Ankarada küçəyə dahi Üzeyir Hacıbəylinin adı verilib

img

23-12-2025 [09:21]


Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ilə birgə layihəsi əsasında universitetin daxili küçəsinə dahi Üzeyir Hacıbəylinin adı verilib.

Mia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin doğumunun 140 illik yubileyi ölkəmizlə yanaşı, dünyanin bir sıra ölkələrində qeyd olunmaqdadır: "Ü.Hacıbəylinin 140 illik yubileyi, onun zəngin irsinin təbliği məqsədi ilə Mədəniyyət Nazirliyi, xarici ölkələrdəki Azərbaycan Mədəniyyət Mərkəzləri ilə ortaq layihələr həyata keçirməkdədir.

Bu gün 23 dekabr Ankara Musiqi və Gözəl Sənətlər Universiteti ərazisində Üzeyir Hacıbəyli küçəsinin açılışı, habelə Universitetdə Azərbaycan Mədəniyyət Mərkəzinin Üzeyir Hacıbəyli yaradıcılığına dair hazırladığı konsert proqramı təqdim olunacaq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA