22-10-2015 [15:52]
Bu gün Bakı Şəhər Baş Polis İdarəsində 2015-ci ilin 9 ayının yekunlarına həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.
İdarədən APA-ya verilən məlumata görə, müşavirəni giriş sözü ilə açan Baş İdarənin rəisi, polis general-mayoru Mirqafar Seyidov qeyd edib ki, hesabat dövründə paytaxtda ictimai asayişin mühafizəsi ciddi nəzarətdə saxlanılıb, bu müddətdə qanunsuz keçirilməsinə cəhd göstərilən bütün aksiyaların qarşısı alınıb. Beynəlxalq və respublika əhəmiyyətli çoxsaylı kütləvi tədbirlərdə, habelə yüksək səviyyəli nümayəndə heyətlərinin gəlişi ilə bağlı tədbir və mərasimlər zamanı ictimai asayiş tam təmin olunub. İstintaq işlərinin və təhqiqatın aparılması, vətəndaşlara şəxsiyyət vəsiqələrinin verilməsi, onların ərizə və müraciətlərinə baxılması, habelə Bakının polis orqanlarının fəaliyyət dairəsinə aid digər sahələrdə də müəyyən işlər görülmüş, qarşıya qoyulmuş vəzifələr bütövlükdə təmin edilib.
Müşavirədə Bakı polisinin bir sıra xidmət və ərazi polis orqanlarının rəisləri çıxış ediblər, mövcud nöqsan və çatışmazlıqları qısa müddətdə aradan qaldıracaqlarına söz veriblər.
Əməliyyat müşavirəsində Baş İdarənin rəisi Mirqafar Seyidov 2015-ci ilin 9 ayı ərzində paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahələrindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, müxtəlif hüquqpozmaların, o cümlədən insan hüquq və azadlıqlarının pozulması hallarının əvvəlki illə müqayisədə xeyli azaldığını qeyd edib. O, müşavirə iştirakçılarının diqqətini qarşıda duran bir sıra həlli vacib məsələlərə yönəldib, tapşırıq və tövsiyələrini verib, nöqsanların aradan qaldırılması yollarını göstərib. Baş İdarənin rəisi daxili işlər nazirini və ölkə rəhbərliyini əmin edib ki, Bakı polisi bundan sonra da cinayətkarlığa qarşı mübarizəni əzmlə davam etdirəcək, əmin-amanlığın, ictimai asayişin təmini istiqamətində qarşıya qoyulan bütün vəzifələri, verilən göstərişləri layiqincə yerinə yetirəcək, paytaxtın sabitliyinin və təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaqdır.
Müşavirədə bildirlib ki, bu il Bakıda 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanıb.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsində bu gün keçirilən əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, 2015-ci ilin 9 ayı ərzində Bakı şəhərində Daxili İşlər Nazirliyi və Prokurorluq üzrə 8.706 (8.752) cinayət qeydə alınıb ki, onların da 81,6%-i (7.104-ü) az ağır və böyük ictimai təhlükə törətməyən, 18,4%-i isə (1.602-i) ağır və xüsusilə ağır növlər olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qəsdən adam öldürmələr 9,5%; qəsdən sağlamlığa ağır zərər vurmalar 9,7%; adam oğurluğu faktları isə 2 dəfə azalıb.
Cinayətlərin 75,9%-nin (ötən il 70,1%), ağır növlərinin 77,9%-nin (72,4%), qeyri-aşkar şəraitdə baş verənlərin 64,7%-nin (57,4%) açılması təmin olunub. Şəxsiyyət əleyhinə olan 1402 cinayətdən 92,3%-i (91,2%), o cümlədən qəsdən adam öldürmələrin 100%-i (90,7%), adam öldürməyə cəhdlərin 89,5%-i açılıb.
2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi cinayətlərin açılması 5,8%, onların ağır və xüsusilə ağır növlərinin açılması 5,5%, şəxsiyyət əleyhinə olanların açılması 1,1%, o cümlədən qəsdən adam öldürmələrin açılması 9,3%, mülkiyyət əleyhinə cinayətlərin açılması 10,4%, mənzillərdən edilən oğurluqların açılması 10,9%; avtonəqliyyat oğurluqlarının açılması 12,5%; quldurluqların açılması 7,1%; hədə-qorxu ilə tələb etmələrin açılması 6,5%; avtonəqliyyatın qaçırılması 5,1%; xuliqanlıqların açılması 0,5%; dələduzluqların açılması 2,7%; ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması 7,1% yaxşılaşıb.
Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin də böyük əhəmiyyəti olub. Baş İdarənin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər” xidmətinin operatorları tərəfindən 1911 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 202 bağlı cinayət açılıb.
2015-ci ilin 9 ayı ərzində təqsirləndirilən şəxs qismində axtarışda olan 1106 nəfərdən 65,6%-i (-2,2%, 725-i), ağır və xüsusilə ağır cinayətlərə görə axtarılan 456 nəfərdən isə 51,1%-i tutulub (-2,1%, 233-ü).
Bununla yanaşı, 45 soyğunçuluq və quldurluq cinayəti törətmiş 95 nəfərdən ibarət 38 qrup, eləcə də mənzillərdən 84 oğurluq törətmiş 69 nəfərdən ibarət cinayətkar 29 qrup yaxalanıb.
Narkotiklərlə bağlı aşkar edilmiş 1074 (1112) fakt üzrə qanunsuz dövriyyədən 227 kq 156 qram (205 kq 568 qr) narkotik vasitə çıxarılıb.
Paytaxt ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 14,2%, həlak olanların sayı 19,2%, xəsarət alanların sayı isə 3,3% azalıb. Baş vermiş 497 (ötən il 579) yol-nəqliyyat hadisəsində 168 (ötən il 208) nəfər həlak olub, 645 (ötən il 667) nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək