Masallıda qadınların olduğu avtomobil aşdı - Ölən və xəsarət alanlar var

img

02-12-2025 [10:01]


Dünən saat 12 radələrində Masallıda ağır yol qəzası baş verib.

Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 1990-cı il təvəllüdlü Fərmudə Əlipənah qızı Hüseynovanın idarə etdiyi “Nissan Sunny” markalı avtomobil rayonun Həsənli kəndi ərazisində idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü F. Hüseynova, avtomobildə olan sərnişinlər - Gülşən İsa qızı İsmayılova (1975), Nuriyə Rasim qızı Nuriyeva (1985) və Sevda İsa qızı Vəlişova (1961) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Lakin S. Vəlişova aldığı xəsarətlərdən vəfat edib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA