Moskvada azərbaycanlı müğənnini işgəncə verərək döydülər

img

25-03-2015 [18:01]


Müğənni Vüqar Muradov Moskvada döyülüb.
 
"Qafqazinfo”nun məlumatına görə, bu haqda "Adam içində” verilişində jurnalist Tahirə Məmmədqızı məlumat verib. 
 
"Moskva şəhərindən zəng edərək Vüqar Muradovu toya dəvət ediblər. Hətta min manat beh veriblər. Gediş-gəliş bileti də alınıb. Aeroportda onu qarşılayıblar, 7-8 nəfər maşına mindirib aparıb meşəlikdə döyüblər. Adamlar silahlı olub, Vüqara işgəncələr veriblər, paltarlarını soyundurublar, döyüblər. Qoca bir kişi onu tapıb, polisə gətiriblər”.
 
Xatırladaq ki, Vüqar Muradovun adı ötən il rejissor Kənan M.M.-lə münaqişədə hallanırdı. Onların arasında baş tutan bok yarışmasında sonra tərəflər münasibətlərini bir daha aydınlaşdırmalı olmuşdular.

Digər xəbərlər
SON XƏBƏRLƏR