biri taksidən düşmələrinin səbəbini soruşduqda qadın pulu olmadığını bildirib. Yazığı gəldiyi üçün onları avtomaşına əyləşdirib və "Sovxoz” adlanan yaşayış sahəsində yerləşən evlərinə aparıb.
Saat 23:45-də Nazimə zəng vuran Elşən Sevinci "Atçılıq” yaşayış massivinə qaytarmasını tələb edib, lakin Mirzalızadə qadını uşaqla evlərinə çatdırıb və sonra "Məkan” adlı avtoservisin yanına gəlib. Orada Elşən Orucov və Samir Hüseynovla qadını tələb olunan yerə gətirmədiyinə görə aralarında mübahisə yaranıb, Orucov sifət nahiyəsindən yumruqla vuraraq onunla əlbəyaxa olub. Nazim Elşəni itələyərək telefonundan DİN-in 102 xidmətinə zəng edib döyülməsi barədə məlumat verdiyindən dava daha da kəskinləşib.

Qardaşlar Nazimin ünvanına söyüşlər söydükləri üçün, sonuncu üzərində olan küpü yastı tiyəli bıçaqla əlbəyaxa olduğu Elşənin ürək nahiyəsinə xəsarət yetirib. Daha sonra onları aralaşdırmağa cəhd edən Samirin qarın nahiyəsinə zərbə endirib. Yaralılar "VAZ 2107” markalı avtomaşınla xəstəxanağa gedərkən Elşən kəskin qanitirmədən keçinib, Samirə isə tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub. Bundan sonra öz avtomobili ilə Hövsan qəsəbəsində yaşayan bibisi oğlu İdayət Hüseynovun evinə gedib, hadisəni ona danışıb və birlikdə Xəzər RPİ-yə gələrək təslim olub.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nazim Mirzalızadə ittiham üzrə özünü qismən təqsirli hesab edərək, Elşənlə Samiri qəsdən öldürmək məqsədi olmadığını, həmin vaxt özünü müdafiə etdiyini qeyd edib.
Zərərçəkən Samir Hüseynov dava vaxtı Nazimə zərbə vurmadığını, sadəcə onları aralamaq istədiyini bildirib.
Mərhum Elşən Orucovun yaxın qohumu kimi hüquqi varisi qismində tanınmış anası Tamaşa Orucova ifadəsində göstərib ki, Elşən Orucov və Samir Hüseynov onun oğullarıdır, Samir öz babasının adını özünə soyad seçdiyi üçün soyadları fərqlidir. Ayın 18-nə keçən gecə Samir və Elşən evə gəlmədiklərinə görə narahat olduqları üçün əri Elşənin telefonuna zəng edib.

Telefona cavab verən Elşən xırıltılı səslə "Sabunçu xəstəxanası” sözlərini deyib. Bu səbəbdən onlar da dərhal xəstəxanaya yollanıblar və ora çatanda biliblər ki, Elşənlə Samiri bıçaqla Nazim Mirzalızadə vurub.
Şahid Sevinc Hüseynova ifadəsində, martın 17-də Elşən Orucovla tanış olduğunu, öz adını bildirmək istəmədiyi üçün özünü Günəş adı ilə təqdim etdiyini göstərib. O, həmin gün axşam saatlarında 4 yaşlı oğlu ilə birlikdə Elşənlə "Atçılıq” yaşayış sahəsi ərazisində yerləşən kafedə olub. Bir az sonra Elşənin qardaşı Samir də Almaz adlı tanışı ilə birlikdə onların yanına gəliblər və bir qədər kafedə oturandan sonra birlikdə Binə qəsəbəsi ərazisində yerləşən "Karaoke” kafeyə yollanıblar.
Həmin kafedə də bir müddət oturandan sonra evinə getmək istədiyini deyib və Elşəndən onu evə aparmağı xahiş edib. Elşən avtomobili idarə edərkən onunla intim əlaqəyə girməyi dəfələrlə təklif etsə də, Hüseynova imtina edib. Bir neçə dəfə avtomobili saxlamağı tələb edib, nəhayət, Elşən "Atçılıq” yaşayış sahəsi ərazisində taksilər dayanan yerdə avtomobili saxlayıb və o düşərək "VAZ-21011” markalı taksi avtomobilinə əyləşib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Mirzalızadə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Bakı Apellyasiya Məhkəməsi N.Mirzalızadənin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək