Keçmiş prezidentin oğlu həbs olundu

img

21-10-2014 [16:36]


Çeçenistanın keçmiş prezidenti Cövhər Dudayevin oğlu Deqi Dudayev Litvada həbs olunub. Keçmiş Çeçenistan prezidentinin oğlu saxta pasport düzəltməkdə ittiham olunur.

Prokuror Deqi Dudayevə 9 ay həbs cəzası verilməsini istəyib və bildirib ki, Dudayev öz günahını səmimi etiraf edib.

Dudayev vurğulayıb ki, o, Qafqazda yaşayan insanlara Avropaya köçmək üçün köməklik etmək üçün bu addımı atıb.

Aparılan istintaqdan sonra məlum olub ki, Dudayev bir neçə nəfər həmyerlisi ilə birgə saxta Litva pasportlarını hazırlayaraq onların satışı ilə məşğul olub

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA