Xoşqədəm bu dəfə ANS-in efirindən səsləndi... - VİDEO

img

15-04-2015 [14:02]


ANS kanalında yayımlanan "Günə Baxan” verilişində bu gün "Səni axtarıram”ın layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı qonaq olub.

Studiyada alqışlarla qarşılanan Xoşqədəm Hidayətqızı tamaşaçı sevgisindən qürurlanaraq onların qarşısında baş əyib. Yaşadığı son iki gündə tanınmış aparıcı tamaşaçı sevgisinin dünyada ən böyük qazanc olduğunu xüsusi qeyd edib.

Daha sonra Kamran Həsənli, "demək ki, insanların axtarışı, sosial problemlər ANS-də başlanır?!” sualı ilə Xoşqədəm Hidayətqızına müraciət edib.

Xoşqədəm Hidayətqızı : "Əlbəttə! ANS-də davam edəcək. Çünki mən bu layihəni  kim nə deyir desin, davam etdirəcəm. Mən 5 il öncə mümkünsüz deyilən bir işi mümkün etdim. Əlbəttə ki, yaradıb qurandan sonra ona sahib çıxanlar çox olacaq. Əsas odur ki, onu yaradan sizin qarşınızdadır”.

Bundan başqa, verilişdə Xoşqədəm proyektin taleyi ilə bağlı narahatlıq keçirən insanlara səslənərək,"bütün dünyada ANS izlənilir. Bizim elektron poçtumuz, telefon nömrələrimiz hər zamankı kimi hansı idisə, onlar qalıb. Mütləq zəng edin, axtarışlarınız burada davam edəcək. Təbii ki, ANS-in ünvanını bilirsiniz. Artıq bu gündən bizim qəbul şöbəmiz işləyir. Buyurub bizə müraciət edə bilərsiniz. Biz artıq ANS ilə yola çıxdıq. ANS Xoşqədəmlə sizi axtaracaqdır!”fikirlərini qeyd edib.Mia.az A24.az-a istinadən Xoşqədəm Hidayətqızının verilişdəki açıqlamasını təqdim edir:



Digər xəbərlər
SON XƏBƏRLƏR