BÜTÜN BORCLULARIN NƏZƏRİNƏ: notariusun icra qeydi borclular üçün böyük təhlükə yaradıb - ƏKRƏM HƏSƏNOV YAZIR
YAZARLAR
13.11.2025, 09:55
ƏKRƏM HƏSƏNOV,
Vəkil
***
Fərqi yoxdur, kimə borclusunuz: banka və ya digər şəxsə. Xüsusilə əgər borcunuz ipoteka (yəni ev, mənzil, torpaq, avtomobil girovu) ilə təmin edilibsə, bu yazını mütləq oxuyun. Çünki elə bilirsiniz ki, borclu olduğunuz şəxs (yəni kreditor) sizdən borcu və ipotekaya tutmanı yalnız məhkəmə qaydasında tələb edə bilər.
Əslində isə bir müddətdir ki, “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinə daxil edilmiş maddədən banklar və bank olmayan kredit təşkilatları sui-istifadə etməyə başlayıb. Həmin maddəyə əsasən “İpoteka haqqında” Qanuna əsasən aparılan notariusun icra qeydinə dair borclu tərəfindən iddianın qaldırılması icraatın dayandırılması üçün əsas deyil.
Mümkün qədər qısaca izah etməyə çalışacağam. Notariusun icra qeydi təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Bunun üçün kreditor icra qeydinin aparılması üçün notariusa müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Borclu bundan şikayət etmədiyi halda kreditor notariusa müraciət edib icra qeydini alır və icra məmuru onun icrasını həyata keçirməyə başlayır. O cümlədən ipotekaya qoyulmuş əmlakın hərracını keçirir və s. Yəni məhkəməsiz-filansız. Hətta borc məbləği əslində mübahisəli olduğu halda. Əksər hallarda belə də olur, çünki banklar faiz və cərimə məbləğlərini şişirdir.
Belə işlərin sayı artmaqdadır. Məsələn, bank təxmini 30000 manat borcu olan şəxsə bildiriş göndərib, əsas borc və faizdən əlavə 10000 manat cərimə də tələb edib. Borclu başa düşməyib, fikir verməyib, elə bilib ki, sadəcə borcun ödənilməsini tələb edir. Amma bildirişdə notariusun icra qeydi barədə də vurğu olub. 20 gün ötüb və bank notarisudan icra qeydini alıb və icra məmuru artıq ipotekada olan evin satışını həyata keçirmək əzmindədir. Təbii, borc məbləğinin özü mübahisəlidir, ən azı cərimə məbləği. Amma notariuslar bunu yoxlamır. İcra məmuru da icraatı dayandırmır. Borclu məhkəməyə müraciət etdiyi halda belə. O cümlədən müvəqqəti təminat tədbiri çərçivəsində də məhkəmələr icraatı dayandırmır.
Yaranmış vəziyyət qanunsuzdur. “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsi ən azı Konstitusiyanın 29-cu (“Mülkiyyət hüququ”) və 60-cı (“Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı”) maddələrinə ziddir. Çünki borclunu məhkəmə təminatı olmadan mülkiyyətindən məhrum edir. Şikayət etmək imkanı da verilmir. Kreditorlar da şişirdilmiş borc məbləğini tələb edir. Ümid edirəm ki, Konstitusiya Məhkəməsi yekunda “İcra haqqında” Qanunun 17.1.4-cü maddəsinin bu qanunsuz müddəasını ləğv edəcək. Lakin biz bilirik ki, Konstitusiya Məhkəməsi yalnız bankların marağını qorumaq lazım olduqda cəld tərpənir. Əhalinin maraqları üçün tezliklə nəsə etməsini gözləmirəm.
Odur ki, kreditordan notariusun icra qeydinin tətbiq ediləcəyi ilə bağlı bildiriş almış hər kəsə tövsiyə edirəm ki, üç həftə ərzində şikayət versinlər, yəni icra qeydinin özünü gözləməsinlər. Belə ki, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən, ipoteka qoyan, ipoteka predmetinin başqa ipoteka saxlayanı və ya ipoteka predmeti üzərində hüququ olan hər hansı başqa tərəf tutmanın yönəldilməsi haqqında bildirişi aldıqdan sonra 21 təqvim günü müddətində ipotekaya tutmanın yönəldilməsi barədə məhkəməyə şikayət edə bilər. Əlbəttə, bu müddəanın özü də absurddur. Çünki prosessual qanunvericiliyə görə şikayəti məhkəmə aktlarından vermək olar. Kreditorun bildirişindən şikayətin verilməsi nəzərdə tutulmayıb (elektron məhkəmə sistemində də belə imkan yoxdur). Bununla belə, başqa yol da yoxdur. Tövsiyə edirəm ki, borclu dərhal kreditora qarşı məhkəmədə iddia qaldırsın (məsələn, borc məbləğini mübahisələndirsin). İddia ərizəsində onun həmçinin şikayət olduğunu böyük hərflərlə vurğulasın. Kreditora da etiraz xarakterli cavab məktubunun yazılmasını tövsiyə edirəm.
Məsələ çox ciddidir. Faktiki olaraq, bank lobbisi qanuna antikonstitusion müddəa daxil etdirib, notariuslar və icra məmurları onu tətbiq edir, məhkəmələr də kənarda durub baxır. Bu, faktiki olaraq borclulara divan tutmaqdır. Odur ki, ayıq olun, cəld tərpənin!
Bu halla artıq üzləşmiş və vaxtında şikayət verməyərək notariusun icra qeydinə məruz qalmış vətəndaşlara isə tövsiyə edirəm ki, hər bir halda məhkəmələrə, o cümlədən Konstitusiya Məhkəməsinə müraciət etsinlər. Ombudsmana da şikayət edin ki, o da Konstitusiya Məhkəməsinə müraciət etsin.
MİA.AZ
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Axtarışda olan məktəb direktoru saxlanılıb
Bugün, 09:40 KRİMİNAL
-
Azərbaycan nefti 5 dollardan çox ucuzlaşdı
Bugün, 09:37 İQTİSADİYYAT
-
İrandakı bütün məktəblər distant təhsilə keçir – Səbəb
Bugün, 09:23 DÜNYA
-
35 ildən sonra bir ilk – İsrail və Livan liderləri görüşəcək
Bugün, 09:14 DÜNYA
-
Trampın İranla bağlı nikbin açıqlaması… - Neftin qiymətinə təsir etdi
Bugün, 09:06 İQTİSADİYYAT
-
İcra başçısı rəisi vəzifədən azad etdi - Nöqsanlara gərə
Bugün, 09:00 CƏMİYYƏT
-
Rus hakerlərindən şok əməliyyat - Yunanıstan ordusunun gizli məlumatları ələ keçirilib
Bugün, 08:43 GÜNDƏM
-
Çempionlar Liqası: “Arsenal” yarımfinala çıxdı
Bugün, 08:43 İDMAN
-
7 qol, qırmız kartlar və… - Ardanın qolları yetmədi, "Bavariya" ÇL-in 1/2 finalına yüksəldi
Bugün, 08:28 İDMAN
-
ABŞ Senatından Trampa dəstək – Layihə yenə rədd edildi
Bugün, 00:18 DÜNYA
-
Türkiyədə məktəbi qana bulayan şagirdin videosu yayıldı: anormal hərəkətlər… - VİDEO
Bugün, 00:08 DÜNYA
-
“ÇİN ÇİNDİR, BİR GÜN ONLAR, SABAH BİZ...” – Tramp Pekinə səfərə hazırlaşdığını və "orada məni qucaqlayacaqlar” dedi
Bugün, 00:02 GÜNDƏM
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:00 MƏDƏNİYYƏT
-
ABŞ-da azərbaycanlı həbs olunub
15.04.2026, 23:52 CƏMİYYƏT
-
"Akinak" tarixi bədii filminin premyerası keçirilib
15.04.2026, 21:59 MƏDƏNİYYƏT
-
Ərdoğan Kanadanın Baş naziri ilə telefonda müzakirə aparıb
15.04.2026, 21:49 DÜNYA
-
Yasamalda yanğın olub - VİDEO (Yenilənib)
15.04.2026, 19:53 CƏMİYYƏT
-
Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi: "Hadisə bizi dərindən kədərləndirdi"
15.04.2026, 19:39 GÜNDƏM
-
Qazaxıstan Ədalət Akademiyasının rektoru Azərbaycan Ali Məhkəməsində olub
15.04.2026, 19:21 CƏMİYYƏT
-
Türkiyədə daha bir liseyə silahlı hücum olunub - 8 şagird, 1 müəllim ölüb, 16 yaralı var (Yenilənib)
15.04.2026, 18:56 KRİMİNAL
-
Gecə klubunda tutulan keçmiş hakim: “Görüntülərim seksual xarakterli deyil” - FOTO
15.04.2026, 18:09 ŞOU-BİZNES
-
771 minlik qalmaqal - İradə Aşumova ilə tələbəsi Baş İdarənin sabiq rəisinin məhkəməsinə məcburi gətirildi
15.04.2026, 18:04 KRİMİNAL
-
Azərbaycan və Rumıniya XİN başçıları arasında telefon danışığı olub
15.04.2026, 17:47 SİYASƏT
-
Onların maaşı artdı - Baş nazirdən qərar
15.04.2026, 17:40 İQTİSADİYYAT
-
Emin Ağalarova 55,08 hektar su fondu torpaq sahəsi ayrıldı - Əli Əsədov qərar verdi
15.04.2026, 17:32 CƏMİYYƏT
-
Tahir Budaqovla bağlı daha bir qərar verildi
15.04.2026, 17:27 GÜNDƏM
-
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi - FOTOLAR
15.04.2026, 17:17 CƏMİYYƏT
-
Pakistan rəsmiləri Tehrana gedir – İran XİN açıqladı
15.04.2026, 17:05 DÜNYA
-
Həbsdə olan keçmiş partiya sədri yeni vəkillə müqavilə imzaladı
15.04.2026, 17:02 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
15.04.2026, 17:00 İQTİSADİYYAT
-
Dövlət Agentliyinə yeni rəis təyin edilib
15.04.2026, 16:59 GÜNDƏM
-
Regional Təhsil İdarələrində müavin təyinatları oldu
15.04.2026, 16:54 CƏMİYYƏT
-
Gömrükdə iki rəis təyinatı oldu - Mətbuat katibi sualdan niyə yayınır ki?
15.04.2026, 16:41 GÜNDƏM
-
"Hərbi xidmətkeçmə haqqında" Əsasnamə dəyişdi - Prezident təsdiqlədi
15.04.2026, 16:30 GÜNDƏM