"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
26-01-2026 [10:00]
Ukrayna müharibəsi Rusiya ordusunun real strukturunu və insan resursuna münasibətini açıq şəkildə üzə çıxarıb. Xüsusilə xarici vətəndaşların, miqrantların və hüquqi cəhətdən zəif mövqedə olan şəxslərin Rusiya ordusuna cəlb edilməsi artıq ideoloji yox, sosial və kriminal mexanizm üzərindən həyata keçirilir. Bu mexanizm nə klassik muzdlu ordu modelidir, nə də nizami hərbi xidmət forması. Bu, müqavilə adı altında qurulmuş çıxışı olmayan istismar sistemidir.
Bu sistemin necə işlədiyini ən aydın şəkildə göstərən mənbələrdən biri “Kyiv Post” nəşrində yayımlanan əsir müsahibələridir. Azərbaycan vətəndaşı Azər Arzuman oğlu Əhmədovun hekayəsi bu mexanizmin əsas elementlərini açıq göstərir.
Əhmədov Rusiya ordusu ilə müqavilə bağlamasını könüllü seçim kimi təqdim etmir. Onun sözlərinə görə, kriminal keçmişinə görə ailəsi təzyiqə məruz qalıb, onlardan mütəmadi olaraq pul tələb olunub və polisə müraciət etdikdə ona faktiki olaraq “təhlükəsiz çıxış yolu” kimi ordu göstərilib. Bu mərhələdə dövlət orqanları hərbi qurumla eyni mexanizmin hissəsinə çevrilir.
Rusiya ordusunda müqavilə bağlayan xarici vətəndaşın ilk qarşılaşdığı reallıq təminatın yoxluğu və sistemli extorsiyadır. (şantaj yolu ilə insanları soymaq)
“They didn’t give us anything. We had to buy food with our own money.” (Bizə heç nə vermirdilər. Yeməyi öz pulumuzla almalı olurduq.)
Ən elementar hərbi vasitələr belə pulla satılır. “200,000 rubles for a bulletproof vest, 20,000 rubles for a radio.” (Gülləkeçirməz jilet üçün 200 min rubl, rabitə cihazı üçün 20 min rubl.)
Bu, muzdlu sistemin əsas prinsipini göstərir: risk dövlətindir, xərci isə əsgər çəkir. Müqavilə hüquqi qoruma yox, əksinə, tam asılılıq yaradır. Müqavilədən çıxış mexanizmi yoxdur. Praktikada bu müqavilə yalnız iki yolla bitir: ölüm və ya əsirlik.
Mexanizmin ən qəddar tərəfi isə döyüş meydanında üzə çıxır. Əhmədovun təsvir etdikləri təsadüfi epizod deyil, struktur davranışdır.
“I saw so many young men, around 18–19 years old, all dead, already rotting. No one takes them.” (Meşədə 18–19 yaşlarında çoxlu gənc oğlan gördüm. Hamısı ölü idi, artıq çürümüşdü. Heç kim onları götürmürdü.)
Bu ifadə Rusiya ordusunda insan həyatının dəyərsizliyini açıq göstərir. Ölənlərin cəsədlərinin götürülməməsi təkcə logistik problem deyil. Bu, məsuliyyətsizlik və hesabatdan yayınma mexanizmidir. Nə qədər az rəsmi itki qeydə alınırsa, bir o qədər az siyasi məsuliyyət yaranır.
Əhmədovun komandir tərəfindən “sonra götürərik” deyə tərk edilməsi bu sistemin başqa bir xüsusiyyətini göstərir: xarici və müqaviləli əsgər əvəzolunan resursdur. Onun taleyi struktur üçün əhəmiyyət daşımır.
“They treated us badly, worse than pigs.” (Bizi donuzdan da pis rəftarla üzləşdirdilər.)
Bu cümlə emosional şikayət deyil, status fərqinin etirafıdır.
Nizami orduda belə bir iyerarxiya mövcuddur: daimi şəxsi heyət, çağırışçılar və müqaviləli əcnəbilər. Sonuncu kateqoriya faktiki olaraq hüquqsuzdur.
Bu mexanizm yalnız Azərbaycan vətəndaşlarına aid deyil. Eyni model Bosniya, Mərkəzi Asiya, Afrika və Rusiyanın öz regionlarından cəlb olunan şəxslər üzərində tətbiq olunur. Ortaq cəhət birdir: sosial zəiflik, hüquqi təcrid və alternativin olmaması.
Muzdlu mexanizmin ideoloji örtüyü də saxtadır. Burada nə “rus dünyası”, nə də “vətən müdafiəsi” anlayışı real rol oynayır. Əhmədov bunu açıq şəkildə etiraf edir.
“This war is wrong, a mistake. Boys, don’t come; everyone here is deceived.” (Bu müharibə yanlışdır, səhvdir. Uşaqlar, gəlməyin, burada hamı aldadılıb.)
Bu etiraf mexanizmin mahiyyətini yekunlaşdırır: aldatma ilə cəlbetmə, məcburiyyətlə saxlama, laqeydliklə məhv etmə.
Hüquqi baxımdan isə bu şəxslər daha ağır vəziyyətə düşür. Azərbaycan qanunvericiliyinə görə xarici silahlı münaqişələrdə iştirak ağır cinayətdir və muzdlu fəaliyyətinə görə uzunmüddətli, bəzi hallarda ömürlük həbs cəzası nəzərdə tutulur. Yəni Rusiya ordusuna qoşulan şəxs hüquqi vakuuma düşür: Rusiya üçün əvəzolunan resurs, Azərbaycan üçün isə cinayətkardır.
Beləliklə, Rusiya ordusunda muzdlu mexanizmi klassik hərbi model deyil. Bu, müharibənin insan materialı ilə idarə olunması üsuludur. Burada insan həyatının dəyəri yoxdur, yalnız davamlılıq hesabı var. Sistem üçün vacib olan döyüşün davam etməsidir, döyüşənin taleyi yox.
Bu mexanizmin ən təhlükəli tərəfi isə budur ki, o, müharibəni cəbhədən kənara çıxarır və sosial mühitə yayır. Yoxsulluq, qorxu və hüquqsuzluq silaha çevrilir. Və bu silah ən çox zəifləri vurur.
Elbəyi Həsənli. Sürix
MİA.AZ
Azərbaycan və İsrail XİN başçıları görüşüb - FOTO
Deputat Səməd Seyidovun kürəkəni vəzifəyə təyin edilib
Keçmiş vəkil həbs edilib - Səbəb
Prezident İlham Əliyev general-qubernatora məktub ünvanlayıb - MƏTN
Şəhid şair Bəhmən Abuzəroğlunun xatirəsi yad edildi - FOTOLAR
Bakıda narkokuryer 10 kq narkotiklə tutulub
QIZIL REKORD HƏDDƏ BAHALAŞDI - QİYMƏTLƏR
Bakıda məşhur hoteldə ofisiant iş yoldaşını öldürüb
ƏMƏK PENSİYALARI BU QƏDƏR ARTIRILACAQ - Deputat məbləği açıqladı
MN: "Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək"
İranda etirazlar davam edir - Ölənlərin sayı 5848-ə çatıb
Göygöl rayonunda 26 yaşlı gənc 37 yaşlı kişini öldürüb
İsrail Livana yenə zərbələr endirib
Bakıda yaşlı qadın öldürülüb
"Bizimlə donuzdan da pis rəftar edirdilər" - Azərbaycanlı əsir Rusiyanı biabır etdi
Çində dünyanı silkələyən skandal: məşhur general nüvə sirlərini ABŞ-a satıb - Cinayət işi açılıb
Türkiyədə zəlzələ olub - 4.4 bal gücündə
Bu gün magistraturaya sənəd qəbulu başa çatır
Komitə məscidlərə 4 qadın dini ayin icraçısı axtarır
İsrail fələstinli məhbusları azad edib
Yeni binalarda internet problemi - MTK ilə provayderlərin gizli sövdələşirlər və...
Filippində 359 nəfəri daşıyan bərə batıb - 208 nəfər itkin düşüb
ABŞ-da şəxsi təyyarə qəzaya uğrayıb - 8 nəfər ölüb
Türkiyədə Polis İdarəsinə bomba atılıb - Açıqlama
Premyer Liqa: Lider "Arsenal" "Mançester Yunayted"ə təslim oldu
İtaliya A seiyası: türk futbolçu qol atdı, "Yuventus" qazandı
ABŞ-da soyuq hava on minlərlə evi işıqsız qoyub - Milyonlarla insan marketləri boşaldıb
İsrail Qəzzanı bombalayıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə zəlzələ olub
"Belə yol olar?! Buna baxın, görün nə gündəyik" - Salyan problemlərin məngənəsində + VİDEO
Şirvanda toyda 36 yaşlı şəxs bıçaqlanıb
Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar tədbir keçirilib - Rumıniyada + VİDEO, FOTOLAR
Bəzi dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq
Göl qurudulub, plansız tiklilər artıb - Məmurlar Masazırı elə günə qoyub ki... (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
Keçmiş vəzifəli şəxs ata evində öldü
Hindistanda müalicəsi olmayan ölümcül Nipah virusu yayılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İcra başçısına xəbərdarlıq edilib?
Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşüb - Açıqlama
Kəmaləddin Heydərov musayevləri üz-üzə gətirdi, müğənni açıq sual verdi: "Onun qızı necə işə götürülüb?" - VİDEO
Salyan sakini dəm qazından ölüb
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - İkigünlük müzakirələr yekunlaşıb (Yeniləniib)
"Mədət müəllim çox xarizmatik kişidir, mən isə hələ də subayam" - ANS-in keçmiş əməkdaşı elə paylaşma etdi ki...
"Qarabağ" "Kəpəz"ə məğlub olub
Sumqayıtda bu binalar söküləcək - SİYAHI