Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması dayandırılır

img

09-12-2025 [18:07]


Xarici dövlətlərdə əldə edilmiş kvalifikasiyaların tanınması gələn ilin əvvəlinə qədər dayandırılacaq.

Bununla bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Bildirilib ki, Elektron Müraciət Sistemi (EMS) vasitəsilə agentlik tərəfindən həyata keçirilir:

"EMS-in daha effektiv işləməsi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə sözügedən sistemdə mütəmadi olaraq texniki işlər aparılır. Bu baxımdan, EMS vasitəsilə ərizələrin qəbulu bu il dekabrın 16-dan gələn il yanvarın 1-dək dayandırılacaq. Ərizəçilərdən bunu nəzərə almaları və ən geci dekabrın 16-dək müraciət etmələri xahiş olunur".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA