"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir

img

14-11-2025 [15:54]


"Beşiktaş"da ilə 6 milyon avro sabit maaş alan portuqaliyalı futbolçu Rafa Silva nə məşqə, nə oyuna çıxır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaranmış gərgin durumla bağlı klub prezidenti Serdal Adalı və baş məşqçi Sergen Yalçın sabah mətbuat konfransı keçirəcəklər.

Məlumata görə, bu gün klub rəhbəri onunla təkrar görüşüb və "yola gətirməyə" çalışıb: "Adalı "Fənərbağça" derbisindən əvvəl də məşqı çıxmayan Rafa Silvanı böyük matçda oynamağa razı salıb. Lakin o, sonradan yenə eyni nazı göstərib. Və nəhayət, komandadan getmək istədiyini açıqlayıb".

Məlumata görə, klub isə müqaviləsinin müddəti gələn ilin iyun ayına qədər olan bitəəck futbolçunu buraxmaq istəmir: "32 yaşlı futbolçu doğma Portuqaliyaya qayıtmaq istədiyini və bu tələbinin qəbul edilmədiyi halda hətta futbolu buraxacağını  belə dilə gətirib"

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA