18-10-2014 [13:12]
Radikal qruplaşma Səddam Hüseyn ordusunun tör-töküntülərini öz tərəfinə çəkib, savaşın uzanması ehtimalları artır
Bir aydan artıq Kobaniyə hücumu davam etdirən İŞİD şəhəri ala bilmədən geri çəkilir. Oktyabrın əvvəllərində hətta şəhərin 30 faizini ələ keçirən İŞİD yaraqlıları koalisiya qüvvələrinin sürəkli bombardmanları və kürd silahlılarının müqavimətindən sonra geri çəkilirlər. Son məlumatlara görə, İŞİD Kobanidə 1294 nəfər döyüşçü itirib. Ancaq bütün bunlara baxmayaraq hələ də Kobaninin 20 faizi İŞİD-in nəzarətindədir, o cümlədən ətraf kəndlər də yaraqlıların əlindədir.
İŞİD yaraqlıları Bağdadın 40 kilometrliyində yerləşən Ramadi şəhərini mühasirəyə alıb
Nə qədər qəribə də olsa Kobanidəki uğursuzluğun fonunda İŞİD qüvvələri İraqda hücumlarını davam etdirirlər. Son 3 gündə İraqın ən böyük əyalətlərindən biri olan Ənbarda hücumları davam etdirən İŞİD yaraqlıları əyalət ərazisinin 80 faizini ələ keçirib. Hazırda İŞİD yaraqlıları Bağdadın 40 kilometrliyində yerləşən Ramadi şəhərini mühasirəyə alıb. Yerli hökumət Ramadi şəhərində küçəyə çıxmağa yasaq qoyub.
Mehzəm bölgəsi İŞİD-çilərdən təmizlənib
Hazırda İraqın Ramadi, Fəluccə kimi bölgələrində hökumət qüvvələri ilə İŞİD döyüşçüləri arasında toqquşmalar davam edir. Cümə günü İraq ordusu Səlahəddin əyalətinin Mehzəm bölgəsini İŞİD-dən təmizlədiyini elan edib. Əməliyyatlara rəhbərlik edən İraq ordusu generalı Əbdülvəhhab əl-Səidi mətbuata açıqlamasında bildirib ki, şiə könüllülərinin "əl-Həşd əş-Şabiyə” cəmiyyətinə bağlı döyüşçü dəstələri beynəlxalq koalisiyanın hava zərbələrinin yardımı ilə Tikrit və Beyci şəhərləri arasında yerləşən Mehzəm bölgəsini İŞİD-çilərdən təmizləyib.
Beynəlxalq koalisiyanın faydası hiss olunmur... Ehtimal olunur ki, Səddam Hüseyn ordusunda hərbi pilot olmuş zabitlər İŞİD üzvlərinə hərbi təyyarə idarə etməyi öyrədir
Səlahəddin əyalətinin valisi İbrahim əl-Cuburi isə bildirib ki, beynəlxalq koalisiyanın dəstəyi ilə İraq ordusu Tikrit və Beyci şəhərlərinin şimal bölgələrini İŞİD-dən təmizləmək üçün genişmiqyaslı əməliyyatlara başlayıb. Ancaq əməliyyatların gedişi çox sürətlə dəyişir və hər gün az qala sürpriz olayların yaşandığını nəzərə alanda durumun heç də düzəlməyə doğru getmədiyini qeyd etmək olar. Doğrudur, İŞİD Kobanidə zərbə aldı və şəhəri bir aylıq hücum əməliyyatlarından sonra ələ keçirə bilmədi. Ancaq nə qədər gözlənilməz olsa da, havadan hər gün bombalanan və ağır zərbələr alan İŞİD bir neçə istiqamətdə hücum əməliyyatlarını davam etdirir. Suriya ərazisində yerli islamçı müxaliflər, kürd birlikləri və hökumət qüvvələri ilə savaşan İŞİD, İraq ərazisində hökumət qüvvələri, kürd muxtariyyətinin peşmərgələri və könüllü hərbi qruplaşmalarla eyni anda savaşır və hücum vəziyyətində olmağı bacarır. Cümə günü isə yerli mənbələr Suriyanın Hələb şəhəri yaxınlığında yerləşən İŞİD-in əlində olan hərbi bazadan 3 təyyarənin təlim uçuşları həyata keçirdiyi haqda məlumat yayıblar. Ehtimal olunur ki, Səddam Hüseyn ordusunda hərbi pilot olmuş zabitlər İŞİD üzvlərinə hərbi təyyarə idarə etməyi öyrədir.
Bu məlumatın özü bir həqiqəti üzə çıxarır. İŞİD daxilində böyük sayda Səddam Hüseyn ordusu zabitləri və tərəfdarları var. İraqın işğalından sonra faktiki olaraq işsiz və avara qalan Səddam hərbçiləri həm qisas almaq, həm də var-dövlət qazanmaq üçün İŞİD-ə qoşulub. Bu fakt daha əvvəl də məlum idi və S.Hüseynin qızı bəyanat verərək İŞİD-ə qoşulduğunu bəyan etmişdi. İŞİD ordusunu İraqda və Suriyada güclü edən məhz S.Hüseyn ordusunun qalıqlarıdır. Uzun illər hərbi təcrübəsi və peşəkarlığı olan bu zabitlər yerli şəraiti yaxşı bilməklə yanaşı, ərazilərə bələd olaraq uğurlu əməliyyatlar qura bilirlər.
Bu mənada İraqda başladılan savaşın hələ bir müddət davam edəcəyi, yerli xalqlar üçün ciddi imtahan olacağı aydındır. İraq hökumətinin ölkədə milli birlik istiqamətində atdığı addımların müəyyən nəticələr verməsi, eyni zamanda İŞİD-in məqsədlərinin ifşa olunması bu problemin aradan qaldırılmasında əsas vasitə olacaq. Bunun üçünsə müəyyən zaman tələb olunacaq.
Birlik İnformasiya Mərkəzinin analitik şöbəsi
Birlik.az
Mərkəzi Bankda dəyişiklik - Departament rəhbəri yola salındı
Milli mətbuatın 150 illiyi yubiley medalına namizədlər müəyyənləşib - MŞ-də iclas olub
"Bayraktar Teknoloji Azərbaycan" MMC PUA istehsalına başlayıb
2 milyon manatlıq qalmaqal - Əbülfəz Babayev barışdı və proses bitdi
Sağında DEM-li, solunda sabiq nazirlər... - CHP lideri ilə Məhərrəm İncədən Ərdoğanın son görüşünə reaksiyalar
Selcan Mahsudova bürünc medal qazanıb
Prezident İlham Əliyevdən paylaşım - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Veysəloğlu Distribusiya Çində keçirilən beynəlxalq logistika konfransında iştirak edib - FOTOLAR
Dövlət Xidmətindən xəbərdarlıq - "Red Wolf" adlı haker-aktivist qruplaşması ilə bağlı
ÜST həyəcan təbili çaldı - Vəba artıq 23 ölkədə sürətlə yayılır
İlham Əliyev: "Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və..."
Ağsuda kuryoz hadisə: saxta loto bileti təqdim edən kənarda qaldı, onu söyən cəzalandırıldı
İlham Əliyev Koreya prezidentinə məktub göndərib - MƏTN
Tramp: "Əvvəl Qəzzada, sonra Ukraynada savaşı bitirəcəyəm"
Bakıda şadlıq sarayında yıxılan kişi ölüb
Türkiyədə FETÖ-yə qarşı daha bir əməliyyat: 64 nəfər tutulub
Fransaya casusluq ittihamı ilə həbs olunanlar yenidən hakim qarşısında - Bakıda məhkəmə iclası
MİT İstanbulda İsrailə "işləyən" casusu qandalladı - FOTOLAR
FİFA 2026-nın topnunu nümayiş etdirdi
İranda güclü zəlzələ olub - 5.3 bal gücündə
Azərbaycan neftinin qiyməti 68 dollara düşüb
Putin: "Onu sülh elçisi kimi tanımıram"
Qəzzaya gecə hücumu: 43 nəfər öldürülüb
Belçika İsrail səfirini XİN-ə çağırıb
Ozan Tufan geri dönür - İngilislər onu istəyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Tramp və biz bir-birimizi çoxdan tanıyırıq, o..." - Putin
Avropa Liqası: Kerem atdı, “Fənərbağça” qazandı
Nazirlər hansı universitetləri bitirib? - SİYAHI
Bakıda ermənilərin məhkəməsi: yeni sənədlər elan olunub - FOTOLAR
Zelenskidən Əliyevlə görüşü haqda paylaşım - VİDEO
ABŞ-da hava limanında iki təyyarə toqquşub
Osimhen derbidə oynamayacaq
Qəzzada müharibə davam edir - Ölənlərin sayı 66 225 nəfərə çatdı
Prezident İlham Əliyev Makronla görüşüb - Müzakirə + FOTO
İlham Əliyev Niderlandın Baş naziri ilə görüşüb