Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya olunub

img

06-01-2026 [11:04]


Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları son günlərdə həyata keçirilən xüsusi tədbirlər çərçivəsində Azərbaycan da daxil olmaqla 6 ölkənin 13 vətəndaşını Gürcüstandan deportasiya edib.

Mia.az xəbər verir ki, nazirliyin yaydığı məlumata görə, Miqrasiya Departamenti müvafiq struktur bölmələri ilə sıx koordinasiya şəraitində kompleks immiqrasiya nəzarəti tədbirləri həyata keçirib.

Nəticədə Türkmənistan, İran, Kuba, Türkiyə, Tailand və Azərbaycanın vətəndaşları ölkədən çıxarılıb.

Qeyd olunur ki, mövcud qanunvericiliyə əsasən, deportasiya olunan şəxslərə Gürcüstana yenidən giriş qadağan edilib.

Rəsmi statistikaya görə, ötən il ərzində Gürcüstandan deportasiya edilən xarici vətəndaşların ümumi sayı 1311 nəfər təşkil edib(report).


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA