“ABSHERON Hotel Group”da yeni təyinat oldu - FOTOLAR

img

27-05-2015 [14:44]



"ABSHERON Hotel Group” 2015-ci ilin may ayında açılışı baş tutacaq və "AutographCollection”a daxil olan "Boulevard Hotel Baku” mehmanxanasının baş direktoru vəzifəsinə Klayv Smitin təyin olunmasını elan edib.

Mia.az-a daxil olan məlumata görə, Devon şəhərində (İngiltərə) hotelçilik məktəbini bitirən Klayv hotel sektorunda karyerasını 1988-ci ildə resepşnişçisi kimi başlayaraq sonradan mehmanxana idarəçiliyinin bütün sahələri üzrə təcrübə qazanmaqda davam edib. 

1988-ci və 2001-ci illər ərzində Klayv"InterContinental”, "Forte Grand”, "Mandarin Oriental”, "DeVere” və "Holiday Inn” kimi hotellərdə çalışıb. "TheBalmoral”hotelində F&B menecer (qida və içki təchizatı meneceri), "DeVere” hotel şəbəkəsinin iki dəbdəbəli kurort malikanəsində baş direktorun müavini vəzifəsində, daha sonra isə "InterContinentalGroup” hotel şəbəkəsinin Meyfeyr, London nümayəndəliyində rezident menecer kimi fəaliyyət göstərib. 2001-ci ildə "InterContinental” şirkətinin Ciddədəki hotelinə təyinat alan KlayvSmit 2005-ci ildə şirkətin Zambiyanın paytaxtı Lusakadakı hotelində baş direktor vəzifəsinə yüksəlib. 2010-cu ildə Klayv Türkiyədə "Divan Hotels” şəbəkəsində çalışmağa başlayıb və şəbəkənin Ərbildə (İraq) yerləşən dəbdəbəli yaşayış malikanəsinin açılış öncəsi hazırlıq üzrə direktoru qismində fəaliyyət göstərib. "Boulevard Hotel Baku” mehmanxanasına gəlməzdən öncə Klayv "ABSHERON Hotel Group”a məxsus Şahdağ qış-yay turizm kompleksində yerləşən "Pik Palace” və "Park Chalet” hotellərində baş direktor vəzifəsində çalışıb.

"Azərbaycanda daha bir hotel açmaq imkanım olduğuna görə qürur hissi keçirirəm. Ökənin birinci Avropa Oyunlarına hazırlaşdığı həyəcanlı bir vaxtda 818 otaqlı "Boulevard Hotel Baku”nun açılışında yaxından iştirak etmək mənim üçün şərəfdir. Başlıca məqsəd hotelin regionda aparıcı konfrans-hotelə çevrilməsidir ki, buna əlavə olaraq komandamız Bakının gözəl və rahat məkanlarından birində ən tələbkar turistlərin istəklərini qarşılayacaq müstəsna rahatlıq və özəl xidmətlər təklif etməyi hədəf olaraq seçib. "Boulevard Hotel” unikallığı ilə fərqlənəcək və Bakının hotel bazarında real alternativə çevriləcək”, - deyə KlayvSmit bildirib.

"Boulevard Hotel Baku”

Adını dənizkənarı parkdan almış və Bakı buxtasının mərkəzində, şəhər mərkəzindən şərqdə yerləşən, "Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks hotel və kurortların cəmləşdiyi "AutographCollection”un rəsmi üzvü olan "Boulevard” hotelində qonaqlara 818 ecazkar rahatlığa malikotaqlar təklif olunur. Bakının "Ağ Şəhər” qəsəbəsinin tam mərkəzində qərarlaşan vəpaytaxtı Heydər Əliyev Beynəlxalq Aeroportu ilə birləşdirən əsas magistral yolun üzərində yerləşən bu hotel möhtəşəm konfranslara ev sahibliyi etmək iqtidarında olan və Azərbaycanda ən böyük konfrans tutumuna malik hotel kimi fəaliyyət göstərəcək."Boulevard” hotelində 3 restoran, istirahət guşəsi kimi fəaliyyət göstərən launj və Xəzər dənizinə möhtəşəm mənzərəli və gün işığı ilə işıqlanan 1 300 kv. metrlik geniş ziyafət zalının xidmətləri təklif olunur. Hoteldə 6 funksional konfrans otağı ən son texnoloji audio-vizual avadanlıqlarla təchiz olunacaq. "Boulevard” hotelinin sağlamlıq və fitness zalı yorğun iclas və görüşlərdən sonra istirahət etmək üçün nəzərdə tutulub. Daha ətraflı məlumat üçün: http://www.boulevardhotelbaku.com/

"ABSHERON Hotel Group”

"ABSHERON Hotel Group” Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli hotel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir. Son illərdə ölkənin sosial-iqtisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı "ABSHERON Hotel Group”untəsis olunmasınışərtləndirib və buna təkan verib.Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli hotel və digər mehmanxana strukturlarını əhatə edir. "ABSHERON Hotel Group”un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarə edilməsi və biznesin inkişafı istiqamətləridir. Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com

"AutographCollection”

"AutographCollection”un prizması Kolorado dağlarında 15 otaqlı butik hotellərdən Praqada XIX əsrə aid neoklassik saray stilli hotellərədək geniş çeşidli hotellər qrupudur. Əminliklə demək olar ki, hər bir hotel keyfiyyəti, orijinallığı, güclü tərzi və günümüzdə səyahət edən istənilən müasir səyahətçinin hər bir fərdi istəklərini qarşılamasından asılı olaraq seçilib. Nisbətən yeni yaranmasına baxmayaraq "AutographCollection”un fərqli hotellər portfeli ciddi seçim prosesi və səyahət edənlərdə fərqli xatirələr yaratmasına görə müvəffəqiyyət qazanıb.

Daha ətraflı məlumat üçün: www.autographcollectionbaku.com.

03


Digər xəbərlər
SON XƏBƏRLƏR