22-04-2015 [12:51]
"Ölkə çempionatının 27-ci turunda keçirilən "Neftçi” – "Qəbələ” qarşılaşmasının 61-ci dəqiqəsində "Neftçi” klubunun 3 nömrəli futbolçusu Denis Silva Kruz komandamızın oyunçusu Ürfan Abbasova bilərəkdən ayaq zərbəsi endirdi. Oyunun yan xətt hakimi Vaqif Musayevin gözü qarşısında (!) baş vermiş hadisəyə AFFA İntizam Komitəsi də eyni reaksiyanı verdi. İkili standartlarla çalışmağa alışmış komitənin hadisəyə eyni şəkildə yanaşacağı əslində gözlənilən idi.
Klublar Komitəsinin sonuncu iclasında iştirak etmiş İntizam Komitəsinin nümayəndəsi əksər klubların fikrinə qarşı çıxaraq, təmsil etdiyi komitənin şəffaf və ədalətli qərarlar çıxardığını, bütün klublara eyni yanaşdığını bildirsə də, nə həmin toplantı zamanı, nə toplantı sonrası iştirakçıların komitənin işi haqda fikirləri dəyişmədi. Toplantıdan sonrakı dönəmdə Karlos Kardozo məsələsinə münasibət bildirməyən, eyni zamanda yuxarıda qeyd olunan epizodu iclasın gündəliyinə daxil etməyən, tam heyəti futbol ictimaiyyətinə hələ də bəlli olmayan İntizam Komitəsinin çıxardığı qərarların ədalətli olmasına inanmırıq, ikili standartlarla çalışdığını iddia edirik. 21 dekabr 2014-cü il tarixində ölkə çempionatı çərçivəsində keçirilən "Qəbələ” – "İnter” qarşılaşmasından sonra həmin dönəmdə klubumuzda çıxış edən Kamran Ağayevin oyundan sonra məhz İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılması klubumuz tərəfindən heç bir etiraz olmadan qarşılandı. Lakin baş verən son hadisələr İntizam Komitəsinin sağlam rəqabət prinsiplərinə əməl etmədiyini bir daha nümayiş etdirir. Təbii ki, İntizam Komitəsi öyrəşdiyimiz şəkildə günahı epizodla bağlı heç bir qeyd aparmayan hakim-inspektorun üzərinə atacaqsa, bu, heç də İntizam Komitəsinin günahsızlığını deyil, hakim-inspektorun da işinə məsuliyyətsiz yanaşdığını göstərir.
"Qəbələ” İK olaraq, bəyan edirik ki, müraciətimizlə heç bir kluba və ya futbolçuya qarşı çıxış etmirik, bununla belə, ölkə futbolunda sağlam rəqabətin qarşısını alan hər hansı komitə və ya komitələrə, onların çıxardığı ədalətsiz qərarlara etirazımızı bildirəcəyik, onlara qarşı sona qədər mübarizə aparacağıq. Mövsüm ərzində komandamızın həm lehinə, həm əleyhinə verilən səhv hakim qərarları olmuşdur ki, bu məsələləri heç vaxt ictimaiyyətin gündəminə çıxarmırıq və ümid edirik ki, bu, davranışımız sona qədər davam edəcək. Anlayışla qarşılayırıq ki, hakim oyun ərzində səhvə yol verə bilər və təbii ki, hakimlə bağlı tədbir aiddiyati qurum tərəfindən görüləcək. Lakin hadisəyə bir və ya bir neçə gün sonra videotəkrarlarla münasibət bildirən və oxşar epizodlara fərqli qərarlar çıxaran komitənin üzvləri şübhəsiz futbolumuzda neqativ halların yaşanmasına şərait yaradırlar. Denis Silva Kruzun qeyd etdiyimiz hərəkəti mütləq şəkildə İntizam Komitəsinin gündəliyinə salınmalı olsa da, bu baş vermədi. Bundan sonra hər hansı klubun futbolçusu eyni hərəkəti təkrarlayarsa, İntizam Komitəsinin məsələyə münasibət bildirməsi artıq imkansızdır, yersizdir, çünki, komitənin üzvləri üçün "meydançada rəqibə bilərəkdən zərbə endirmək” iclasın gündəliyinə salınması üçün yetərli deyil.
Çıxardığı qərarlarla futbolumuzun inkişafının qarşısını alan, sağlam rəqabəti pozan insanları, komitələri ədalətli olmağa çağırır, bu kimi məsələlərlə bir daha ölkə futbolunda gündəmdə olmayacağımıza ümid edirik".
İki ağdamlı əmioğlu Odessanın boks çempionu oldu - FOTOLAR
"Qəbələ" Azərbaycan Premyer Liqasını tərk edib
Sədərək rayonunda sursat partlayıb - 2 nəfər həlak olub
Bu gün magistraturalara qəbul imtahanı keçirilib (Yenilənib)
Sabah isti hava olacaq
Zaqatalada çayxana sahibi blçaqlanıb
Ağdamda daha bir mina partlayışı: yaralı var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şair-publisist Namiq Hacıheydərli vəfat edib
Bilik və bacarığını nəticəyönümlü fəaliyyətə çevirən müəllim... - Yeni layihə (FOTOLAR)
Hikmət Hacıyev: "Azərbaycanın mülki əhalisi, demək olar ki..."
Abşeronda içki məclisində dava: dost dostunu öldürdü və...
ALİ MƏHKƏMƏ HAKİMİNDƏN ŞOK HƏRƏKƏT: evində canına qıyıb
“Toplum TV”nin daha bir əməkdaşı saxlanılıb? - DİN-dən açıqlama
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
PREZİDENT ONLAR HAQDA SƏRƏNCAM İMZALADI - Siyahı
Rektordan maraqlı təyinat - ”Mercedes-Benz"in keçmiş işçisini özünə müşavir götürüb
ANAMA-nın əməkdaşı Şuşada minaya düşüb - 3 qurum birgə məlumat yaydı
Laçının Sus kəndinə 59 ailə köçürülür - Püşk atıldı (FOTOLAR)
Sabahın hava proqnozu açıqlandı
Azərbaycan nefti 2 dollara yaxın bahalaşıb
DEPUTATA SUİ-QƏSD İŞİ: "Fazil Mustafanı dini çıxışlarına görə cəzalandırmaq istəyirdik" - Məhkəmə prosesi
"Azəriqaz" İB-də ikibaşlı oyun: imtahandan keçən xanıma ögey münasibət etiraz doğurdu, qurum rəsmisi reaksiya verdi
İTV-də dəyişiklik - Aparat rəhbəri Baş direktor müavini təyin olunub
Salyanda avtomobil və mal oğrusu tutulub
Xankəndidə silah və sursatlar aşkarlanıb
Bakcell ilə innovasiya dövrü başladı - FOTOLAR
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
Azərbaycan və Almaniya prezidentləri bağda gəzişərək səmimi söhbət ediblər - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb