"Qaziantep" məşhur futbolçu ilə vidalaşdı

img

06-01-2026 [09:08]


Türkiyənin "Qaziantep FK" məşhur futbolçu i Badou Ndiaye ilə yollarını ayırıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub ötən il heyətinə cəlb etdiyi futbolçuyla müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.

Klubun yaydığı açıqlamada deyilir: "Formamızı sədaqətlə geyinən peşəkar futbolçumuz Badou Ndiaye ilə aparılan müzakirələrdən sonra onun müqaviləsi qarşılıqlı razılaşma ilə ləğv edilib. Badou Ndiayeyə klubumuza verdiyi töhfəyə görə təşəkkür edir və ona can sağlığı, xoşbəxtlik və karyerasının növbəti mərhələsində uğurlar arzulayırıq."

Fərid ASLAN

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA