İŞİD-ə qoşulan güləşçimiz öldürüldü

img

16-10-2014 [14:16]


Bu ilin avqust ayında İŞİD terror təşkilatına qoşulan azərbaycanlı peşəkar güləşçi Rəşad Baxşəliyev Suriyada gedən döyüşlərdə həlak olub.

Mia.az xəbər verir ki, bu barədə "AzVision.az”-a R.Baxşəliyevin ailəsindən məlumat verilib. Güləşçinin ölüm xəbərini onunla birlikdə Suriyaya gedən həyat yoldaşı ailə üzvlərinə, yaxınlarına zəng edərək bildirib. R.Baxşəliyevin bir neçə gün öncə öldürüldüyü deyilir.

Qeyd edək ki, İsmayıllı sakini olan Rəşad Baxşəliyev peşəkar güləşçidir. O dəfələrlə Respublika yarışlarından yüksək nəticələr əldə edib. Suriyaya gedənə kimi o, İsmayıllı Olimpiya-İdman Kompleksində güləş üzrə məşqçi işləyib.

Xatırladaq ki, R.Baxşəliyev Suriyaya həyat yoldaşı və körpəsi ilə getmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA