06-10-2015 [22:50]
Səbail Rayon Məhkəməsində azyaşlı qohumuna qarşı seksual xarakterli hərəkətlər etməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Aqşin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Qafqazinfo”nun məhkəmədə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan 1998-ci il təvəllüdlü Aysun Kazımova ( ad, soyad şərtidir) deyib ki, 2013-cü ilin noyabr ayında Aqşin Məmmədov taksi fəaliyyəti ilə məşğul olduğundan ailəsini İsmayıllı rayonundan Bakı şəhərinə gətirib. Bundan bir neçə gün sonra Aqşin evlərinə gəlib mobil telefon nömrəsini ona verib və ona zəng etməsini xahiş edib. O, Bakı şəhərində olan zaman Aqşinə "Salam” məzmunlu mesaj yazıb. Təxminən 1 həftə sonra Aqşin Məmmədov onun mobil telefonuna zəng edib və tanış olaraq, onunla danışmaq istədiyini bildirib. O, əvvəlcə Aqşinlə razılaşmasa da, sonuncu bir neçə gün ərzində ona zəng etdiyi üçün o, Aqşinlə danışmağa və hal-əhval tutmağa başlayıb. Bir müddət sonra Aqşin Məmmədov onu dərsə aparmaq istəyini bildirib və o, bu təkliflə razılaşıb.
2013-cü dekabr ayından başlayaraq Aqşin Məmmədov həftədə 3 dəfə Bakı şəhəri, Səbail rayonu, 20-ci Sahə qəsəbəsinin ərazisindən onu götürüb ali məktəbə hazırlaşmaq üçün "20 Yanvar” merostansiyasının yaxınlığında yerləşən "Araz” kurslarına dərsə aparıb, saat 18.45 radələrində isə dərsdən götürüb yenidən 20-ci Sahə qəsəbəsinə gətirib. 14 dekabr 2013-cü il tarixdə Aqşin Məmmədov dərsdən sonra onu götürərək avtomobili Bakı şəhəri, Səbail rayonu Şıxov çimərliyi ərazisinə sürüb və orada, heç kimin olmadığı yerdə avtomobili saxlayıb, ona qarşı təcavüz edib, zor tətbiq edərək, ona qarşı seksual xarakterli hərəkətlər edib. O, qorxduğu üçün həmin zaman heç kimə bu barədə məlumat verməyib. Həmin hadisə zamanı onun döş nahiyəsində xəsarət əmələ gəlib və bununla əlaqədar axşam Aqşinlə aralarında SMS yazışması olub.
Verilən suallara cavab olaraq zərərçəkmiş şəxs Aysun Kazımova (ad, soyad şərtidir) təqsirləndirilən şəxs Aqşin Məmmədovun onun orta məktəbdə təhsil aldığını və 16 yaşının tamam olmamasını bildiyini göstərib.
Təqsirləndirilən şəxs Aqşin Məmmədov ifadə verərək hadisəni etiraf edib, lakin qızla zorlamaqla deyil, könüllü olaraq sevişdiklərini bildirib. O qeyd edib ki, həmin vaxt qızın 16 yaşının tamam olmadığını bilməyib.
Qeyd edək ki, Aqşin Məmmədovun atası Həsən Məmmədov İsmayıllı rayonu, Gideyli kəndində orta məktəb direktorudur.
Məhkəmədə zərərçəkmiş şəxsin anası, təqsirləndirilən Aqşin Məmmədovun əmisi Kazım Məmmədov və İslam Məmmədov dindirilib.
Aqşin Məmmədov hadisəni törədərkən evli olub. Onun hazırda 4 və 2 yaşında oğulları var.
Məhkəmə hökmünə qədər ev dustaqlığında olan A.Məmmədov Səbail Rayon Məhkəməsinin hökmü ilə 1 müddətinə azadlıqdan məhrum edilib, onun haqda ev dustaqlığı dəyişdirilərək həbs-qətimkan tədbiri seçilib.
Zərərçəkmiş Aysun Kazımovanın (ad, soyad şərtidir) vəkili Vasif İsrafilov qərardan apelyasiya şikayəti verib.
Vəkil V.İsrafilov şikayətində qeyd edib ki, Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyasında 03 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuş, alternativ cəza da yoxdur: "Zərərçəkmiş şəxsin ailəsi və özü də təqsirləndirilən şəxsi bağışlamaq fikri yoxdur və olmayacaq. Təqsirləndirilən şəxs dəfələrlə zərərçəkmiş şəxsə onun ailəsinə, iş üzrə şahidlərə təsir göstərib, barışıq ərizəsi vermədiyi təqdirdə onu öldürəcəyi ilə hədələyib. Hətta vəziyyət o yerdədir ki, zərərçəkmiş şəxsin əsgərlikdən yeni gəlmiş qardaşı təqsirləndirilən şəxsi öldürmək istəyib.
Təqsirləndirilən və zərərçəkmiş hər ikisi eyni kənddəndirlər, uzaq qohumdurlar və A.Məmmədov etdiyi hərəkətdən sonra kənddə lovğalanıb və bildirib ki, biz ona heç nə edə bilmədik və o cəzasını elə ev dustaqlığında keçirib qurtaracaq.
