Cavid Qurbanov Röya üçün şeir yazdı

img

15-02-2015 [12:41]


Bəstəkar Nailə Mirməmmədli müğənni Röya Ayxanla işbirliyinə başlayıb.

Mia.az-ın axşam.az-a istinadən məlumatına görə, "Sevgi himni” adlı yeni mahnı üzərində iş gedir. Sözləri Cavid Qurbanova aid olan bu mahnı bütün sevənlərə həsr edilib və canlı simli musiqi alətləri ilə müşayiət olunub. 

Röya deyib ki, indiki üslubdan ayrılmaq və Uitni Hyustonun "Cangüdən” filmindəki musiqilərinə bənzəyən mahnı ifa etmək istəyir. 

Nailə Mirməmmədli isə bildirib ki, Röya ideyanı verib Türkiyəyə gedib:

 "Çox əziyyət çəkdim. Hyustona uyğun mahnı yazım, Röya oxusun - bu asan olmadı. Röyanın səs diapazonları aşağı deyil. Onun bəmləri daha artıqdır. Mahnını yazdım, Cavidin kitabından bir şeir seçdim. Röya bizdə olanda süfrə arxasında yemək yeyirdi. Mən mahnını səsləndirməyə başladım. Elə ilk loxmanı ağzına aparmışdı ki,gözündən yaş axdı. Mahnını dinlədi, təəccübləndi. Oturduq röyal arxasında, mən ifa etdim, o, oxudu. Yaxın günlərdə tamaşaçılar mahnını dinləyə biləcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR