Nadir Qafarzadənin bahalı maşınına hücum – FOTO

img

23-02-2015 [13:41]


Müğənni Nadir Qafarzadənin idarə etdiyi "Lexus” markalı, 90 BS 777 dövlət nömrə nişanlı avtomobilə naməlum şəxslər hücum edib. Avtosfer.az xəbər verir ki, hazırda İsveçrədə olan ifaçı Avtolent.az-a açıqlamasında bildirib ki, "Lexus” markalı avtomobilinin şüşələrini qırıblar: "Mən hazırda Bakıda deyiləm. Ailəmizə yaxın adamlar mənə zəng edib dedilər ki, kimlərsə avtomobilimə hücum edib, maşının şüşələrini qırıq-qırıq ediblər. Bunu eşidib çox əsəbləşdim. Bu olayla bağlı adiyyatı orqanlara məlumat verilib. Hadisənin kimin tərəfindən törədildiyini bilmirəm. Çox güman ki, 1-2 günə məlum olacaq. Hadisə yaşadığım evin həyətində baş verib. Birinci dəfədir ki, belə bir halla rastlaşıram. Məsələ bu yerdə qalmayacaq, hadisəni kim törədibsə tezliklə qanun qarşısında cavab verəcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR