19-02-2015 [14:31]
Azercell ötən il xidmət və kampaniyaları ilə bağlı yeni bir statistika paylaşıb.
Mia.az həmin xidmətləri təqdim edir:
5 fevral: Bu tarixdən etibarən şirkətin bütün Fakturasız Xətt
(SimSim) abunəçiləri "2 gün pulsuz danış” kampaniyasına qoşula bildilər.
Kampaniya çərçivəsində 5 AZN və ya daha yüksək nominallı SimSim danışıq kartı
yükləyən hər bir abunəçi yeddi gündən 2-sini 4,5 milyonluq Azercell ailəsinin
digər üzvləri ilə pulsuz danışmaq imkanı qazandı.
6 fevral: Azercell Telekom müştərilərinə
operativ və keyfiyyətli xidmət göstərmək məqsədilə 6 fevraldan etibarən Biləcəri qəsəbəsi, Natavan
küçəsi 3 ünvanında yeni Azercell Ekspress ofisini abunəçilərinin ixtiyarına
verdi.
28 fevral: Azercell
Huawei smartfonları ilə bağlı kampaniyanın vaxtını uzatdı. Kampaniya çərçivəsində abunəçilər özündə milli dəqiqələri,
sms və mobil interneti birləşdirən əlverişli paketlərdən birinə qoşulmaqla
Huawei Ascend P6 və Huawei Ascend
Y511 telefonlarını 39AZN və ya 99AZN dəyərində
inanılmaz qiymətə əldə etdilər.
7 mart: Yeni fəslin başlanması ilə Azercell ölkə boyu bütün abunəçilərinə bir neçə sərfəli kampaniya təqdim etdi. Mart ayının 4-dən etibarən Azercell Samsung-İntegral mağazalar şəbəkəsi ilə birlikdə "Bahar Samsung Smartfon Kampaniyası”-na start verdi. Mart ayının 6-dan başlayaraq Azercell-in təqdim etdiyi daha bir əhəmiyyətli yenilik bütün abunəçilər və kampaniya müddətində 4.5 milyonluq Azercell ailəsinə qoşulan yeni müştərilər üçün nəzərdə tutulmuş "Şənbə-bazar pulsuz İnternet” kampaniyası oldu.
11 mart: Martın 11-də MND çərçivəsində Azercell şirkətinin şəbəkəsinə keçən ilk korporativ abunəçi, ölkənin sığorta sahəsinin ən iri şirkətlərindən biri – Standard İnsurance şirkəti ilə görüş keçirildi.
19 mart:
Azercell özünün strateji tərəfdaşlarından daha biri ilə yeni smartfon
kampaniyasına başladı. Belə ki, Samsung S5 telefonunu
alan hər kəsə Azercell-dən pulsuz internet təqdim olundu.
23 may: Yay mövsumu ilə əlaqədar xarici ölkələrə istirahət üçün üz tutanları nəzərə alan şirkət bu dəfə rominq xidmətlərində endirimlər etdi. Belə ki, mayın 21-dən etibarən Azercell-in abunəçiləri rominq xidməti çərçivəsində Rusiya, Türkiyə və Almaniyada olarkən bütün istiqamətlərə danışıqlar üçün cəmi 90 qəpik ödədilər. Gürcüstanda səfərdə olan abunəçilərin danışıq haqqı isə 1 dəqiqə üçün 47 dəqiqə tarifi ilə hesablandı.
4 aprel: Azercell şirkəti bölgələrdə mobil rabitənin
inkişafı və genişləndirilməsi strategiyasının tərkib hissəsi olaraq aprelin 4-dən
etibarən Naxçıvan Muxtar Respublikasında yeni AzEks ofisini abunəçilərin
ixtiyarına verdi. Şərur şəhəri Kapitan Seyidov küçəsi, 1 ünvanında yerləşən
ofisdə abunəçilər eyni anda 3 növ xidmətdən yararlana bilirlər.
9 aprel: Azərbaycanda ilk dəfə olaraq Azercell Müştəri Xidməti Mərkəzi saat 23.00-a qədər fəaliyyət göstərməyə başladı. Belə ki, şirkətin Bəsti Bağırova küçəsi, 2 ünvanında yerləşən Müştəri Xidmətləri Mərkəzi həftə ərzində səhər saat 9.00-dan gecə saat 23.00-a qədər abunəçilərinə xidmət göstərməyə başladı.
11 aprel: Azercell
11 apreldən etibarən
Bakı şəhəri, Yeni Binəqədi qəsəbəsi, Mədən küçəsi, 3 ünvanında yeni AzEks
ofisini abunəçilərinin ixtiyarına verdi. Yeni AzEks ofisi hamı üçün rahat olan
"bir nöqtədə üç xidmət”("one-stop shopping") konsepsiyası ilə çalışır.
15 aprel: Keyfiyyətli xidmət və etibarlı şəbəkə ilə yanaşı, ölkənin mobil rabitə bazarının lideri olan Azercell-in 15 apreldən etibarən təqdim olunan "Fərdi paket” xidməti abunəçiyə istədiyi həcmdə İnternet, SMS və MMS xidmət paketlərinin seçim imkanını yaratdı.
16
aprel: Ölkənin telekommunikasiya bazarının lideri Azercell
Telekom abunəçiləri üçün Azercell Qızıl nömrələrinin İnternet üzərindən çox
rahatlıqla və tamamilə pulsuz əldə etmək imkanını yaratdı. Aprelin 15-dən
etibarən Azercell-dən Qızıl nömrələri sayt vasitəsilə, həm də pulsuz sifariş
etmək mümkün oldu.
24 aprel: Azercell – Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılmış "Hökumət Ödəniş Portalı”na qoşulan ilk mobil operator oldu.Bu sistem Azercell abunəçilərinə mobil rabitə üçün bütün ödənişlərini bank filialları və Azərpoçt şöbələri vasitəsilə onlayn rejimdə həyata keçirməyə imkan verir.
21 may: Bu tarixdən etibarən
şirkət bütün SimSim abunəçiləri üçün xüsusi Gecə Tarifi
Kampaniyasına başladı. Kampaniyanın keçiriləcəyi müddət ərzində abunəçilər gecə
saat 00:00-dan səhər 06:00-a qədər şəbəkədaxili zənglər zamanı inanılmaz güzəştlə
danışdılar.
29 may: Mütəmadi
olaraq regionlarda yaşayan abunəçilər üçün endirmli kampaniyalar həyata keçirən
şirkət 26.05 - 15.12.2014
tarixləri müddətində Gəncə və Goranboyda xüsusi kampaniyaya start verdi. Belə ki, göstərilən tarixlərdə yeni və
nömrəsini Azercell şəbəkəsinə daşıyan Fakturasız Xətt abunəçiləri üçün Azercell "1 Yüklə - 3 Al” kampaniyası keçirdi.
3 iyun: Ölkədə
ilk dəfə Azercell şirkəti Abunəçi Loyallığı İndeksini təyin edir.
Bu indeks istehlakçının məhsul və ya şirkətə bağlılığını (xidmətlərini tövsiyə etmək hazırlığını) məyyən edir. İstehlakçılara belə bir suala cavab vermək təklif olunur: "Şirkət/məhsul/brendi öz dost/tanış/həmkarlarınıza tövsiyə edərdinizmi?". Abunəçinin Azercell Telefon Mərkəzi və yaxud Müştəri Xidmətləri, eləcə də, Ekspres ofisləri də daxil olmaqla şirkətlə bilavasitə təmasından sonra ona sorğuda iştirak etmək dəvəti ilə SMS göndərilir. Abunəçi razı olduğu təqdirdə, ona 3-dən 5-ə qədər sual göndərilir. Bu halda, yalnız ilk sual NPS göstəricisini qiymətləndirir, digər suallar isə müştəri xidmətlərində çalışan əməkdaşlar tərəfindən göstərilən xidmətlərin keyfiyyəti ilə bağlıdır ki, bu suallar da problemlərin həlli üçün sərf olunan vaxtı və xidmətin göstərilmə prosesini qiymətləndirməyə imkan verir.
4 iyun: Azercell Telekom mobil internet abunəçiləri üçün daha bir sərfəli təkliflə çıxış etdi. Belə ki, 3 iyun tarixindən etibarən Azercell Fakturalı və eləcə də Fakturasız xətt abunəçiləri üçün 50 MB internet trafikini 0,25 AZN-ə əldə etməyə imkan verən "Günlük İnternet” Xidmətini istifadəyə verildi.
5 iyun: Azərbaycanın mobil rabitə bazarının şəksiz lideri olan Azercell Telekom şirkəti öz müştərilərinin rahatlığını nəzərə alaraq, öz xidmətlərinin daha da əlçatımlı olmasını təmin etmək məqsədilə bir başqa yeniliyə də imza atdı. Azərbaycanda ilk dəfə olaraq "Asan İmza” mobil elektron imza xidmətini təklif edən şirkət ASAN xidmət mərkəzinin 3 ofisində öz mərkəzini yaratdı.
11 iyun: 11 iyun tarixindən etibarən Azercell təkrarən
10GB=10AZN kampaniyasını bütün abunəçiləri üçün mümkün etdi. Sözügedən
kampaniya çərçivəsində abunəçilər data kart alarkən pulsuz data nömrə əldə
etdilər və üstəlik 10 GB-lıq paket hədiyyə qazandılar.
7 iyul: Şirkət Lerikdə yeni Ekspres ofisini və 3
yeni kampaniyanı istifadəyə verdi. AzEks ofisi hamı üçün rahat olan "bir nöqtədə üç
xidmət” ("one-stop shopping") konsepsiyası ilə çalışmağa başladı.
10 iyul: Yay ayları boyunca abunəçilərinə yeni xidmətlər və
sərfəli endirim kampaniyaları təqdim edən şirkət bu dəfə "Pulsuz Smartfon”
kampaniyasına başladı. Kampaniyanın şərtlərinə
əsasən abunəçilər Azercell diler və Azercell Ekspres məntəqələrinə yaxınlaşaraq
öz SimSim nömrələrinin balanslarından 99 AZN ödəməklə, 1
il boyunca ölkədaxili bütün istiqamətlərə zəng edib, eləcə də SMS və İnternetdən
istifadə edib Azercell-dən Pulsuz Smartfon qazanmaq imkanı əldə etdilər .
22 iyul: Azercell-dən media nümayəndələrinə bayram hədiyyəsi təqdim olundu. Şirkət Mediacell tarif paketi abunəçiləri üçün bütün ölkədaxili istiqamətlərə zəngləri pulsuz etdi.
5 avqust: Azercell yeni "Uğurlu SMS” stimullaşdırıcı lotereyasına başladı. Abunəçilər Toyota Corolla avtomobilləri və pul uduşları qazandılar.
21 oktyabr: Azercell Gənc Ol
tarifi çərçivəsində PlayStation FİFA 14 Çempionatını keçirdi. Yarışmada 1-ci
yeri qazanan IPhone 6 Gold (64GB), 2-ci yeri tutan mükafatçı IPad Air Wi-Fi 4G
(16 GB), 3-cü yeri tutan mükafatçı isə IPad Mini Retina Wi-Fi (32GB) ilə
müküfatlandırıldı.
22 oktyabr: Azercell TeliaSonera-nın qlobal səviyyədə təqdim etdiyi
"Speak-Up Line” məlumatlandırma xəttinə qoşuldu. Bu xidmət vasitəsilə istənilən
əməkdaş və yaxud şirkətlə
əməkdaşlıq edən tərəfdaş
biznes davranışında istənilən pozuntu halı ilə əlaqədar şikayətlərini 24/7 şəkildə
çatdıra bilər. "Speak-Up Line” bildiriş vasitəsi şikayətlər, suallar və məlumat
verənlərin anonim qalmasına imkan yaradır. Müraciət edən şəxs adını qeyd etməyə
məcbur deyil və onun təqdim etdiyi məlumatın kim tərəfindən göndərilməsini müəyyənləşdirilmək
mümkün deyil.
24 oktyabr: Şirkət "Hədsiz” tarif paketində 50% endirim kampaniyasına başladı. Kampaniya çərçivəsində bütün - yeni, mövcud və Azercell şəbəkəsinə Mobil Nömrə Daşınma xidməti daxilində keçən fakturalı xətt abunəçiləri Azercell diler şəbəkələrindən Samsung Galaxy Alfa mobil telefonlarını və Samsung Galaxy Note 4 planşetlərini aldıqda "Hədsiz” tarif paketindən aylıq ödəməsi 50% endirimlə faydalana bildilər.
MASALLIDA DAHŞƏTLİ OLAY: kürəkən qayınatası, baldızını və digər qohumlarını güllələdi
Bu gün rezidenturaya qəbul imtahanı keçiriləcək
Bu gün imtahandır
Rusiya baş nazirinin müavini Azərbaycana səfəri ləğv olundu
Binəqədidə kanalzasiya quyusuna düşən şəxsin meyiti Hövsanda tapıldı.... - VİDEO (YENİLƏNİB)
Azərbaycan diplomatları Yekaterinburqda nə işlə məşğuldu? - Soydaşlarımıza Rusiya güc strukturlarının açıq qərəzinin səbəbi...
Ulduzların çimərlikdəki futbolu bu gün də davam edir
Anar Ələkbərov yeni vəzifəyə seçilib - Açıqlama
Nadir İsrafilov bu gün vəfat edib
Rusiya polisindən azərbaycanlılara qarşı vəhşi hücum... - Rus diplomat XİN-ə çağırıldı
Rəsmi Bakı Rusiyada azərbaycanlıların evində öldürülməsi və həbslərinə etiraz etdi: "Bu qəbuledilməz zorakılıq..." - BƏYANAT
Şirak Yeparxiyasının rəhbəri həbs edilib - Çevriliş ittihamı ilə
“Qarabağ” klubu ətrafında müəmma: Ağdama köçmə, namaz qalmaqalı və ya İmarət stadionunun fonunda şəkil çəkdirmək tamaşası...
XİN İran səfirindən təkzib tələb edir: "Ərazimiz hər hansı dövlət tərəfindən istifadə olunmayıb"
Azərbaycan nefti bir dollara yaxın qalxdı
"AZƏRİQAZ"IN KABİNETDƏ ŞTAT YAZAN DİBÇƏK MƏMURLARI... - Bir şöbəyə 15, digərinə 8, vacib şöbəyə isə bir mühəndis...
Qaxda zəlzələ olub - 3.3 bal gücündə
AFFA-da Qurban Qurbanovsuz daha bir iclas... - Baş məşqçi niyə “ofsayd”da qalıb? (VİDEO)
Təhsildə sertifikasiya fırıldağı: elə bir sistem qurublar ki... - Kamran Əsədov yazır
Əmirbəyov Ermənistanla sülh müqaviləsindən danışdı: "Tərəflər onun bağlanmasına heç vaxt olmadığı qədər yaxındırlar"
DİREKTOR VƏ MÜAVİNİ MAŞINLARINI KİMƏ YUDURDUR? - Bakı məktəbində rüsvayçılıq + RƏSMİ REAKSİYA
Narkotik maddələr satan ata və oğlu tutulub
Kəlbəcərdə yük maşını çaya aşıb - Sürücü ölüb
Polkovnik generalı əvəzlədi - MN-də daha bir dəyişiklik
Bakıda Gürcüstan vətəndaşları saxlanılıb
Azərbaycan nefti bahalaşıb
Prezident İlham Əliyevdən Ordu Günü ilə bağlı paylaşım - FOTO
Məhərrəm ayı başlayıb
Bu gün Silahlı Qüvvələri Günüdür
"PUTİN ZOR VƏ ÇƏTİN ADAMDIR" - "Gələn həftə İranla danışacam, ola bilsin, razılaşdıq"
Rusiya Qətər və İsrailə uçuşlara icazə verdi, İrana isə...
Tovuzda kütləvi zəhərlənmə olub (YENİLƏNİB)
Ərdoğan: "Trampla S-400 haqda danışmadıq, F-35-lər..."
Tramp: "NATO-nun büdcəsi bir trilyon dollardan çox artacaq"
Hakim politoloq Azər Qasımlıya "yox" dedi
Ceyhun Bayramov İran səfiri ilə bir arada - Müzakirə + FOTOLAR
Ordu günü Bakı, Gəncə, Xankəndi və Laçında yürüş olacaq
Ceyhun Bayramov Sudanın yeni səfiri ilə görüşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı