İŞİD yenidən Bağdada doğru irəlilədi - Ordu qaçır (VİDEO)

img

14-10-2014 [16:17]


Kobanidə Hit əyalətini ələ keçirən İŞİD, Bağdad hava limanının 12 kilometrliyinə çatıb. 

ANS TV- nin məlumatına görə, Hit əyaləti Bağdad şəhərinə olan yolun üzərində yerləşir və İŞİD-in yaxınlaşdığını görən İraq ordusu geri çəkilib. Nəticədə İŞİD İraq ordusuna məxsus silah sursatı da ələ keçirib. 

İraqda İŞİD hücumları başladıqdan sonra Türkiyə İraq kürdlərini silahla təmin edib. Bu açıqlamanı Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzani edib. "Sky News” telekanalına müsahibə verən Bərzani avqust ayından etbarən Türkiyənin İraq kürdlərinin müdafiəsini təmin etdiyini bildirib.

"Avqust ayında İŞİD-in kürd bölgəsinə hücumları başlayanda Türkiyə bizə silahlar göndərməyə başalyıb. Amma Türkiyə bunun gizli qalmasını istəyib", - deyə Bərzani bilidirib. 

Koalisiya qüvvələri İŞİD mövqlərinə 8 aviazərbə endirib. Bu barədə Pentaqon məlumat yayıb. ABŞ-ın hava zərbələri və beynəlxalq təzyiqlərinə rəğmən İŞİD qruplaşması irəliləməyə davam edir. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA