Türk ordusu PKK-nın bütün hədəflərini vurdu - Ordu ayaqda!

img

14-10-2014 [15:53]


Malatya və Diyarbəkirdən qalxan F-16 və F-4-lər Hakkarinin Dağlıca bölgəsindəki PKK birləşmələrini bombalayıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı açıqlamada PKK-ya ağır zərbə vurulduğu bildirilir.

Suriyanı Kobani şəhərinə İŞİD hücumundan sonra PKK-nın Türkiyənin sərhəd bölgələrində kütləvi iğtişaşlar yaratması AKP hökumətini hərəkətə keçirib. 2 gün öncə prezident Rəcəb Tayyib Ərdoğan çərşənbə axşamı terror qruplaşmasına qarşı geniş əməliyyata başlanacağının anonsunu vermişdi. Oktyabrın 14-də səhər saatlarında havaya qalxan qırıcı uçaqlar PKK-nın Türkiyə ərazilərindəki ən böyük dislokasiya yerlərini hədəf alıb.

Qırıcıların hədəf aldığı Damlıcada 3 gündür polis məntəqəsi PKK-lıların əlinə keçmişdi. Türkiyə Silahlı Qüvvələri quru əməliyyatı ilə polis bölməsini azad etsə də, bir neçə saat sonra PKK yenidən nəzarəti ələ keçirmişdi. Bu olaydan sonra Silahlı Qüvvələrin Baş Qərargahı hava hücumuna başlamaq əmri verib.

Baş nazir Əhməd Davudoğluna məruzə edildikdən sonra  qırıcılar havaya qalxaraq Dağlıcada bir neçə hədəfi vurub.

Türkiyə mediası yazır ki, bu, 2012-ci ildə AKP iqtidarının başlatdığı "kürd açılımı”, "çözüm sürəci” siyasətindən sonra PKK-ya qarşı həyata keçirilən ən böyük hərbi əməliyyatdır.

Türkiyə SQ Baş Qərargahının əməliyyatla bağlı yazılı açıqlamasında deyilir ki, Hakkarinin Dağlıca qəsəbəsindəki PKK-nın bir neçə gündür Türkiyənin güney, güney-doğu Anadolu bölgələrindəki pozuculuq fəaliyyətinə ən ağır cavab verilib, terror qruplaşmasının ərazidəki bütün nöqtələri məhv edilib. 

Yazılı açıqlamadan o da bəlli olub ki, bu, Türkiyə Silahlı qüvvələrinin son 5 gündə  PKK-ya qarşı ikinci genişmiqyaslı əməliyyatıdır. İlk əməliyyat cümə günü həyata keçirilib. Baş Qərargah xəbər verir ki, raket zərbələrindən sonra böyük itki verər PKK terrorçuları ərazidən qaçmağa başlayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA