Bakıda orta məktəbdə müəllim vəfat edib

img

17-12-2025 [11:10]


Bakıda orta məktəblərin birində müəllim vəfat edib.

Mia.az “Qafqazinfo”ya istin adla xəbər verir ki, hadisə dekabrın 16-sı saat 12 radələrində Qaradağ rayonu Korgöz qəsəbəsində yerləşən 197 saylı tam orta məktəbdə baş verib.

Orada ibtidai sinif müəllimi işləyən qəsəbə sakini 1979-cu il təvəllüdlü Sevda Qismət qızı Həsənovanın halı qəfil pisləşib.

Təcili tibbi yardım çağırılsa da, S. Həsənovanın dünyasını dəyişdiyi məlum olub. İlkin məlumata görə, 46 yaşlı müəllim ürək çatışmazlığından həyatını itirib.

Araşdırmalar aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA