Türkiyə şok qərar verdi, sərhədlər peşmərgələrə açıldı

img

20-10-2014 [17:03]


Oktyabr ayında qəbul edilmiş və xarici qoşunların Türkiyəyə yerləşməsinə icazə verən parlament qərarının tətbiqinə başlanıb. 

Qərardan istifadə edən Türkiyə hökuməti Şimali İraq kürd muxtariyyətinin silahlı qüvvələrinin (peşmərgənin) Türkiyə torpaqlarından keçməsinə icazə verib. Bu xəbəri Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu da təsdiqləyib. 

Şimali İraqda yayımlanan "Rudav” kürd televiziyasına bildirib: "Türk rəsmiləri kürd birləşmələrinin Türkiyə torpaqlarından keçərək Kobaniyə getməsinə icazə verdi”. 

Bu xəbəri təsdiqləyən Çavuşoğlu isə deyib: "Peşmərgənin Kobaniyə keçməsi üçün yardım edirik”(Ans). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA