Çempionlar Liqası: "Qalatasaray" Fransada uduzdu - YENİLƏNİB

img

10-12-2025 [01:57]


Bu gün Çempionlar Liqasında 6-cı turunda azərbaycanlıların da azarkeşlik etdiyi "Qalatasaray" Fransada "Monako" ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, saat 00.00-da başlayan matçın 48-ci dəqiqəsində fransızlar penalti qazanıb.

Lakin Zakariyanın zərbəsini Uğurcan dəf edib.

Oyunun 67-ci dəqiqəsində fransızlar hesabı açıb - 1:0.

Hakim oyunun əsas vaxtına 10 dəqiqə əlavə etsə də, "Qalatasaray" hesabı bərabərləşdirə bilməyib.

Oyun bu hesabla başa çatıb.

Bu nəticədən sonra "Monako" 9 xalla 17-ci, "Qalatasaray" isə 9 xalla top fərqiylə 16-cı yerdə qərarlaşıb.

Fərid ASLAN

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA