Təkcə müğənnilərə 200 min manatdan çox xərcləyən məmur... - Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və... (FOTO)

img

12-11-2025 [17:40]


Bir neçə gündür, təmtəraqlı toyları ilə müzakirə obyektinə çevrilən Saleh Məmmədovun rəhbərlik etdiyi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) növbəti dəfə də dəbdəbəli xeyir işlə gündəmə gəlib.

Mia.az Pravda.az-a istinadla xəbər verir ki,  AAYDA-nın Baş Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyev “Böyük Saray”da oğlu Sənan Həmzəyevə toy edib.

Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var

Məlumatlarda sözügedən toy üçün dəvətnamənin birinin 50 manata hazırlandığı, bir toy masasının qiymətinin isə 500 manat olduğu deyilir. Bildirilir ki, Həmzəyevlərin toyuna 600 nəfər dəvət olunubmuş.

Toya dəvət olunan müğənnilərə, təxminən, 200 min manatdan çox vəsait ödənilib. ⁠Məmur oğlunun xeyir işində Nuri Sərinlədici, Aygün Kazımova, Röya Ayxan və ölkənin digər məşhur müğənniləri iştirak ediblər.

Toy mərasimlərinin bu cür keçirilməsi sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Bildirilir ki, məmur maaşı ilə belə təmtəraqlı toy etmək mümkün deyil.

Qeyd edək ki, Müseyib Həmzəyevin qardaşı oğlu Zaur Həmzəyev AAYDA-ya bağlı olan "Bakı 1 №-li Yol İstismari" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəridir. Hazırda MMC-nin 715 318 AZN vergi borcu var/Pravda.az.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 12.11.2025

XİN açıqlama yayıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA