Caqanın taleyi - VIDEO

img

20-03-2015 [20:55]


Mia.az xəbər verir ki, bu yaxında özünü Popun Kralı elan edib, "Taleh" mahnısı ilə səhnəyə qayıdacağını söyləyən  müğənni Caqa mahnısını təqdim eləyib. 

Sözləri və musiqisi özünə məsus olan mahnını Elvin Musayev oranjeman edib. Hatəm Nəbioğlunun studiyasında lentə alınan mahnıya nəfəs aləti ifaçısı Azad rəng qatıb. 

Mahnı ilə bağlı fikirlərini Mia.az-a açıqlayan müğənni yaxın günlərdə klip çəkilişlərinə başlayacağını bildirib:

 "Artıq 2-3 il olarki mahnı yazmırdım. Hətta fikirləşirdim, birdə yaza bilməyəcəm. Amma günlərin birində həyat gözümdə söndü, fikirləşdimki, bəlkə də mənim üçün sabah olmayacaq. Gecə yata bilməsəm də, güclə yuxuya getdim, səhər bu mahnını ifa edərək oyandım. Qəribə olsa da, bu, mənim yaşadığımdı. Mən də yaşadığım hissləri paylaşmağı sevirəm. İlk dəfə idi, belə hisslər yaşayıb, mahnı yazırdım. Bu mahnıyla yenidən həyata qayıtdım. Artıq hər şey gözümdə başqadı. Mahnı məni o qədər ruhlandırıbki, İnşaAllah yaxın günlərdə  klipini çəkib, gözəl bir işlə tamaşaçıların görüşünə gəlməyi planlaşdırıram. İnşaAllah yaxın günlərdə efirlərimizin birində həm dəyərli tamaşaçılarımıza, həm də çox sevdiyim keçmiş həmkarlarıma klipimi təqdim edəcəyəm".



Digər xəbərlər
SON XƏBƏRLƏR