DÇ-2026: Nigeriya finalın bir addımlığında - Osimhen iki qol atıb

img

14-11-2025 [09:21]


"Qalatasaray"ın hücumçusu Osimhenin formasını geyindiyi Nigeriya yığması 2026-cı il Dünya Çempionatının Afrika Seçmə Oyunlarının yarımfinalında ötən gecə Qabonla qarşılaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, əsas vaxtda 1-1 hesablı heç-heçədən sonra Qabonu əlavə vaxtda 4-1 hesabı ilə məğlub edən Nigeriya DÇ-2026-nın bir addımlığına vəsiqə qazanıb.

Məlumat üçün qeyd  edək ki, bu oyunda Osimhen iki qol vurub.  Qabonun yeganə qoluna isə "Qalatasaray"lı Mario Lemina imza atıb.

Nigeriya gələn ilin iyun ayında başlayacaq DŞ-2026-ya yollanmaq üçün indi Afrika üzrə seşmə mərhələnn finalında Konqo ilə qarşılaşacaq. Əgər Nigeriya bu oyundan da qalıb ayrılarsa, o zaman Dünya Kubokuna vəsiqə qazanacaq.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA