Azərbaycan kubokunda 1/8 final: "İmişli" "Sabah"ı qəbul edir - VİDEO (Yenilənir)

img

03-12-2025 [15:26]


Futbol üzrə Azərbaycan kubokunun 1/8 final mərhələsinə start verilib.

Mia.az xəbər verir ki, Bizon Azərbaycan kubokunun bu mərhələdəki 2 oyunu artıq başa çatıb.

"Zirə"-"Neftçi" və "Şahdağ-Qusar"- "Turan-Tovuz" qarşılaşması başa çatıb.

Bu gün "İmişli" müvəqqəti məskunlaşdığı Quba Olimpiya stadionunda "Sabah"ı qəbul edir.

56-cı dəqiqədə qonaqlar hesabı açıb - 0:1

Hazrda Hazırda meydan sahibləri hesabı bərabərləşdurməyə çalışır. Hər iki komanda ikinci hissədə dəyişikliklər edib: "İmişli" hücumu, "Sabah" müdafiəni gücləndirib. 

Hava şəraiti əlverişli olmadığına görə "Sabah"ın çətinlik çəkdiyi açıq görünür. Amma bu, bir az təəccüblü görünür, çünki bir neçə gün əvvəl elə bu meydanda "Sabah" "İmişli"yə Misli Premyer liqa oyunu çərçivəsində keçirilən matçda 3 qol vurmuşdu.

İndi birinci hissədə qonaqlar meydan sahiblərinin hücumunu zorla dəf etməyə nail oldular.

Yeri gəlmişkən, "İmişli" oyuna 5-li müdafiə xəttiylə çıxıb. Bu isə o deməkdi ki, meydan sahiblərinin əsas diqqəti müdafiəyə yönəlib.

89-cu dəqiqədə "İmişli" hesabı bərabərləşdirdi: 1-1

***

Qeyd edək ki, turnirin daha bir iddialı oyunu bir azdan başlayacaq.

Hər iki komanda Premyer liqada iddialı oyun göstərir və üz-üzə gəliblər. Kubokun sahibi olmaq hər ikisinin ambisiyasıdı. Təbii ot örtüyü olan Quba stadionu hazırda dumana bürünüb. Hələ ki, azarkeşlər gözə dəymir. 
Yeri gəlmişkən, bu gün daha bir 1/8 final oyunu Şamaxıda oynanılır. "Şamaxı" "Bakı-Sportinq"i qəbul edir. Sabah baş tutacaq 3 oyunla mərhələyə yekun vurulacaq.

Zülfiyyə Mustafayeva

MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA