31-10-2014 [20:28]
Mia.az-ın məlumatına görə, dəyişiklik aşağıdakılardan ibarətdir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. "Sahibkarlığın inkişafına mane olan müdaxilələrin qarşısının alınması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 sentyabr tarixli 790 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 9, maddə 563; 2006, № 7, maddə 590; 2010, № 7, maddə 610; 2014, № 5, maddə 477) 6-cı hissəsi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin”.
***
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nı "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 10, maddə 584; 2007, № 2, maddə 87; 2009, № 4, maddə 226) ilə təsdiq edilmiş "Torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü hissədə "Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi,” sözləri çıxarılsın.
2. 7-ci hissə aşağıdakı redaksiyada verilsin:
"7. Sahibkarlıq subyektlərində torpaqların münbitliyinin təmin olunmasına dövlət nəzarəti və onun nəticələrinin rəsmiləşdirilməsi "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir”.
***
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar bəzi məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli Qanununun 1.1.12-ci maddəsinə uyğun olaraq qərara alıram:
"İnsan həyatı və ya sağlamlığına, ətraf mühitə, dövlətin əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərər” dedikdə aşağıdakılar başa düşülür:
1. bir və ya bir neçə insanın əmək qabiliyyətinin müvəqqəti və ya daimi itirilməsi, yaxud bir və ya bir neçə insanın ölümü, habelə yoluxucu xəstəliklərin yayılması, epidemiyaların yaranması təhlükəsi, yaxud belə halların baş verməsi;
2. ekoloji sistemin ayrı-ayrı komponentlərinin kəmiyyət və keyfiyyətcə dəyişməsi, ekoloji tarazlığın pozulması təhlükəsi, yaxud belə halların baş verməsi;
3. dəyəri 50000 (əlli min) manat və ondan yuxarı olan dövlət əmlakının zədələnməsi və ya məhv edilməsi təhlükəsi, yaxud belə halların baş verməsi.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
"Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanını "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli 293 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, №7, maddə 612; 2011, №3, maddə 171; 2014, № 5, maddə 477) 2.5-ci bəndinə "Nazirliyi və” sözlərindən sonra "dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
"Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. "Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 528 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 94, № 11, maddə 1111; 2009, № 4, maddə 226, № 6, maddə 417) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:
"2.3. həmin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və dövlət standartlarının və standartlaşdırma üzrə digər normativ sənədlərin tələblərinə əməl olunması ilə bağlı Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirirlər;”;
1.2. aşağıdakı məzmunda 2.3-1-ci bənd əlavə edilsin:
"2.3-1. həmin Qanunun 8.2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətini Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir;”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 31 avqust tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, №8, maddə 631; 2010, №12, maddə 1064; 2011, №2, maddə 85; 2012, №4, maddə 283, №10, maddə 949; 2013, № 6, maddə 630) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. 8-ci hissə üzrə:
1.1. 8.17-ci bənddə "əmlakı” sözü "dövlətin əmlak maraqları” sözləri ilə əvəz edilsin;
1.2. 8.21-ci bənddə "əmlakına, habelə ətraf mühitə zərər” sözləri "dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.
2. 9-cu hissə üzrə:
2.1. 9.13-cü bənddə "əvəzsiz qaydada” sözləri ", onların dəyərinin məhsul nümunələri götürülən təsərrüfat subyektinə tam ödənilməsi şərtilə” sözləri ilə əvəz edilsin və həmin bənddən ", sınaq nəticəsində istifadəyə yararlılığını itirməmiş məhsul nümunəsini təsərrüfat subyektinə qaytarmaq” sözləri çıxarılsın;
2.2. 9.14-cü bənd ləğv edilsin;
2.3. 9.19-cu bənddə "nəzarətini həyata keçirən dövlət müfəttişinin qərar və yazılı göstərişlərini” sözləri "nəzarəti həyata keçirilərkən, verilmiş qərar və yazılı göstərişləri” sözləri ilə əvəz edilsin;
2.4. 9.32-ci bənddə "əmlakına, habelə ətraf mühitə zərər” sözləri "dövlətin əmlak maraqlarına, habelə ətraf mühitə birbaşa və mühüm təhlükə yarada və ya mühüm zərər” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədəAzərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Çin Xalq Respublikasının Mülki Məsələlər üzrə Nazirliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında 2014-cü il sentyabrın 23-də Pekin şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Çin Xalq Respublikası Hökumətini xəbərdar etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
***
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi,qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanını "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 992-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 iyul tarixli 218 nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, №4, maddə 359, №5, maddə 477; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 sentyabr tarixli 247 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:
1. 1.2-ci bəndə "72.2-ci maddəsinin üçüncü abzasında,” sözlərindən sonra "76.2-1-ci (birinci halda),” sözləri əlavə edilsin.
2. 1.4-cü bəndə "76.2-ci,” sözlərindən sonra "76.2-1-ci (ikinci halda),” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti"
Latviya Parlamentinin sədri Azərbaycanda belə qarşılandı - FOTOLAR
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ukrayna boksunun azərbaycanlı ulduzu: Camal Quliyev 5 qat ölkə çempionu oldu - VİDEO
İsa Qəmbərin 6 müavini bəlli oldu - Arif Hacılı Məclisin sədri, 13 nəfər isə Divan üzvü seçildi (SİYAHI)
Prezident və birinci xanım Zəngilan və Cəbrayılda - “Ağalı” hotelinin açılışı oldu, yeni kənd və qəsəbələrin təməli qoyuldu (Yenilənib)
Nəsimi rayonunda narkomaniya ilə mübarizə mövzusunda növbəti maarifləndirici tədbir keçirilib - FOTOLAR
GENERAL KOMANDAN OLDU - MN-də yeni təyinat (FOTO)
Nəsimi rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində silsilə tədbirlər davam edir - FOTOLAR
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanılıb
Dövlət Agentliyində israfçılıq: iki mərtəbəli binanın təmirinə 607 min manat xərclənəcək
YAP funksionerindən 25 partiya lideri ilə görüş haqda açıqlama: "Onlar dialoqun fəal iştirakçılarıdır"
İlham Əliyevlə Lukaşenko Füzuli və Şuşada: yeni işlərlə tanış olublar - FOTOLAR (Yenilənib)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsrailin daha bir hərbçisi həlak olub
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb: "Ceyk Sallivan ilə çox məzmunlu görüş baş tutdu və..."
Putin Çinə yolüstü mühüm mesajlar verdi: "Ukrayna ilə arada təhlükəsiz zonası yaradacağıq" - "ABŞ axmaqdır"
Belarus Prezidentinin Azərbaycana səfəri başa çatıb - FOTOLAR
Vaqif Səmədoğlu 85 illik yubileyinə həsr edilmiş müsabiqə: finalçılar bəlli olub - SİYAHI
Azercell ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak etdi - FOTOLAR
Aparıcı Samirə Mustafayeva AzTV-dən ayrılıb - Açıqlama
SƏNƏDSİZ EVLƏRƏ "KUPÇA" VERİLƏCƏK - Detallar
Təşkilat sədri saxlanılıb - Xalası oğlunun şikayəti əsasında
Buraxılış imtahanının nəticələri açıqlandı - 16 nəfər maksimal bal toplayıb (SİYAHI)
Sergen Yalçın "Beşiktaş"a 3 şərt qoydu: "9 oyunçu getməli və..."
Müsavat fəalı Mehdi Xəlilbəyli Bakıda həbs olunub: "İstintaqa könüllü təslim olub, məhkəmədə də deyib ki..."
SOCAR-ın sabiq vitse-prezidentini və oğlunu ittiham edən qadın saxlanılıb? - Vəkli danışdı (Yenilənib)
Magistraturaya qəbul imtahanının yekun nəticələri elan olunub
Fransa Yeni Kaledoniyadakı hava limanının qarşısına ordu yeridib - Uşuşlar ləğv olunub
Pakistanda qızlar məktəbinə bomba atılıb
DEPUTATLAR TOPLANIR: daha 11 məsələ müzakirə olunacaq - SİYAHI
Milli Məclisin komitəsi bəyanat yayıb - Səbəb
İlham Əliyev Tokayevə zəng edib
İsraildən Türkiyənin embarqosuna cavab gəldi: sərbəst ticarət dayandırıldı - Ərdoğana açıq mesaj verildi
Nazir bahalı xidməti maşınından imtina elədi: "Məcbur qalmadıqca əlavə heç nə alınmayacaq"
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
Fransa polisi sinaqoqu yandırmaq istəyən şəxsi öldürüb - Açıqlama
Sabah leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərdə qar yağacaq
Yeni nazirdən daha bir maraqlı dəyişiklik - Abid Şərifovun kürəkəni rəsi vəzifəsindən çıxarıldı
Rəsmi Bakıdan bəyanat: "Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir, əks təqdirdə..."
ABŞ 3 şirkətə sanksiya tətbiq edib - Şimali Koreya və Rusiyaya görə