Göründüyü kimi Aqşinin azyaşlı Aysunu zorlayaraq onu ailəsində və cəmiyyətdə rüsvay edib, onun bir müsəlman qadın kimi gələcək həyatını korlayıb və Aynuru ömürlük ləkələyərək bədbəxt edib. A.Məmmədovun az cəza alması cəmiyyətdə mənfı emosiyalar doğurur və cəmiyyət üçün təhlükləli olmaqda qalır.
Məhkəmə Aqşin Məmmədova cəza təyin edərkən ona qarşı mərhəmətli olub, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, zərərçəkmiş şəxsin onu bağışlamamasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə almayıbr. Bu səbəbdən hesab edirik ki, A.Məmmədova 2 ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir və bu, qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur”.
Vəkil Vasif İsrafilov Səbail Rayon Məhkəməsinin hökmünü ləğv edərək Məmmədov Aqşin Həsən oğlu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsinin sanksiyası həddində 2 ildən daha ağır cəza, yəni 2 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilməsini istəyib.
MHP lideri: "Türkiyə ilə İranı üz-üzə gətirmək istəyənlər var"
Konfrans Liqası: türk klubu doğma meydanında uduzdu
İran XİN sözçüsü: "Elə bir şəkildə onları cəzalandırmalıyıq ki..."
Laricani Trampa belə mesaj verdi: "Səhvinizin bədəlini ödəyənə qədər sizi rahat buraxmayacağıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BƏƏ Müdafiə Nazirliyi: "İrandan atılan 10 ballistik raket və 26 PUA zərərsizləşdirilib"
Tarif Şurası dərmanlarla bağlı qərar verdi
Mauro İkardi "Qalatasaray" azarkeşlərini qəzəbləndirdi - Səbəb
Hakan Fidan Almaniya XİN başçısı ilə görüşdə İranın parçalanma planından danışdı, sərt xəbərdarlıq etdi: "Xəyala qapılmayın, hər ssenariyə hazırıq"
Ramazanın 23-cü gününün duası: imsak və iftar vaxtı
İranın yeni lideri xalqa müraciət etdi, yeni mesajlar verdi - "Hazırkı sarsılmaz birliyimizi qorumalıyıq"
Binəli Yıldırım: BMT son illər dünyada baş verən müharibələrin həlli üçün ortaya uğurlu iş qoya bilməyib
Əli Əsədov Timor-Leste Prezidenti ilə görüşüb
Maştağada gölü qanunsuz dolduran şəxs həbs olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fuad Babayev yenə müşavir təyin edildi - Bu dəfə fərqli qurumda
ALİ MƏHKƏMƏ AD HÜQUQİ BARƏDƏ YENİ QƏRAR VERDİ - İzah
BMT: Yaxın Şərqdəki gərginlik səbəbindən 3 milyondan çox İran sakini evlərini tərk edib
İLKİN HƏRBİ QEYDİYYATLA BAĞLI YENİ QAYDA TƏSDİQLƏNDİ
İsrail Ordusu Beyrutda SEPAH komandirini öldürüb
XIII Qlobal Bakı Forumu: Prezident tədbirdə çıxış edib - TAM MƏTN + FOTOLAR (Yenilənib)
Fransa Mərkəzi Bankının sədri: "Heç pulumuz qalmadı"
Nazir Vilayət Eyvazov: "Daxili Qoşunlar dövlətçiliyin dayaqlarından birinə çevrilib" - VİDEO
Vəkil Kamran Əsədovun həbsdən azad edilməsini istədi, hakim "yox" dedi - Ekspertin məhkəməsi
İsrail Livanı bombaladı - 15 nəfər öldü
Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb
Avroviziya mahnısı qalmaqal yaratdı - Təsadüf yoxsa plagiat? (VİDEO)
Daha bir sahə üzrə cərimələr tətbiq olunacaq
Şöbə müdiri müşavir təyin edildi
İran İsrailə yeni raketlər fırladıb
Sabah hava necə olacaq? - Proqnoz
Türkiyənın başına 20 milyon qoyduğu şəxs nazir müavini təyin edildi - Suriyada + FOTOLAR
İlham Əliyevdən bahalaşan neft və qazın qiymətiylə bağlı - Açıqlama
Müşavirin maşınından 45 min manat oğurlanıb
Konqoda mədən çökdü: ölənlər var
Qlobal böhran fonunda Azərbaycan yüksəlir - TƏHLİL
İlham Əliyev: "Bu, beynəlxalq nizamın əsaslarını sarsıdır"
Bakıda yarıçılpaq gəzən qadın xəstəxanaya yerləşdirilib
TRAMP İRANDA REJİM DƏYİŞİKLİYİ GÖZLƏYİR: "Bir saata məhv edə bilərik və onu yenidən 25 ilə qura bilməzlər"
Gəncədə kişi qətlə yetirildi - 17 yaşlı oğlu tutuldu
Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək