Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
İQTİSADİYYAT
05.02.2026, 15:12
“Facemark” şirkətinin təşkilatçılığı ilə ölkəmizdə II Qadın Liderləri Zirvəsi martın 7-də Gülüstan Sarayında keçiriləcək.
Mia.az xəbər verir ki, bu ilki tədbirin çağırıışı maraqlı seçilib: “Cəhalətdən cəmiyyətə”. Bu konsept mesajla toplaşacaq ölkə xanımları bilikdən dəyərə, fərdi inkişafdan ictimai təsirə gedən yolu ön plana çıxararaq müzakirələr aparacaq.
Bu barədə fikirlərini Mia.az-a açıqlayan “Facemark” şirkətinin təsisçisi Rafiq Hunaltayın sözlərinə görə, qadın liderliyinin inkişafı baxımından bu zirvə əhəmiyyətli rola malikdi və ilk tədbirlə müqayisədə bu dəfə bəzi fərqli hədəflər ön plana çıxarılıb: “Bu tədbir ölkəmizdə qadın liderliyinin inkişafının təsadüfi yox, davamlı və strateji yanaşma ilə dəstəkləndiyini göstərir. Bu cür tədbirlərin mütəmadi təşkili qadınların liderlik potensialının üzə çıxarılması və müxtəlif sahələrdə qərarverici mövqelərdə təmsil olunmasının təşviqi baxımından böyük əhəmiyyət daşıyır. Bu dəfə fokus daha praktik və dərin hədəflərə yönəlib. Xüsusilə real təcrübələrin paylaşılması, konkret problemlərin müzakirəsi, davamlı əməkdaşlıqların qurulması və qadın liderlərin institusional səviyyədə güclənməsinə xidmət edən addımlar ön plandadı”.
R.Hunaltay bildirir ki, spikerlərin seçimi zamanı onların peşəkar təcrübəsi, liderlik yolu və şəxsi hekayələri zirvənin məzmununa necə dəyər qatması nəzərə alınıb. İştirakçılar bu çıxışlardan konkret bilik, bacarıq və praktiki yanaşmaları əldə edəcəklər: “Spikerlərin seçimi zamanı real nəticələrə imza atmış peşəkar yol, sübut olunmuş liderlik təcrübəsi və səmimi şəxsi hekayələri əsas meyar kimi götürmüşük. Zirvədə Azərbaycandan və Türkiyədən dəvət olunmuş spikerlərin çıxışları iştirakçılara liderlik qərarverməsi, çətin situasiyaların idarə olunması, şəxsi brendin qurulması və real təcrübəyə əsaslanan praktik yanaşmalarla bağlı konkret bilik və bacarıqlar qazandıracaq”.
Təşkilatçı əlavə edir ki, beynəlxalq miqyasda qadın liderliyinə həsr olunmuş çoxsaylı tədbir və platformalar mövcuddur. Bu qlobal təcrübə və beynəlxalq trendlər Qadın Liderləri Zirvəsinin məzmununa da inteqrasiya olunur və bu yanaşma yerli qadın liderlər üçün real üstünlüklər və yeni baxışlar yaradır.
R.Hunaltay onu da bildirir ki, beynəlxalq təcrübə və qlobal trendlərin zirvəyə gətirilməsi bizimçün həm də praktik nümunələr təqdim edir: “Bu, qadın liderlərə yeni yanaşmalar öyrənmək və real problemlərə konkret həllər tapmaq imkanı yaradır. Eyni zamanda, beynəlxalq şəbəkələrlə tanış olmaq yeni əməkdaşlıqlar və mentorluq fürsətləri açır. Nəticədə, iştirakçılar yalnız ilham almır, həm də institusional və strateji səviyyədə təsir göstərmək üçün bilik və perspektiv qazanırlar”.
Yeri gəlmişkən, Qadın Liderləri Zirvəsindən sonra Vergi və Mühasibatlıq Zirvəsi start götürəcək. İl ərzində isə Milli İnsan Resursları Forumu, Milli Marketinq Forumu və digər tədbirlərin keçirilməsi planlaşdırılır.
“Facemark” şirkətinin layihə rəhbəti Xədicə Cəbrayılova da bildirir ki, zirvənin proqramında önəm verilən mövzular bu günün liderlik çağırışları ilə çox uzlaşır: “Düzü, proqramı hazırlayanda bir sual özümüzə çox verdik: “Bu mövzular real həyatda qadınlara doğrudan da kömək edəcəkmi?” Bu il liderlik mövzusuna təkcə titul və vəzifə kimi yox, daxili güc, qərarsızlıqla mübarizə, qorxulara baxmayaraq irəli getmək kimi yanaşdıq. Emosional zəka, çətin qərarlar, balans, özünü sübut etmə məcburiyyəti, səhvlərlə barışmaq - bunlar bu gün hər bir qadın liderin gündəlik yaşadığı mövzulardır. Ona görə də proqramı süni şəkildə “trendlərə uyğun” yox, həyatın içindən seçdik. Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”.
X.Cəbrayılovanın sözlərinə görə, bu tədbir gənc qadınların, həmçinin karyerasına yeni başlayan və lider olmaq istəyənlərin yolunu işıqlandıra bilər: “Düşünürəm ki, onlar bu platformadan maksimum faydalanacaqlar. Məsələn, biz bu tədbirdə həmin qadınlara “tək deyilsən” deyə bilərik. Unutmayaq ki, həyatda ideal, qüsursuz obrazlar yoxdur. Bu Zirvədə də elə qadınlar var ki, bəzən tərəddüd etsə, qorxsa, səhv etsə də, sonunda yenə yoluna davam edib. Gənc iştirakçılar buradan təkcə motivasiya yox, reallıq aparacaq. Amma kim bu tədbirdən maksimum qazanc əldə etmək istəyirsə, özünü kənardan müşahidəçi kimi aparmasın, bu hekayələrin bir parçası kimi hiss etsin. Bəzən bir cümlə, bir fikir, bir tanışlıq insanın bütün istiqamətini və həyatını dəyişə bilər”.
Yeri gəlmişkən, Qadın Liderləri Zirvəsinin formatı panel müzakirələrin üzərində qurulub və bu formatın rolu əhəmiyyətlidi: Bu panellər iştirakçılar üçün daha çox interaktivlik və real təcrübə paylaşımını vəd edir. Panellər sadəcə proqram elementi deyil, bir qadın liderin yolunu ifadə edən ardıcıllıqdı. Spikerlər hazır şablon çıxış etməyəcək, təcrübə bölüşəcəklər: bu təcrübənin içində uğur da var, çətinlik də. Təbii ki, belə halda iştirakçılar sadəcə qulaq asmır, sual verir, düşünür, bəzən özünü görür o hekayələrdə. Bu interaktivlik tədbiri rəsmi konfransdan daha çox, fikir paylaşım məkanına çevirir.
Onu da qeyd edək ki, Zirvəyə fiziki olaraq qatıla bilməyənlər üçün onlayn qoşulma imkanı da mövcud olacaq. Məqsəd qadınların bu platformaya bağlanması, eyni enerjini, eyni ilhamı hiss etməsidi.
Yeri gəlmişkən, ötən il keçirilən zirvə qadın liderliyi mövzusunu cəmiyyətin gündəminə daşıyaraq geniş müzakirələrə səbəb olmuş, tədbirdən sonra da bu müzakirələr müxtəif platformalarda davam etmişdi. Bu il isə zirvə daha geniş format, daha dərin məzmun və konkret nəticələrə yönəlmiş yanaşma ilə yenidən təşkil olunur.
Qeyd edək ki, mia.az saytı tədbirə informasiya dəstəyi göstərir.
Zülfiyyə Mustafayeva
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
Bugün, 18:01 İQTİSADİYYAT
-
İcra başçısı özünü xeyli arıqladıb
Bugün, 17:42 CƏMİYYƏT
-
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
Bugün, 17:26 CƏMİYYƏT
-
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Bugün, 17:12 GÜNDƏM
-
"Rabitəbank" ASC cəzalandırıldı - Mərkəzi Bank pozuntu olduğunu deyir
Bugün, 17:04 CƏMİYYƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Bugün, 16:55 CƏMİYYƏT
-
YENİ İŞÇİ QRUPU YARADILIR - Prezident bu qurumlara əlavə tapşırıq verdi
Bugün, 16:48 GÜNDƏM
-
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Bugün, 16:48 GÜNDƏM
-
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
Bugün, 14:48 GÜNDƏM
-
Fransada sürətli qatarı ilə yük maşını toqquşub – Ölən və xəsarət alanlar var
Bugün, 14:39 DÜNYA
-
İranın Xark adasına hücum olub
Bugün, 14:29 GÜNDƏM
-
İlham Əliyev Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul edib - FOTOLAR
Bugün, 14:24 GÜNDƏM
-
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Bugün, 14:22 GÜNDƏM
-
Türkiyədə zəlzələ olub
Bugün, 14:08 GÜNDƏM
-
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Bugün, 14:05 İQTİSADİYYAT
-
Vergi Xidmətində təyinat olub
Bugün, 13:54 İQTİSADİYYAT
-
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Bugün, 13:14 CƏMİYYƏT
-
Marneuli merinin qardaşı saxlanıldı - Çörək sexinin sahibini döyməsinə görə
Bugün, 13:11 SİYASƏT
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:52 CƏMİYYƏT
-
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
Bugün, 12:49 İDMAN
-
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
Bugün, 12:45 İQTİSADİYYAT
-
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Bugün, 12:37 İDMAN
-
“Mətbəxdə oturduğum vaxt gördüm ki, evin altında nəsə partladı" - VİDEO
Bugün, 12:25 CƏMİYYƏT
-
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
Bugün, 12:17 KRİMİNAL
-
“Yağışdan sonra daşlar evimizə tökülüb, qalmağa yerimiz yoxdur” - VİDEOLAR
Bugün, 12:09 CƏMİYYƏT
-
AFFA klub və rəsmilərini cəzalandırdı
Bugün, 11:55 İDMAN
-
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Bugün, 11:49 CƏMİYYƏT
-
Xocavənd şəhərinə növbəti köç olub
Bugün, 11:37 GÜNDƏM
-
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Bugün, 11:21 GÜNDƏM
-
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
Bugün, 11:19 KRİMİNAL
-
Qurban Yetirmişli: “Yanğıntı və daşqınalar zəlzələyə səbəb ola bilməz”
Bugün, 11:12 GÜNDƏM
-
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
Bugün, 10:59 ŞOU-BİZNES
-
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
Bugün, 10:40 GÜNDƏM