Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...

img

14-11-2025 [12:59]


Bakının Nizami rayonunda qanunsuz tiklilər medianın gündəmindən düşmür.

Mia.az xəbər  verir ki, bir vaxtlar Bakının ən yaşıllıq rayonlarından sayılan Nizami rayonu gəlmiş-keçmiş icra başçılarının "sayəsi"ndə indi çox bərbad vəziyyətə düşüb.

Məlumata görə, yöndəmsiz, plansız və qanunsuz tiklilərin qarşısını almaq əvəzinə, günü-gündən bu sahədəki vəzyyət daha da eybəcərləşir.

Mia.az-ı məlumatlandıran mənbə deyir ki, Nizami rayonuna Coşqun Cəbrayılovun icra başçısı təyinatından sonra rayonda qanunsuz tikintilərin qarşıs alınacağı düşünülsə də, tamamilə əksi hadisələr baş verib: "Hətta bir çox biznesmenlər boş yerlər uğrunda icra başçısı və onun əsas "vuran əli" olan İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tural Cavadovun "xidmətləri"ndən yararlanmaqla, özbaşınalıqların daha da genişləndiriblər. Təbii ki, "siyasi mətbəx"ə də soxulmuş bu acgöz biznesmenlərin arasındakı "rəqabət" Coşqun Cəbrayılov və mediada adı onun "qara kassası" kimi adı yozulan Tural Cavadovun iştahını böyüdüb. İndi elə vəziyyət yaranlb ki, hətta su-kanalzasiya, qaz, elektrik xəttlərin çəkilişi zamanı tenderlərin qalibi olan şirkətləri də "dalan"a dirəməyə başlayıblar..."

Məlumatlı şəxsin sözlərinə görə, rayonda hazırda keçmiş icra başçıları, o cümlədən SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevə yaxın şəxslər və Bəylər Əyyubovun adından sui-istifadə edən bir qrup şəxs böyük ərazilərə və obyektlərə sahibləniblər: "Təbii ki, nə bu adamlar, nə İcra Hakimiyyəti üçün yaşılııq ərazilər, kommunikasiya xətləri, piyadalar üçün gediş-gəliş səkiləri və sairlər əhəmiyyətli deyil..."

İşin maraqlı tərəflərindən biri də budur ki, rayondakı vəziyyəti araşdıran zaman icra başçısının "qanunsuz tikintilərə qarşı mübarizə" yaratdığı qrupda Tural Cavadova rayondakı "əlahiddə bir zona" da həvalə etməsinin üzə çıxmasıdır. Rayonun gizlinlərinə bələd olanlar isə bunu istehza ilə qarşılayırlar. Haqlıdırlar, deyilmi?! 

Samir
MİA.AZ

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA