Kitabla kəf gələnlər
YAZARLAR
13.06.2015, 12:26
Mağazadan aldığımız iki qəpiklik kibriti çəkib qazı yandıranda, bu, ən ucuz, ancaq işimizi xeyli dərəcədə rahatlaşdıran son dərəcə əhəmiyyətli əmtəənin istehsal, daşınma, satış prosesi haqqında zərrəcə düşünmürük.
Bəlkə də, bu kibritin çöpünü bir müəssisə, kükürdünü başqa müəssisə, qutusunu bir müəssisə, etiketin tamam başqa bir müəssisə istehsal edir. Bütün bunlar milyonlarla istehlakçı üçün qətiyyən maraqlı deyil, adi vətəndaş bu barədə heç düşünmür və buna ehtiyac da yoxdur.
Çünki hərənin öz işi var və hər kəs bilavasitə məşğul olduğu işin incəliklərini bilir: kimsə kibrit üçün kükürd istehsal etməli, kimsə onu hansısa xarici ölkədən idxal etməli, kimsə burada onu alıb mağazalara paylaşdırmalı, kimsə də mağazadan müştərilərə satmalıdır.
Bütün məhsullar belədir: istər kibrit olsun, istər kompüter, istər çəkmə bağı, istərsə də, kərə yağı. Kibriti ona görə misal çəkdim, o ilk baxışda ən sadə görünən və ən ucuz satılan əmtəədir.
Əgər istehsalla məşğul olmaq fikrinə düşsək və ən sadə bir məhsulun istehsalından başlasaq, görəcəyik ki, onun bir çox komponentlərini başqa istehsalçılardan almağa, onun tədarükünü və realizə olunmasını başqalarına həvalə etməyə məcburuq.
Kitab da belədir: onu biri yazır, biri redaktə edir, başqaları korrekturasıyla məşğul olur, biri səhifələyir, tərtibat, format verir, şriftini müəyyənləşdirir, başqa biri rəsmlərini çəkir, digərləri onu çap edir, cildləyir, paketləyir, başqaları kitab mağazalarına daşıyır, sonuncular da satır. Hələ burada saysızhesasız digər incəliklər də var ki, mən nə onların hamısını bilirəm, nə də bildiklərimi sadalayıb başınızı ağrıtmaq istəyirəm.
Sadəcə, bircə kəlməylə demək istəyirəm ki, kitab istehsalı əsasən üç mərhələdən keçib öz müştərisinə (oxucusuna) çatmalıdır:
1. Yazıçı (şair-tərcüməçi); 2. Naşir (nəşriyyat-mətbəə); 3. Nealizə mərkəzləri (kitab mağazaları və kitabxanalar).
Bu, kitabçılığın bütün dünyada ən məqbul hesab və tətbiq olunan yoludur. Ancaq bizdə hələ də çox şeylər yerinə oturmadığından kitab istehsalı sahəsində də əsasən özfəaliyyət, qeyri-peşəkarlıq, diletantlıq hökm sürməkdədir. Kitab yazmaq, çap etdirmək, bundan pul qazanmaq istəyən şəxs əvvəlcə bu kitabı yazmalı, sonra redaktor və korrektor tapıb oxutmalı, səhifələyici, rəssam və dizayner tapmalı, ondan sonra hansısa mətbəəyə müraciət etməli, pul verib çap etdirməli, daha sonra qapı-qapı düşüb onu kitab dükanlarına paylamalı, sonra da satılıb-satılmadığını, neçəsi satıldığını öyrənmək, satılanların pulunu almaq üçün kimlərləsə çənə-boğaz etməlidir.
İndi mən sizdən soruşuram: bir adam nə qədər istedadlı olmalıdır ki, həm yaxşı mətn yazmalı, həm yaxşı naşir-biblioqraf olmalı, həm də yaxşı menecer olmalı və marketinq bacarmalıdır?
Məncə, bu peşələr tamamilə fərqli keyfiyyətlər tələb etdiyindən onların bir şəxsdə uğurlu şəkildə birləşməsi son dərəcə nadir bir hadisə olardı və hətta bir qədər irəli gedib, demək istərdim ki, bəlkə də, mümkün deyil. Məncə, hətta bu peşə sahibləri müxtəlif temperament tipləri, müxtəlif xarakter və dünyagörüşü sahibləri olurlar. Elə bu səbəbdən də, müvafiq prosesi keçən kitabların taleyi çox zaman uğursuz olur: mətn yaxşı olsa belə, digər mərhələlərdəki qeyri-peşəkarlıq və axsaqlıqlar kitabın mağazalarda və anbarlarda yatmasına səbəb olur. Əksər hallarda isə, həm mətn, həm də digər proseslər yararsız olur və nəticədə insanlar kitabdan soyuyur, onsuz da azsaylı olan oxucuların sayı bir az da azalır.
2006-cı ildə Knut Hamsunun 2-cildliyini çap etdirəndə nəşriyyatdan kitabın satışını təşkil etmək imkanlarının olub-olmadığını soruşdum. Dedilər ki, yoxdur. Pulunu verəcəksən, kitabını çap edəcəyik, ondan sonra nə edirsən-et. İstəyirsən kitab dükanlarına payla, istəyirsən hədiyyə et, ya əldə satdır. Yəni bunun bizə dəxli yoxdur. Mən də bir hissəsini Bakıdakı kitab mağazalarına, Kitab Klubuna verdim. Aradan 10 il keçib, amma hər cildi cəmi 500 ədəd tirajla nəşr olunan kitablardan hələ də Akademkitabda, Nizami muzeyinin altındakı mağazada, Prezident kitabxanasının mağazasında qalır. Hərdən yolum oralardan düşəndə baxıram ki, vitrində hələ də dururlar. Ona görə də, heç soruşmuram da.
Ümumiyyətlə, qeyd etmək istərdim ki, yazıçının həm kitab yazması, həm də pul verib onu çap etdirmə-sindən, sonra onu satmaq üçün dəridən-qabıqdan çıxmasından absurd bir şey ola bilməz. Məncə, bunları edən yazar artıq yazarlıqdan çıxır, o, işbaza və alverçiyə çevrilir, o həm yazıçı, həm də iş adamı kimi yarımçıq bir şeyə, uğursuzluq sindromuna yuvarlanır. Nəticədə nə ədəbiyyat inkişaf edir, nə də kitab sənayesi.
Bu sətirləri son günlər bəzi yazarlarla "Əli və Nino" kitab mağazaları arasında yaranan qalmaqaldan təsirlənərək yazdım. Dostlar inciməsin, ancaq yazıçının kitab mağazasını onun yuxarıda təsvir etdiyim kustar üsulla çap etdirdiyi kitabını satmaqdan imtina etdiyinə görə boykota çağırması, dəstəbazlıq edib kampaniya aparması ən azı yazıçılığa, yazıçı adına yaraşan iş deyil. Digər tərəfdən, kitab mağazası müstəqil kommersiya qurumudur, onun öz biznes maraqları var, o hər yoldan ötənin gətirdiyi uğursuz kitabı qəbul edib, özünü iflas həddinə çatdıra bilməz axı. (İndi kimsə deyəcək ki, mən hər yoldan ötən deyiləm, amma unutmaq olmaz ki, hamı özü haqda bu fikirdədir.) Sabah həmin mağazalar bağlanmaq təhlükəsiylə üz-üzə qalanda satılmayan, anbarları dolduran kitablar və onların müəllifləri onu necə xilas edəcəklər? Bundan kim qazanacaq: oxucumu, cəmiyyətmi, yazarlarmı?
Əgər kimsə kitabının mütləq "Əli və Nino"da satılmasını istəyirsə, onun şərtlərini qəbul etməli, onunla razılığa gəlməlidir. Kitab mağazalarının onsuz da az olduğu, oxucu qıtlığından əziyyət çəkən bir ölkədə yazarların kitab mağazalarını boykota çağırması son dərəcə yanlış bir hərəkətdir. Bunun hər hansı nəticəsinin olacağını da düşünmürəm, sadəcə, arzuolunan bir şey deyil, hətta ürəkbulandırıcıdır...
Bütün sahələri bürüyən inhisarçılığa qarşı cınqırını çıxarmayanlar kitabın monopoliyaya alınmasından danışırlar. Monopoliya o zaman olur ki, sən başqlarının kitab çap etməsinə, kitab satmasına imkan vermirsən, əlində olan imkanlardan, xüsusilə də, dövlətin və hakimiyyətin verdiyi imkanlardan istifadə edib, rəqiblərini sıxışdırırsan.
Ölkədə "Qanun" nəşriyyatından başqa normal bir nəşriyyat olmadığı halda, "Əli və Nino"dan başqa özəl kitab mağazaları olmadığı halda, kimin sıxışdırılmasından söhbət gedə bilər? Niyə sizin də çalışdığınız əksər media qurumlarını ələ alıb, nəzarətdə saxlayanlar alternativ nəşriyyatlar və kitab mağazaları yaratmır, sizin əlinizlə mövcud olanı dağıtmağa çalışırlar? Bu haqda düşündünüzmü?
Nə nəşriyyat, nə də kitab mağazası ona xeyir gətirəcək müəlliflə işləməkdən imtina etməz. Bizdə oxucu qıtlığı olduğundan, kitab bazarı da lazımi səviyyədə deyil, ona görə də, nəinki yerli yazarların kitabları, hətta dünya ədəbiyyatı korifeylərinin əsərləri də böyük tirajlarla satılmır (bu haqda yuxarıda örnək də var). Məhz bu səbəbdən qarşımızda ağır və uzun bir mərhələ var: kitablarımız naşirlər tərəfindən həvəslə çap olunana, gəlir gətirənə qədər çətinliklərə dözməli, fədakarlıq etmək zorundayıq.
Yazıçılıq zatən fədakarlıq, ağrı-acı tələb edən peşədir, bu yolda nə asan şöhrət, nə də asan qazanc var. Bir də ədəbiyyatın, mədəniyyətin, təhsilin hər zaman dövlətin və mesenatların ciddi dəstəyinə ehtiyacı var. Yazı-pozu adamları kitab mağazasının boykota çağırmaqdansa, bu məsələni daim gündəmdə saxlamaqla daha düzgün mövqe sərgiləmiş olarlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda Neft Emalı Zavodunda yanğın.. - FHN açıqlama yaydı
Bugün, 09:16 GÜNDƏM
-
DÇ-2026: İngiltərə 6 qollu dueldə qazandı
Bugün, 09:08 İDMAN
-
İlham Əliyev Bakıda İslam İnkişaf Bankı Qrupunu llik Toplantılarının açılış mərasimində - CANLI
Bugün, 09:01 GÜNDƏM
-
“Hadisəyə intihar donu geyindirməsinlər” - Vəkil oğlunun ölümündəki müəmmadan danışdı
Bugün, 08:53 CƏMİYYƏT
-
İran parlamentinin spikerindən iddialı mesaj: "Onları məğlub etdik” - "Mən diplomat deyil, döyüşçüyəm”
Bugün, 08:28 GÜNDƏM
-
DÇ-2026: Özbəkistan yığması məğlub oldu
Bugün, 08:22 İDMAN
-
TRAMPLA İRAN PREZİDENTİ TARİXİ RAZILAŞMANI İMZALADI - İlk açıqlamalar + FOTOLAR
Bugün, 08:07 GÜNDƏM
-
Tramp Tehranla yeni sazişin 48 saat içində imzalanacağını gözləyir: “İrana “ballistik raketlərə sahib olma” deyə bilmərik”
Bugün, 00:40 GÜNDƏM
-
DÇ-2026: Türkiyə son matçı gözləmədən turnirlə vidalaşa bilər – Ərdoğan araya girdi
Bugün, 00:36 İDMAN
-
Azərbaycanda bir ilk: yeni Kompleks Onkoloji Mərkəz yaradılır - AÇIQLAMA
Bugün, 00:28 CƏMİYYƏT
-
Kənd futbolunu 5 minə yaxın azarkeş izlədi - FOTO
Bugün, 00:14 İDMAN
-
Blogerin sosial media hesabları bloklandı
Bugün, 00:12 PRESS
-
Putin Hakan Fidanla görüşdü, Ərdoğanı Moskvaya dəvət etdi - "Bu məsələdə sizin təcrübəniz son dərəcə vacibdir"
Bugün, 00:09 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:03 MƏDƏNİYYƏT
-
Avropadan Türkiyəyə qarşı qətnamə: nazirə sanksiya tələbi irəli sürüldü – Rəsmi Ankaradan etiraz
Bugün, 00:03 GÜNDƏM
-
FED yeni sədrlə ilk qərarını açıqladı
17.06.2026, 23:07 İQTİSADİYYAT
-
DÇ-2026: Portuqaliya Konqoya qalib gələ bilmədi
17.06.2026, 22:58 İDMAN
-
II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edilib - Ən çox bal toplayanlar kimlərdir?
17.06.2026, 20:10 GÜNDƏM
-
PA rəhbəri yüksək vəzifəliləri topladı - Qərargahın iclası oldu (FOTOLAR/YENİLƏNİB)
17.06.2026, 19:27 GÜNDƏM
-
“Polisә xәbәr vermә, yoxsa..." - BDU-nun müəlliminin evindən 1.6 milyon aparılıb
17.06.2026, 19:26 CƏMİYYƏT
-
Mərkəz rəhbəri 8 il azadlıqdan məhrum edilib
17.06.2026, 19:22 SİYASƏT
-
Robert Köçəryanın həbsinə hazırlıq gedir
17.06.2026, 19:04 GÜNDƏM
-
Prezidentin köməkçiləri, PA rəhbəri və nazirlər Qarabağda - FOTOLAR (Yenilənib)
17.06.2026, 18:49 GÜNDƏM
-
Ramiz Mehdiyevin ailəsinə məxsus banka niyə güzəşt olundu? - Ekspert rəyi
17.06.2026, 18:00 İQTİSADİYYAT
-
Paşinyan: "İndi "üçbaşlı müharibə partiyası" Azərbaycanla sülh sazişini şübhə altına alır"
17.06.2026, 17:53 GÜNDƏM
-
Ceyhun Bayramovla ABŞ rəsmisi bir araya gəldi - Nələr müzakirə edildi?
17.06.2026, 17:47 SİYASƏT
-
Livan Prezidenti: “İran və prosesə töhfə verən hər bir ölkəni dəstəkləyirik”
17.06.2026, 17:36 DÜNYA
-
“Azərişıq” kisənin ağzını açdı - 13.3 milyonluq tender elan edildi
17.06.2026, 17:22 İQTİSADİYYAT
-
Türkiyə yığmasını Paraqvay millisiylə çətin oyun gözləyir - Montella heyəti dəyişir
17.06.2026, 17:07 İDMAN
-
Türkiyə gözəli çimərlikdə - FOTOLAR
17.06.2026, 17:05 ŞOU-BİZNES
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
17.06.2026, 17:00 İQTİSADİYYAT
-
Bakıda 51 kq narkotik satmaq istəyən şəxslər saxlanılıb
17.06.2026, 16:45 KRİMİNAL
-
Sərdar Cəlaloğlu: "İl boyu təhsil alan tələbələr davamlı imtahanlar, psixoloji gərginlik və..."
17.06.2026, 16:38 SİYASƏT
-
"Ləyaqətli insani keyfiyyətlərinizə, həssas münasibətinizə və..." - Flora Kərimova Mehriban Əliyevaya belə təşəkkür etdi
17.06.2026, 16:17 MƏDƏNİYYƏT