Nigeriya prezidenti Ankarada qarşılanma mərasimində yıxıldı - Hadisə anının VİDEOSU

img

27-01-2026 [19:45]


Bu gün Ankaraya rəsmi səfərə gələn Nigeriyanın dövlət başçısı Bola Əhməd Tinubu qarşılanma mərasimində qəfildən yerə yıxılıb.

Mia.az Türkiyə mətbuatna istinadla xəbər verir ki, hadisə Prezident Rəcəb Tayyib Ərdoğanın Beştəpədəki Prezident Kompleksinin həyətində baş verib.

Belə ki, dövlət rəsmiləriin təqdimatından sonra ikili görüşə gedərkən Nigeriya prezidenti bəlli olmayan səbəbdən səndərləyib və daha sonra yerə yıxılıb.

Görüntülərdən bəlli olur ki, Ərdoğan üçün bu hadisə gözlənilməz olub.

Prezident mühafizəçilər tərəfindən yerdən qaldırılıb. Daha sonra ikili saraya doğru addımlayıb...

Hadisə ilə bağlı qısa açıqmadada bildirib ki, prezidentin səhhəti qaydasındadır.

Firudin Səfərli

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA