"Adamlarım İŞİD liderini axtarır" - Prezident

img

21-10-2014 [21:27]


Çeçenistan lideri Ramzan Kadırov İŞİD terrorçu qruplaşmassı ilə bağlı sərt açıqlamalar verib. Kadırov bildirib ki, onun adamları İŞİD liderinin ələ keçirilməsi üçün axtarışlara başlayıb.


Kadırov həmçinin bəyan edib ki, Çeçenistan Respublikasının hər hansı bir vətəndaşı terrorçulara qoşularsa, həmin insanlar məhv ediləcək.

"Bu quldurların lideri Bağdadi bir dəfə hardasa peyda oldu, sonra itdi, mənim adamlarım onu axtarır”, - deyə Kadırov bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Çeçenistan Respublikasının lideri Qafqazı təhdid edən İŞİD-ə sərt cavab verəcəyini demişdi.

"Mən bütün məsuliyətimlə bəyan edirəm ki, Rusiya üçün təhlükə törədənlər məhv ediləcək. Biz gözləməyəcəyik. Onlar torpaq altında çürüməkdə olan tərəfdaşlarının yanına gedəcək”, - deyə Kadırov bəyan edib.

Sentyabrın 3-də İŞİD Çeçenistan, bütövlükdə Qafqazı hücum edəcəkləri barədə video yaymışdılar(Ans).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA