İŞİD-ə qarşı geniş əməliyyat, "Şəriət hakimi” öldürüldü - VİDEO

img

19-10-2014 [22:36]


İraqın Səlahəddin vilayətində İŞİD-ə qarşı geniş əməliyyat keçirilib.

ANS PRESS-in məlumatına görə, Səlahəddin vilayətinin mərkəzi Tiqritdə və vilayətinin Beyci rayonunda keçirilən əməliyyatlara İraq və ABŞ təyyarələri da havadan dəstək verib. 

Diyalə polisi tərəfindən İŞİD-ə qarşı təşkil edilən əməliyyatlarda aralarında təşkilatın "Şəriət hakimi” Əbu Aişənin də olduğu 30 yaraqlı öldürülüb. 

İraq Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Tiqrit şəhər mərkəzi və Beyci rayonu arasında olan və uzun zamandan bəri İŞİD-in əlinə keçmiş Əl-Hamra, Əl-Mihazam, Əl-Həccac, Əl-Muaskerat bölgələri də İŞİD-in əlindən alınıb. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA